Güney Azərbaycan hadisələrinin təssüratı

Seyfəddin ALTAYLI

"Konqres" jurnalı, №1, 2007

 

Milli mәnsubiyyәtini  dәrk edәbilmәmiş millәtlәr özgә millәtlәrin şikarı olar!”
Mustafa Kamal ATATÜRK

 

Azәrbaycan 1813-cü ildә Gülüstan müqavilәsilә Rusiya vә İran arasında ikiyә bölünmüş, 1828-ci ildә qol çәkilәn Türkmәnçay sazişilә dә Araz çayı vә Talas=Tölös=Talış dağları sәrhәd olmaq şәrtilә Güney hissәsi İranın, Qüzey tәrәfi dә Rusların caynağına düşmüşdür. Azәrbaycan Türklüyünün faciәsi dә bununla başlamışdır. Yüzillәr boyu Güneydә Fars, Qüzeydә dә Rus şovinizmi әn dәhşәtli vә ifrit surәtilә özünü göstәrmiş, tәqribәn hәr on ildә bir bostan irilәyәn kimi Azәrbaycana daxil olub onun yetkinlәşmiş kadrlarını mәhv edәrәk ziyalı soyqırımı hәyata keçirmişdir. Bugün İranın hәr bir küncündә xüsusilә universitet vә orta mәktәb gәncliyinin küçәlәrә tökülmәsinә nail olunması da mәnim fikrimcә tәzә bir ziyalı soyqırımının başladılacağının işarәlәrini özündә әks etdirir. Bu hal hәddәn artıq nigarançılıq yaradır. Bütün dünyanın vә әlaqәli ölkәlәrin mövzuya lazımi hәssasiyyәti göstәrmәsi labüddür. Demokratlık vә azadlıqsevәrlik yalnızca nitq irad etmәklә, atәşin bәyanatlar yaymaqla olmaz!! Qәrb indiyә kimi ancaq bunu hәyata keçirdi.

 

Güney Azәrbaycan Türklüyü bir karikatura sәbәbilә küçәlәrә töküldü, ölünlәr vә xәsarәt alanlar oldu. Xüsusilә universitet gәncliyi heç kәsin tәxmin edә bilmiyәcәyi bir hәyәcan tәlatümülә ayağa durdu.

 

Fars şovinizmini Hitlervarı metodlarla hәyata keçirmәk istәyәn Şah Rza Pәhlәvi dә “Türkә xәr=eşşәk Türk” ifadәsini işlәtmişdi. Şәxsәn mәnim 20-ci әsrin Füzulisi dediyim ulu şairimiz Şәhriyar ona layiqli cavabı “Әlai Tehrani” adlı şerilә vermişdi. Onun iki bәndini tәqdim edirәm:

 

Әla ey davәri dana, to midani ke irani
Çe mehnet ha keşid әz dәsti in tehran vә tehrani.
Ey bilikli hakim (Tanrı qәsd edilir) sәn bilirsәn ki,
Bu İranlı, tehran vә tehranlının әlindәn nә izdirablara düçar oldu.
Çera mәrdi kunәd dәvi kәsi ke kәmtәrәst әz zәn
Әla tehraniya insaf mikun xәr toi ya mәn.
Fahişәdәn dә düşük olan kişi niyә özgәsilә dalaşsın
Ey tehranlı insaf et, әşşәk sәnsәn yoxsa mәn?

 

Dünәn, Azәrbaycan Türklüyünü әşşәyә(!) oxşadan Fars şovinizminin 20-ci әsrdәki nümayәndәlәri liberal fikirlәr daşıyırdı. Bugün, yәni 21-ci әsrdә Azәrbaycan Türklüyünü tarakana oxşadanlar isә Şah Rza Pәhlәvinin irqpәrәst yolunu davam etdirәnlәr, tәәssüflәr olsun ki, bәşәriyәtә xilaskar kimi yollanmış İslam dinini öz şovinist strategiyalarına vә irqpәrәst hisslәrinә alәt edәn islamçılar(!?)dır. Daha düzü dırnaqarası islamçılardır. Başqa sözlә desәk özünә “imam(!?)” sifәti yapışdırılmış Xomeyninin balalarıdır.

 

Millәt olaraq tarix boyu hissi yönümüzü daim ön plana çıxarmışıq. Tarakana oxşadıldıqda da hәmin duyğusallıqla ayağa durduq. Hadisәlәrin gedişatı narahat edicidir. Olayların, nә hikmәtdirsә Әhmәdinәjadın iranının Amerika-İngiltәrә-israil üçlüyülә höcәtlәşdiyi bir dövrә rast gәlmәsi hәddәn artıq narahat edici haldır.

 

1813-cü ildә qol çәkilәn Gülüstan sazişindәn üzübәri Güney Azәrbaycan Türklüyü, Türk nәsәbli Әfşarlar vә Qacarlar dövründә belә şovinist fars mәdәniyyәtinin qapazı altında qalmışdır. Bu da bizim millәt olaraq tarixi sәhvimizdir.

 

1895-ci ildә Tәbrizdә Zeynәb paşa rәhbәrliyindә mürtәkiblәr bәhanә edilәrәk başlayan hadisәlәr 1905-1911-ci illәr arasında gedәn Sәttar Xan-Bağır Xan hәrәkatıyla hәqiqi kimliyinә qovuşmuşdur. Bu dövrdә Azәrbaycan Türklüyü yumruğunu stola vurmuş vә iranda mәşrutiyyәt rejimini yaratmışdır. Bundan qәrәz Azәrbaycanın öz mәdәni hüquqlarını mәşrutә yoluyla әldә etmәsidir. Mәşrutә hәrәkatında öz alәmimdә hәddәn artıq maraqlı saydığım bir cәhәt vardır. İran, Rusiya vә İngiltәrә arasında sanki bir nüfuz qazanmaq vә buradakı sәrvәtlәrә yiyәlәnmәk yolunda aparılan mübarizәlәr meydançasıdır. Sәttar Xan vә Bağır Xana İngiltәrә arxa durarkәn Ruslar iran şahını dәstәklәmişdir. Hәrәkat nailiyyәt qazanmağa sarı gedәrkәn Rusiya vә İngiltәrә sәngәr dәyişdirmişdir. Uğur qazanıldıqda da bu iki imperialist qüvvә әlbir olub Sәttar vә Bağır xanları bir başına qoyub Şahın yanında qәrar qılmış Güney Azәrbaycan Türklüyünün  qanı vә canı bahasına әldә etdiyi nailiyyәti baltalamışdır. Hәmin oyunu, 12.9.1920-ci ildә mәşrutә sәflәrindә yetişәn Şeyx Mәhәmmәd Xiyabaninin qurduğu Azadistan dövlәti, 21.10.1921-ci ildә Heydәr Xan Әmoğlu hәrәkatı, 1921-ci ilin axırlarında Mәhәmmәd Taqi Xan Pesyan hәrәkatı baltalanarkәn dә tamaşa edirik. 21 mart 1945-ci ildә Güney Azәrbaycan Demokratik Muxtar Cümhuriyyәtini quran Mir Cәfәr Pişәvәrinin 21 Azәr Hәrәkatı da hәmin şәkildә aradan götürülmüşdür. Ancaq bu dәfә oyunda Amerika da iştirak etmişdir.

 

Bugün çatılan nöqtәyә nәzәr salaq. Güney Azәrbaycan Türklüyünün әhali sayı 35 milyon qәdәrdir. 2003-cü ildә İrandakı iptidai vә orta mәktәblәrdә oxuyan şagird sayı 18 milyondu, universitet vә ali mәktәblәrdәkilәrin sayı isә 1 500 000 idi.  19 500 000 şagird vә tәlәbәnin yarıdan artığı Azәrbaycan Türklüyünә mәxsusdur. Bu rәqәm belә xalqımızın ziyalanma yolunda nә boyda yol getdiyini göz qabağın sәrir vә müәyyәn yerlәrin kürkünә birә doldurur. 1979-cu ildә, yәni Şah Rza Pәhlәvinin taxtının çevrildiği әsnada “Varlıq” adlı jurnal Türk vә Fars dillәrindә nәşriyat hәyatına qәdәm qoydu. Digәr jurnallar vә qәzetlәr dә çap olunmağa başladılar, ancaq yoluna fasilәsiz davam edәn Varlıq oldu vә eynilә Osmanlı dağıldığı vaxt yaranmış “Gәnc Qәlәmlәr” jurnalı kimi özünә mәxsus bir nәsil yaratdı. Bugün isә Güney Azәrbaycan Türklüyünün Türkcә çap etdirdiyi qәzet vә jurnalların sayı 250-ni ötübdür. Universitәt vә orta mәktәb gәncliyi daha öz milli vә mәdәni hüquqlarını, İran әsas qanununun 15 vә 19-cu maddәlәrinin hәyata keçirilmәsini tәlәb edir. Mәrhum dostum Prof. Dr. Mәhәmmәd Taqi Zehtabinin hәyata keçirdiyi türkcә kurslar birçox ziyalı tәrәfindәn eynilә davam etdirilir. Maddi vәziyyәti azacıq da olsa yaxşılaşan Türklәr o saat 200 dollardan bahaya başa gәlmәsinә baxmayaraq peyk antennası alıb onlar vasitәsilә hәm Qüzey Azәrbaycan hәm dә Türkiyә televiziyalarına tamaşa edir. Sonra Qüzey Azәrbaycanda müstәqilliğin bәrpa edilmәsi dә Güney gәncliyinә hәddәn artıq müsbәt tәsir etmiş, onun mәnәvi dayağını daha da möhkәmlәndirmişdir. Güney Azәrbaycan gәncliyi daha mәrkәzә “Azәrbaycan”ı yerlәşdirdiyi bir fikir atmosferi yaratmışdır. Türksat 1 C-dәn nәşriyat hәyatına qәdәm qoyan vә bunu aylarla davam etdirәn Günaz Tv isә (Günaz Tv-nin verilişlәrinin aparılması bir müddәt qabaq Türsat 1 C-dә dayandırıldı. Bu vәziyyәt Günәy Azәrbaycan xalqı üstündә Türkiyә adına böyük reaksiyalara amil oldu. Günaz Tv-nin Türksat 1 C-dәn efirә çıxmağına Türkiyәdәki hökümәtin icazә verilmәsi sәhvdi, İranın tәzyiqilә onun verilişlәrinin dayandırılması isә on qat artıq sәhvdi.) buradakı türklәrin hisslәrinә tәrcüman olmuş vә bir anda on illәrdir tәzyiq altında әzilәn Türkçülük fikri küçәdә, çayxanada, mәktәbdә ucadan dilә gәtirilmәyә başlanmışdır. Tarakan karikaturasının sәbәb olduğu nümayişlәrdәki fotoşәkillәr birçox şeyi aydın şәkildә şәrh edir. Nümayişlәrdә “müstәqil Güney Azәrbaycan”, “milli kimliyimiz bir mәnada türklüyümüzdür”, “milli qurtuluşdur hәdәfimiz, istiqlaliyyәtdir mәqsәdimiz, bütövlükdür ideyamız”, “panfarsizmdir düşmәnimiz” şәklindә şüarlardan istifadә olunması işin hansı nöqtәyә çatdığını aydın şәkildә izah edir.

 

Bütün bunlar göstәrir ki, Güneydәki hadisәlәr vә hisslәr baş götürüb son sürәt yüyürür.

 

Güney Azәrbaycan Türklüyü uğrunda hәm daxildә hәm dә xaricdә ön sәflәrdә mübarizә yeridәnlәr, qabaqcıl aktivistlәr, tarixin xalqımızın qabağına çıxardığ acı tәcrübәlәri heç vaxt nәzәrdәn yayındırmamalıdır. On illәrdir böyük әmәk vә zәhmәtlәrlә başa gәtirilmiş ziyalı vә qabaqcıl kadrlarımızın ziyan görmәyinә sәbәb olacaq ifadәlәrdәn vә rәftarlardan uzaq durulmalıdır. Fars şovinizminә dәhşәtli bir şillә çәkilmişdir. Yetişәn ziyalı kadrlar üstündә soyqırım törәtmәyi planlayan vә üstündә İslam pәrdәsi olan Fars irqçiliyi layiqli cavabı almışdır. Daha bu nöqtәdә qılı qırx yaran strateji addımlar götürülmәlidir. Әn güclü olunduğu bir vaxtda әn yaxşı fikir ön plana çıxarılmalıdır. İraqın işğalının hansı mәrhәlәlәrdәn keçdiyi, 4 milyondan artıq türkmәnin hüquqlarının nә cür hәsiraltı edildiyi vә kimlәrin әl üstündә tutulduğu әsla yaddan çıxarılmamalıdır. Unutmayaq ki, bu cür bir metod İran üçün hәyata keçirilәrsә 35 milyonluq türk kütlәsini daha tәhlükәli hallar gözlәyәcәkdir.

 

İranın başlada bilәcәyi ziyalı soyqırımı hәrәkatı, Pişәvәri hadisәsindә dә olduğu kimi kütlәvi köçlәrin Qüzey Azәrbaycana vә Türkiyәyә axmasına, burada yaranmış milli kadrların budanmasına, verilәn әmәklәrin zay olmasına, bu nöqtәyә çatmış milli hәrәkatın azı 30 il dala düşmәyinә amil olacaqdır. Daha irәli gedilmәmәlidir. Farslar tәk başlarına bu cür bir ziyalı soyqırımına üz tuta bilmәzlәr, onların gizli mәslәhәt verәnlәri, dәstәkçilәri vardır. Onlar zahirdә cırmaqlaşsalar da gizlindә dostanә salamlaşırlar, xosunlaşırlar, әl altından al ver edirlәr. Farsları xaricdә dәstәklәyәnlәr, iran coğrafiyasında yaşayan vә düşmәn ürәyi partladan bir vüqarla dayanan türklüyün sındırılmasını istәyәnlәr vardır. Gәncliyimizi vә ziyalılarımızı zay etmәmәliyik.

 

1981-ci ildә hәyata keçirilәn “Mәdәniyyәt İnqilabı” (inqilabi fәrhәngi)nın hәyata keçirilmәsi işlәrindә sosyalistlәri, tudehçilәri vә xalqın mücahidlәrinә mәnsub qabaqcıl kadrları aradan götürmәk mәqsәdilә yeridilәn fәaliyyәtlәr çәrçivәsindә Haşimi Rәfsancaninin Tәbriz universitetinin tibb institutunda çıxışı әsnasına ona pomidor vә sümük tullandı. O tәlәbә qrupunu tәşkilatlandıran vә tәlәbәlәrә özlәrini rejimә müxalif kimi inandıran Dr. Nuri ilә Dr. Mәsud Pezeşkiyan İranda müәyyәn universitetlәrin iki ildәn artıq bağlanmasına amil oldular. Rejim dә bu iki ildә öz işini gördü. Zahirdә hökümәtә vә rejimә müxalif olan bu şәxslәr daha sonra iran dövlәti tәrәfindәn mükafatlandırıldılar. Dr. Nuri universitetin fizyoloji bölmәsinin rәisliyinә tәyin olundu. Dr. Mәsud  Pezeşkiyan isә Hatәmi dövründә sәhiyyә naziri oldu. Bugünkü hadisәlәrin 1981-ci ildәki Tәbriz Universitetindәki hadisәlәrә oxşayıb oxşamadığını hamının öz insafına vә vicdanına tәhvil verirәm.

 

İmperializmin gözü yaxınşәrq, Ortaşәrq vә qafqazlardakı sәrvәtlәrdәdir. Sәnaye inqilabından üzübәri vampirliklәrini hәr mәrhәlәdә göstәrәnlәrin strateji milli mәnafelәrinә qanımız vә canımızla dayaq olmayaq, oyuna gәlmәyәk, özgәlәrinin ovu olmayaq. İsrailoğulları 2000 il dövlәtsiz yaşadı, ancaq dövlәt qurmaq arzusunu heç vaxt yadından çıxarmadı vә axırda öz mәqsәdinә çatdı. Dövlәt qurmaq uğrunda yeridilәn mübarizә insanların ömrü qәdәr qısa deyildir. Bu yolda hәrә öz öhdәsinә düşәn işi görәr vә özündәn sonra gәlәnlәrә onları miras buraxıb gedәr. Günü gәldikdә dә intizarı çәkilәn dövlәt bütün әzәmәt vә cah cәlalı ilә qurular. Bu işlәr uşaq oyunçağı deyildir vә qәti şәkildә tәlәsmәyә icazә vermәz.

 

Hörmәtlә

 

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa