Güney Azərbaycan Konqresinin
|
" Yaşasın xalqımızın dili, tarixi və milli xüsusiyyətləri! " S. C. PİŞƏVƏRİ |
Hörmətli vətəndaşlar, əziz azərbaycanlılar, sayın güneylilər,
“Səbt edib səfheye tarixinə dövran, dilimi
Əziz həmvətənlər, 500 il bundan əvvəl rəsmiləşən dilimiz bugün hələ də yasaqdır. Güney Azərbaycanda ana dilimizin, şair demişkən “gül açmasına”, İran İslam Rejimi imkan vermir. 60 il bundan əvvəl azadlığa çıxan dilimizə də, Şah Rejimi qadağa qoydu və bu qadağalar bu günədək davam edir. Halbuki, UNESCO və BMT tərəfindən, 21 fevral Beynəlxalq Ana Dili Günü qəbul edilmişdir. Bu günün yaranma tarixçəsi 1952-ci ildə Banqladeş xalqı ana dillərinin rəsmiləşdirilməsinə görə mübarizə apardıqları bir vaxtda, onlardan səkkiz nəfərinin polis tərəfindən öldürülməsi ilə bağlıdır.
Ana dili insanın mənəviyyatıdır, təfəkkür tərzidir, kimliyini formalaşdırır, mahiyyətini təyyin edir və onun tarix və mədəniyyətini yaşadır. Necə deyərlər, “danış ki, deyim kimsən”. Və yaxud deyirlər ki, bir millətin torpağını işqal etməklə onu məhv etmək olmaz, amma onun dilini almaqla onu aradan aparmaq olar. Elə şah rejimi və indiki islami rejim də güney azərbaycanlıları əritmək üçün onların ana dilində yazıb-oxumaq, təhsil almaq, mədrəsələr açmaq, mədəniyyət ocaqları yaratmağı qadağan etmiş və bununla, Güney Azərbaycan xalqının inkişaf yolunun qarşısını almışdır. Baxmayaraq ki, bu haqqı almaq üçün xalqımız Məşrutə İnqilabından bu günədək, yəni 100 il ərzində, mübarizə edir və hətta 1324-cü ildə (1945-ci ildə) Pişəvərinin başçılığı ilə Milli Hökümətin qurulduğu bir vaxtda, ana dilimiz, Azərbaycanın rəsmi dövlət dili qəbul olunub və bu dildə fərmanlar və qayda qanunlar qoyulmuşdu. İstemarçı qüvvələrin əlaltısı olan şah rejimi və pan.islamizmə və ümmətçiliyə xidmət edən indiki islami rejim, güney azərbaycanlıları həmin hüquqdan məhrum etmişlər və bu haqqı istəyən Güney Azərbaycanın Milli Hərəkatının aktivlərini həbsə, zindana, sürgünə, cəza və cəriməyə, şallaq və işkəncəyə məhkum edirlər. Təssüf yeri buradadır ki, bu kimi haqsızlıqlara dünya ictimaiyyatı, beynəlxalq təşkilatlar və hətta islam rejimi ilə mübarizə iddiasında olan super-dövlətlər, güney azərbaycanlıların bu qanuni haqqlarına göz yumurlar və onların bu yolda mübarizələrini görməməyə və qulaq ardına vururlar.
Təbii ki, biganələrdən milli haqqlarımızı əldə etmək üçün bir şey gözləmək düz deyil. Xalqımız, öz əzm və iradəsini ardıcıl olaraq keçmişdəki kimi ortaya qoymalıdır və öz haqlarını – o cümlədən ana dilində yazıb oxuyub məktəb açmaq, maarif və mədəniyyət obyektləri yaratmaq və onu dövlət dili səviyyəsinə qaldırmağa çalışmalıdır. Bunun üçün bu gün bir çoxlu şərait hazırdır, həmin şəraitdən lazımı qədər istifadə etmək gərəkdir. Bu yolda indiyədək Azərbaycan xalqının zəhmətkeşləri mübarizənin çətinliklərinə dözmüşlər və yükün bütövünü öz çiyinlərində daşımışlar. Lakin, Azərbaycanın varlı sinifi də əgər gələcəyini düşünürsə, ana dilində məktəblərin açılmasında öz imkanlarını ortaya qoymalı və dilimizin rəsmiləşməsində mübarizəyə qoşulmalıdır. Ana dili xalqın və millətin dilidir, onun mənəvi sirvətidir.
Gəlin bu mənəviyyatımızı birgə qoruyaq və onun qanuniləşdirilməsində birgə mübarizə aparaq, dilimizi əridib aradan aparmaq qəsdində olan düşmənin arzusunu ürəyində qoyaq!
Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin Birinci Məsulu |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa