Güney Azərbaycan Konqresi,
|
BƏYANAT:
Hörmətli güneyli vətəndaşlar, əziz azərbaycanlılar,
15 ildir ki, Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağımızın Şuşa şəhəri, təcavüzkar Ermənistanın silahlı qüvvələrinin işqalı altındadır.
Şuşa, 1756-cı ildə dövlət xadimi Pənahəli xan Cavanşir tərəfindən tikilən qaladır. Ermənistan tərəfindən talan edilməyə başlayanadək, Şuşada 270-dən çox tarixi və mədəni abidələr mövcud idi – o cümlədən tarixi-memarlıq qoruğu, daş yaradıcılığı ilə bağlı tarixi etnoqrafiya muzeyi, şəhərin tarix muzeyi, dünya mədəniyyətinə öz töhfəsini vermiş dahilərimizin ev muzeyləri və s. Şuşa, dahi nümayəndələri ilə Azərbaycana şöhrət gətirmiş və Azərbaycan baletinin banisi Əfrasiyab Bədəlbəyli, dahi şairimiz Molla Pənah Vaqif, Azərbaycan realist nəsrinin banilərindən Əbdürrəhimbəy Haqverdiyev, dünya şöhrətli opera müğənnisi Bül-Bül, şərqdə ilk operanın banisi dahi bəstəkarımız Üzeyir Hacıbəyov, Azərbaycan teatrının banilərindən Nəcəfbəy Vəzirov, görkəmli şairəmiz Xanqızı Xurşudbanu Natəvan və muğam ustası Xan Şuşinski kimi bir çox simaları dünya mədəniyyətinə bəxş etmişdir.
Şuşa şəhəri vaxtaşırı imperiyaların hücumlarına məruz qalmışdır. Rusiya, ermənilərdən əl-altı və 5-ci sütun kimi bölgədə istifadə edərək, fars şovinistləri ilə birlikdə onları Türkiyə və Azərbaycana qarşı yönəltmişdir. Hələ XX əsrin əvvəllərində, bölgədə türk xalqlarının hərəkatının genişlənməsi dövründə zəifləşmiş Tsar rejimi, öz müstəmləkatını qorumaq üçün xəfiyyə polis dairələrinin vasitəsi ilə növbəti dəfə olaraq etnik ixtilafları alovlandıraraq, 1905-ci ildə inqilabların ərsəyə gəlmə dövründə Erməni - Azərbaycan qarşıdurmasını yaratmışdır. Həmçinin oktyabr inqilabı dövründə, 1918-ci ildə, Azərbaycanın həm şimalında, həm cənubunda, azərbaycanlılara qarşı ermənilər tərəfindən qətliamların təşkili, yenə də təsadüfi deyil. Sovet İmperiyasının dağılması ərəfəsində isə ermənilərin azərbaycanlılara qarşı növbəti dəfə olaraq divan tutmaları və Azərbaycanın əbədi ərazisi olan Dağlıq-Qarabağı Azərbaycandan ayırma totəəsi də dediyimiz imperiyaların məkir və siyasətindən irəli gəlir. Nəhayət, 8 may 1992-ci ildə, İran-Ermənistan-Rusiyanın birgə məkrli siyasi oyunlarının nəticəsində, Şuşa şəhəri ermənilərin əlinə keçdi. Bu təcavüz nəticəsində Şuşada 480 nəfər günahsız sivil azərbaycanlı qətlə yetirildi, 600 nəfər yaralandı, 22 000 nəfər sürgün salındı. Əsir götürülmüş 68 azərbaycanlının taleyi barədə hələ bugün də məlumat yoxdur. Ermənistanın bu işqalı nəticəsində, 6800 məskən, 44 məktəb və təhsil ocaqları dağıdıldı.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələri, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərar və yekun sənədləri, AŞPA-nın qərar və tövsiyələrini saymamazlıqdan gələn və Şuşada, Azərbaycanın mədəni və tarixi irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv edən ermənilər, həmin bölgədə qeyri-qanuni fəaliyyətlər sürdürməyə - o cümlədən Ermənistan Respublikasından Şuşa və Qarabağımızın digər işqal altında olan bölgələrinə ermənilərin məskunlaşdırılması, silah və insan ticarəti, narkotik bitkilərin becərilməsi və alverinə davam edirlər. Bu qanuna zidd olan əməliyyatlardan daxil olan gəlirlər isə, işqal olunmuş torpaqlarımızda, günahsız xalqımıza divan tutan erməni terrorist qruplarının düşərgələrinin yaradılmasına xərclənməkdədir.
Əziz güneylilər,
Şuşa şəhəri azad olsun! 08.05.2007 |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa