Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)
22 may qiyamının 3-cu ildönümü münasibəti ilə |
Abdulla ƏMİR HAŞİMİ (Cavanşir) |
22 may 2009, Stokholm
|
22 mayda Güney Azərbaycanda baş verən qiyam bütün dünyaya səs saldı. Qiyam milyonlar Azərbaycan xalqının müxtəlif təbəqə və zümrələrini əhatə etdi. Əsrimizdə bir mütərəqqi hərəkət olduğu üçün qiyam, Azərbaycanın tarixi hadisəsi kimi yadda qaldı və digər mütərəqqi cərəyanlarin yanında özünə yer aldı. Bu hadisənin sayəsində İran daxilində bir diri mübariz və istedadlı Azərbaycan xalqının və Azərbaycan ölkəsinin mövcüd olduğu sübut edildi - bir xalq ki, əsirlər boyu qəhrəmancasına azadlıq yolunda döyüşür. Baxmayaraq ki onun qarşısında əsasən siyasi və coğrafi şəraitindən irəli gələn maneələr var, əsarətə və istibdada qarşı vuruşur və çalışır ki, dünyanın azad və sivil ölkələr sırasında azad yaşasın. 22 may qiyamında xalqımız bu hədəfə çatmaq üçün “Haray, haray! Mən türkəm!” deyə özünə güvən və sarsılmaz iradə nümayiş etdi. Milyonlar azərbaycanlının 22 may qiyamında meydanlarda səslənən şuarları göstərdi ki, söhbət bir neçə ziyalı və siyasi qrupların istək və arzularından getmir, bəlkə xalqımızın varlığından və onun ictimai şüurundan doğulan hədəflərdir və həmin məqsədlərin həyata keçirilməsinin mənəvi və maddi imkanları Azərbaycanımızda yaranıb və üzə çıxmaqdadır. 22 may günü Təbriz şəhərində bir neçə saat ərzində yüz minlər Azərbaycansevər insanlar bir araya gəlmişlər və “Yaşasın Azərbaycan!” deyərək, yüksək birlik nümayiş etdirərək, azərbaycanlıların öz milli və demokratik hüquqlarının bir hissəsi, istəyi və meyilləri, diktatorluq şərayitinə baxmayaraq açıq-aşkarcasına ortaya qoyulmuşdu və görundu ki, xalq öz azadlığının və milli haqlarının təşnəsidir. Eyni zamanda qiyamın istəkləri ancaq o günün istəkləri deyil, belkə Güney Azərbaycan xalqının tarix boyu inkişafından irəli gələn tələblərdir. Azərbaycan xalqının mübarizə tarixi qədimdir. Uzun zaman mübarizə istibdadçılara qarşı olmaqla bərabər, azərbaycanlılar işqalçılara qarşı qiyam etmiş və döyuşmüşlər. Lakin istibdadçı hakimlər işqalçılardan az qəddar olmamışlar. Onlar, Azərbaycanın təkcə var-dövlət və sərvətini oğurlamaqla kifayətlənməmişlər, Azərbaycanın ruhu və mənəvi sərvətlərinin dağıdılmasına cəhd göstərmişlər, azəbaycanlıların dili, musiqisi, ədəbiyyatı və adət-ənənəsinə qadağa qoymuşlar və topraqlarını başqa xalqlara paylamışlar. Pəhləvi rejiminin şahları və İran İslam Cumhurisinin imamları, prezidentləri, vəzirləri–vəkilləri də Azərbaycanda həmin işlərlə məşqul olmuşlar, yəni Madlar dövründən sonra istiqlalını itirən Azərbaycan, işqalçılara və istibdadçılara qarşı üsyan edir, qiyam edir, döyüşür və müxtəlif növlərdə mübarizə aparır. Bu mübarizə fars işqalçılarına və onların kültür təzyiqlərinə qarşı ərəblərdən və başqalarından çox uzun dövrü əhatə edir. Farslar, azərbaycanlıların bütün mədəni yaradıcıqlarını və sənaye nailiyyətlərini mənimsəyərək, onları özlərinin kültür və sənayelərinin bir qismi kimi adlandırmışlar. Lakin bu kimi ağır təzyiqlər azərbaycanlıları və Azərbaycanı, farsların və İranın içində əridə bilməmiş və farslarla həmrəng və həmrəy edə bilməmişdir. Baxmayaraq ki, uzun illər fars dili mədrəsə və məktəbxanalarda tədris edilmişdir və fars məmurları Azərbaycanda idarələrdə hakim olmuşlar, ancaq Azərbaycana olan məxsus ruh, onun dünyası və ona məxsus zovq məhv olmayıb, aradan getməmişdir. Əksinə Azərbaycana artan təzyiq və zülm, azərbaycanlılarda mübarizəyə həvəs və azadlığa meyli gücləndirmişdir. Keçən əsrdə və indi həmin mübarizə daha parlaq, daha aydın siyasi, ictimai və mədəni tələblər şəklində təzahür etmişdir. 22 may qiyamı da özünə məxsusluğu ilə elə həmin hədəflər əsasında zəif və güclü keyfiyyətləri ilə meydana gəldi. Azərbaycanın paytaxtı qədim və gözəl Təbriz şəhərində başlandı və digər şəhərlərimizdə cərəyan etdi. Səttarxan hərəkatı, istemarçılar tərəfindən dəstəklənən istibdadın və patriarkal-feodal sistemini lərzəyə gətirən mübarizə idi - ki azəbaycanlılara milli və qanunla idarəetmə haqqı, yəni əyalət və vilayətləri idarəetmə hüququnu qazandırdı. 22 may qiyamı isə azərbaycanlıları əritməyə və təhqir etməyə çalışan işqalçı, teokratik, panislamist və panfarsist rejimə reaksiya idi. Səttarxan hərəkatında xalqımız, fransız, Yaponiya, Rusiya və Şimalı Azərbaycanda baş verən olaylardan təsirlənib, orta əsrlərin həyat tərzindən ayrılmaq istədiyini, siyasi və inqilabi həyata başlamağa can atırdı. 22 may qiyamında isə xalqımız, öz mədəniyyət və mübarizə ənənlərinə söykənərək yenə də orta əsrlərin həyat tərzinə və 35 milyonluq bir türk xalqının türk dilində bir məktəbinin olmamasına kütləvi şəkildə, mədəni formada, qəti surətdə etirazı idi. Əslində Tsar rejimi, Böyük Britaniya və onların dostları, azadlıq hərəkatımızın inkişafına mane oldular. Onlar, Azərbaycanı yağlı tikə kimi görürdülər və öz məqsəd və mənfəətlərinə çatmaq üçün azadlığa çalışan Azərbaycanı, əsarət altında saxlamağa üstünlük verirdilər. Səttarxanı öldürtdülər, mücahidləri qətlə yetirdilər, əncümənləri dağıtdırdılar. Təbii ki, səbəbkarlar və onların müdafiəçiləri əbədi olaraq nifrətlə xatırlanacaqlar. 22 may qiyamçılarınada Azərbaycan şəhərlərində işqalçı məkəzi hökümət və yerli satqın orqanlar və məmurlar tərəfindən divan tutuldu. Azərbaycanın incəsənət adamlarindan tələbə və qarayaxa əhaliyədək həbsə alındı. Saysız- hesabsız azərbaycanlı həbsə alınmış gullələnmiş itkin düşən və mühacirətə məcbur olanlar oldu. Bu acınacaqlı taleyi azərbaycanlılar, Şeyx Məhəmməd Xiyabaninin qiyamında da yaşadı. Şeyx dəhşətli şəkildə təhqir olub, Hidayət kimi istemarçıların əlatıları vasitəsilə öldürüləndən sonra Hidayət yüksək vəzifəyə çatdı, amma yüzlər Azəbaycan oğlu güllələndi, dara çəkildi, İranın cəhənnəm kimi cənub biyabanlarına sürgünə göndərildi. 22 may qiyamının iştirakçıları, Şeyx Məhəmməd Xiyabaninin nəvələri, Azərbaycanda azadlıq, həmvətənlərinin dili, kültürü, musiqisi və xoşbəxtliyini tələb edirdilər. Rzaşah Məşrutədən olub-qalan azadlığı da kökündən kəsdi. Azərbaycanda isə bu dəfə fişar və təzyiq qat-qat artırıldı, türkcə yazıb-oxumağa qadağa qoyuldu. Rzaşah Azərbaycan adını yer üzünün xəritəsindən silib-atmaq üçün əlindən gələni əsirgəmədi. Onun dövründə Azərbaycan qarət edildi, azərbaycanlılara təhqir və etimadsızlıq daha vüsət aldı, fəlakət, işsizlik, avaralıq kənd və şəhələrdə çoxaldı. O dövrdə Təbriz şəhərində ustandar olan Müstofi kimilər, azərbaycanlılara nalayiq sözlər söyləməkdən çəkinmədilər və ona görə təşviq olundular. 22 may ərəfəsində də İran qəzeti farsların təmsilçisi kimi, azərbaycanlıları tarakan oxşadıb təhqir etməsi və bunları edənlərin azadlığa buraxılması təsadüfi hal deyil. Həm o dövrdə həm də indi farslar, azərbaycanlıları alçaq soy kimi qəbul edib, türkcə danışanları dövlət orqanlarından qovurlar, Azərbaycan türkcəsində hətta ədəbiyyat - şeir oxumaq və mahnı dinləmək cinayət işi hesab olunur. Azərbaycan o dövrdən bu günədək büs-bütün iki qat müstəmləkəyə və müstəmərəyə çevrilmişdir. Farslar, azərbaycanlıların sərvətinə, canına və namusuna hakim olmuşdur. Keçmişdə əgər Azərbaycan şəhərləri avadanlıqda birinci sırada idilərsə, sonra ən geri qalmış məkanlara çevrildilər, buna görə də Tehrana və başqa vilayətlərə kütləvi mühacirət ən adi hal aldı. Desək ki, azərbaycanlılar dünyanın istedadlı və çalışqan millətlərindəndir və Tehran, İsfahan, Şiraz, Məşhəd, Abadan, Kirman şəhərlərinin sənaye və dəmir yolu, bir çoxlu tikintiləri azərbaycanlıların qanının və canının hesabına yaranıb, yanılmamışıq. Kimsə bunu inkar edə bilməz. Lakin bu zəhmət və fəaliyyət müqabilində Azərbaycan naminə bir şeyə rast gəmək mümkün deyil. Yəni Azərbaycandan kənar həm tarixən həm də əxirən abadlıq nə varsa azərbaycanlıların yaratdığıdır, ancaq Azərbaycanda nə var? Heç bir şey. Ən sərt siyasət Azərbaycanda həyata keçirilir, nifaq salma, ayrı-seçkilik, parçalama və yoxsulluq Azərbaycanda ön plandadır. Azərbaycanda fars və farlaşma siyasətini aparan sərləşgər, sərhənglər, mollalar, rəislər hökumət edib və edir və azərbaycanlıların ürəyini yaralılayıb, ləyaqət, nüfuz və mənliyinə yara vurub və vurmaqdadırlar. Üzdəniraq “vahid İran”da həmişə belə bir iyrənc vəziyyət mövcud olubdur və İranın ərazi bütövlüyünü qorumaq siyasəti naminə hər cürə cinayət törətmək qanuni hesab edilir. Mərkəzi hökümətin bu qədər faciələr qarşısında azərbaycanlılar sükutmu etməlidirlər? Deməlidirlər ki, biz sizin qullarınızıq və istədiyiniz kimi bizi təhqir edin, bizi sağın, ölkəmizi süpürüb aparın, xarabazarlığa çevirin, kültürünü məhv hətta mağaza küçələrin ad və tablolarınıda farsca yazılmasına camaatı məcbur edin, fars şovonizmini həyatın bütün sahələrinə hakim edin, həm Hitlerin rasisti nəzərini yayın və həm də faşistlər kimi əməl edin, biz də əlimizi əlimiz üstə qoyub farslara və mərkəzi hökumətə dua edib təşəkür etməliyik?!! Azərbaycan xalqı bu rasisti siyasətə keçmişdə də dözmədi, 22 mayda da dözmədi, gələcəkdə də dözməyəcək! Tesadüfi deyil ki, alman faşisti ikinci dünya müharibəsində süquta uğramağa başladıqda məzlum millətlər arasında milli-dəmokratik hərəkat Asiya, Afrika və Latin Amerikasında güclənməyə başladı. Yəni faşisti ölkələrin zəiflənməsi və şovonisti ideyaların iflasa uğraması millətlərin qurtuluş hərəkatına yardım edir, eləcə də dünyada həmin fikirləri daşıyan təbəqə və zümrələrin zəyiflənməsi zülm altında yaşayan təbəqə və millətlərin azad və müstəqil yaşamalarına hər tərəfli şərayit yaradır. Xalqımız 1941-45 illərində bunu təcrübə etdi. 1941-cı ilin sentyabr-oktyabr aylarında mütərəqqi ictımai hərəkatın mərkəzi olan Təbriz şəhərində milli-demokratik fikirli adamlar, “Azərbaycan cəmiyyəti”ndə güclərini bir yerə topladılar və “Azərbaycan“ qəzetini buraxdılar. Hitlerin casuslarını, Pəhləvilərin şovinisti siyasətlərini, istibdadçıları ifşa edib onlarla mübarizə apardılar. Dilimiz, mədəniyətimiz, tariximiz və Azərbaycanın iqtisadiyatının geri qalmağından yazdılar. Yığıncaqlar təşkil etdilər, Azərbaycan məsələlərinin həlli üzrə ictimai rəy yaratdılar. Başqa mütərəqqi sinfi və siyasi təşkilatlar yarandı ki, kənd və şəhər Azərbaycan zəhmətkeşləri, Pəhləvi rejiminin şovinist, fasid, əlaltı məmurlarına qarşı ciddi mübarizə aparırdılar. Mübarizənin genişlənmə zərurətinə və irticai hakimiyyətin reaksiyalarına qarşı Azərbaycanda milli və mütərəqqi hərəkatın məqsədləri daha da aydınlaşdı və onu təmsil edən təşkilat yəni Azərbaycan Demokrat Firqəsi yarandı - çünkü sabiq təşkilatlar azərbaycanlıların istək və arzularına artıq uyğun deyildilər. Alman faşizminin məğlubiyyəti bu prosesi gücləndirdi. Firqə cəsarətlə azərbaycanlıların taleyüklü məsələlərinin həllini, Azərbaycan kəndlisi, fəhləsi, ziyalısı, taciri, maliki və bazar adamlarına dayanaraq Azərbaycanın milli hökümətinin yaradılmasında gördü və böyük şəhamətlə üzərinə düşdüyü görəvi yerinə yetirdi. 12 dekabr 21 Azər qiyamını, Səttarxan hərəkatından və Şeyx Məhəməd Xiyabani qiyamından daha güclü ancaq Azərbaycan ruhu ilə meydana gətirdi. Milli hökümətin Azərbaycanda gördüyü işlərin xaricdə və daxildə böyük əks sədası oldu və xalqımızın yaddaşında tarixi iz qoydu. Bir illik görülən işləri Pəhləvi və Cumhuriye İslami 63 ildə görə bilməyiblər. 21 Azər qiyamının və Pişəvərinin Azərbaycanda yandırdığı məşəli şovinist Məhəmməd Rzaşah, istemarçı Ariyamehr, İngiltərə və Amerika vasitəsilə söndürsə də, şahlıq rejimin bütün əsaslarını lərzəyə gətirmiş, onun ömrünə son qoyan Azərbaycan xalqı - Pişəvərinin nəvələri oldu. 22 may qiyamınadək Bəhmən inqilabını meydana gətirən Azərbaycan xalqı, Şah taxtdan salındıqdan sonra gözləyirdi ki, yeni yazılan konstitutsiya həyata keçirilsin, məhv edilən milli-mədəni hüquqlarımız bərpa olunsun, verilən vədələr yerinə yetirilsin, Azərbaycanda ana dilində məktəblər açılsın, mədəniyyətimizin inkişaf yolu açılsın, 21 Azər hərəkatının şəhidlərinin intiqami alınsın. Lakin inqilabın sabahından yeni hakimiyyətə gələn dini qüvvələr, inqilabı meydana gətirən tələblərin qarşısında dayandılar, əldə edilən nailiyyətləri bir-bir və ya bəzən toplumca məhv etməyə başladılar. İran-İraq müharibəsini bəhanə gətirərək şovonist Pəhləvi rejimi ilə mübarizə aparan qüvvələri mədəni, siyasi, ictimai həyatdan silib aradan aparmaqla məşqul oldular. Birinci azərbaycançı ziyalıları - hansı ki 21 Azər qiyamının tərəfdarları idilər və xalqımızın təşkilatlandırılmasında bacarıqları var idi, aradan qaldırdılar. Amma Azərbaycan xalqı dözümlü bir millət olaraq qanuni yollarla, müxtəlif taktiklərlə, daxildə 22 mayadək istəklərin ortaya qoymuşlar və məcburiyyətlə mühacirətdə yaşayan azərbaycanlılar, rejimin iç üzünü, şovinisti mahiyyətini diktatorluqla hökümət edən siyasətini, dini inanclardan təbliğat vasitələri kimi istifadə edib apartayd simasini gizlətməsi, bunların hamısı Azərbaycanı xəritədən silib və azərbaycanlıları əritməsinə gətirib çıxardacağını, heç bir güzəştsiz imkanlarında olan vasitələrlə xalqımıza çatdırmış və rejimi ifşa etmişlər. Rejim bunlara baxmayaraq, təhqir və təbiz siyasətini ardıcıl davam etməkdə idi ki, 22 mayda Təbrizdə xalqımızın səbir kasası dolmuş və İran qəzetində Azərbaycan türklərini tarakana oxşadıb, haqqımızda deyilən təhqiramiz sözlərə qarşı küçələrə töküldü. İran qəzetinin yazarının cəzalanmasını yürüşlərdə, təzahüratlarda tələb etdi. Həqiqətdə Azərbaycan xalqı bununla daha çox İran rejiminin uzun illər yürütdüyü şovinisti siyasətinə görə cəzalanmasını tələb edirdi, lakin hələlik buna gücü çatmadı. Cana gəlmiş azərbaycanlılar, dədə-babaları sayağı yürüşlərdə şovonistlərlə üz-üzə dayanaraq harayladılar ki, “Mən əriyən deyiləm! Mənim dilim ölən deyil, başqa dilə dönən deyil! Mən fars deyiləm! Azəri deyiləm! Mən, türkəm! Təhqirə, əriməyə boyun qoyan deyiləm!”. 22 may qiyamının yüksək zirvəsi, onun hakimiyyətdə olan şovinistlərə həmin xəbərdarlığı idi. Düzdür bu xəbərdalıqdan sonra 21 Azər qiyamı, Şeyx Məhəməd Xiyabani qiyamı və Səttarxan hərəkatında olduğu kimi şovinist dairələr, irticaçı qurumlar vahiməyə və qorxuya düşdülər. Fitvalar verdilər. Həmişəki kimi hay-küy saldılar. Yalanlar yaydılar və saxta hikayələr və cəli sənədləri, keçmişdə Azərbaycan demokratlarının hesabına yazdıqları kimi, 22 mayda da rejimə etiraz edənlərin adına yazdılar. 100 minlər qiyamçıları əcnəbilərin casusları adlandırdılar. Qiyamçıları İranın ərazı bütövlüyünü pozanlar adlandıraraq, bunu cinayət işi saydılar. Lakin 22 may yürüşündə iştirak edənlər inamla öz gəldikləri yolu əzm ilə davam etdilər və çalışdılar ki, məhkəmələrdə məzlum Azərbaycandan müdafiə etsinlər, və əziz Ana Vətənimizin uzun illər bir ovuc xayinlərin cəhalət batılqanının əlində qərq olmasını, dili və ədəbiyyatinın təhqir edilməsini məhkum etsinlər. 22 mayda şəhərlərdə Azərbaycan kütləsinin geniş etiraza çıxması mübarizənin yeni mərhələsindən xəbər verdi. Qiyam sübut etdi ki, son 90 il ərzində irəli sürülən şüar və məramlar Azərbaycanın tarixi varlığı ilə bağlıdır və cəmiyyətimizin bətnindən doğulan zərurətlər və ehtiyaclardır. Lakin İranın irticaçı və irqçi rejimi və fars millətinin nümayəndələri, kobud şəkildə və heyvancasına kor nasionalizmlə zəhərlənmişlər və həqiqəti görməkdən acizdirlər. Onlar İranın ərazı bütövlüyünün pərdəsi arxasında mal-sərvət toplayıb qorumaqla, istemarçı qüvvələrə söykənərək nökərlikdən çəkinmirlər və onların köməyi ilə zülm altında yaşayan millətlərin dilini milli adət-ənənələrini aradan aparmağa çalışıb, məzlum millətlərin adlarını öz ərazilərindən silib atmağa və əllərindən gələn xəyanətləri əsirgəməmişlər. Bununla məzlum millətlərə qarşı böyük tarixi cinayətlər törətməklə, farslarla Azərbaycan türkü, türkmən, ərəb, kürd və bəluçlar arasında dərin təzadlar yaratmışlar. Onlar farsçılıq və irançılığı uzun müddət gəcə-gündüz hay-küylə təblığ edib yaymaq və əməl etməklə, azərbaycanlıların və başqa xalqların neçə min illik tarixi köklərini, dilini, kültürünü inkar etməklə öz kimliklərindən ayırmaq istəmişlər. 22 mayda xalqımız tərəfindən verilən şüarlar, şovinist irticaçı və irqçilərin halını daha pisləşdirmiş və onları əsəbləşdirmişdi. Bizləri “tamaməyar irani” görmək istəyənlər hələ 16-cı əsrdən Azərbaycanı, İran şahlarının, Rus tsarlarının və ya Osmanlı paşalarının təpiyinin altına salmaq istəyənlər, şiə-sünni davaları salıb siyasi məqsədlərinə çatmaq istəmişlər. Həm 16-cı, həm 20-ci və həm də indi eyni məqsəddədirlər. Yəni Azərbaycanı, öz müstəqil siyasi iqtisadi həyatının fikrindən uzaqlaşdırsınlar, İranın və və ya hərhansı bir dövlətin və ölkənin boyunduruğu altında saxlansınlar. Keçmişdə də belə idi, indi də belədir. Burada mübarizənin mahiyyəti dilə, mədəniyyətə və tarixə aid əqidə və məramdan ibarətdir. Azərbaycan xalqı, onun şərif övladları, hər vaxt qəsbkar siyasətə qarşı öz mədəniyyətini, dilini, tarixini daha artıq sevmişlər. Azərbaycan xalqı, atalar sözlərində, mahnılarında, hekayələrində İranın və başqalarının qan içən hakimlərini nifrətlə xatılatmışlar, Azərbaycanın incəsənət adamları və şair və yazıçıları Təbrizdə, Urmuda, Xəmsədə, Həmədanda, harada yaşamaqlarından asılı olmayaraq Azərbaycan türkcəsində və Azərbaycan stilində olməz əsərlər yaradıblar - işqalçılara və qəsbkarlara diş sindırıcı cavab veriblər ki, həmin qiymətli mütərəqqi əsərlər milli mədəniyyətimizin qürur mənbəyidirlər. Güney Azərbaycanda xalqımız Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Pişəvəri dövründən, hətta Məhəməd Rzaşahın paniranisti və Cumhuriye İslaminin panislamisti zamaninadək çox ləyaqətli şairlər və yazıçılar yetişdirmişdi - hansı ki, qadağa qoyulduğu şəraitdə ana dilimizdə dəyərli kitablar və jurnallar buraxmışlar. Bu həqiqəti fars natsionalistlərin ifratçısı da dana bilmir. Lakin həmin fars irqçiləri və onlara xidmət edənlər hər zaman bu yaradıcılığın qarşısını almağa cəhd göstərmişlər. Əhməd Kəsrəvi 1942-ci ildə “Pərçəm” jurnalında Azərbaycan məsələlərinə aid belə yazır: “Azərbaycan dilinin məsələsi yeni mövzu deyil, Məşrutə hərəkatı başlayandan bu məsələ mövcüdur və qəzetlər Azərbaycan dilində yayılırdı. Amma ayıq adamlar onun zərərini başa düşdülər, o qəzetlərin yayılmasının qarşısını aldılar. Sonralar 1940-cı illərdə ikinci dünya müharibəsi vaxtında bu hərəkat yenidən canlandı. Sərləşgər Ayrəmlə, Azərbaycanda olan vaxtda, bu haqda yenidən danışıqlar aparıldı. Ayrəmin fəaliyyəti nəticəsində qərar alındı ki, məktəblərdə, idarələrdə və iclaslarda fars dili işlənilsin”. Lakin 21 Azər, 29 bəhmən və 22 may qiyamları göstərdı ki, Azərbaycan dilinin əleyhinə nə sərləşgər Ayrəmin, nə Rzaşahın, nə Məhəməd Rzaşahın quldurca tədbirləri və nə də İslam Cümhurisinin əhkamları və fitvaları nəticə vermədi və İranda milli birliyə yardım etmədi ki heç, Azərbaycanla İran arasında fasiləni çoxaltdı, Təbrizlə mərkəz arasında tezzadları genişləndirdi. Təbiidir ki, ziddiyyət və fasilə çoxaldıqda milli şüur və özünü dərketmə güclənir və totalıter mərkəzi hökümət zəifləyir. Həmin zəyiflikdən, təhqir edilmiş millət durmadan istifadə edir və üsyana başlayır, lazımı güc toplamışsa öz arzusunu həyata keçirir, 21 Azər qiyamıtək öz iradəsini Azərbaycan milli höküməti şəklində nümayiş etdirir. Farsçılar və irançılar nə son 90 ildə Azərbaycanda baş verən qiyamlardan nəticə çıxara bilirler, nə də digər çox millətli ölkələrin tarixi təcrübələrindən dərs alma ləyaqət və istedadları var. Ancaq baş verən qiyamları zorakılıqla, qətl və qarətlə, işkəncə və həbs etməklə, töhmət və böhtanla yatızdırmağa ümidlidirlər. Amma dünyada insan haqlarını qoruyan qüvvələr gündən günə güclənir, daha keçmişdəki kimi etirazları və qiyamları, hədə-qorxu və işkəncə ilə yatırtmaq mümkün olmayacaq. O vaxt 35 milyonluq bir millətin nəçə min illik tarixini, zəngin dili və mədəniyyətini 150 min kilometr kvadrat ərazisini inkar etmək mümkün olmayacaq. Hətta belə inkar etməyə kiminsə cəsarəti olsa da, xalqımız öz iradəsi ilə haqqını əldə edib, onu qoruyub saxlamağı bacaracaq. Uzun zaman mübarizənin ardıcıllığı buna sübutdur. 1941-ci ildə “Təcəddode İran” qəzetinin 24-cü sayında “Azərbaycan nə istəyir” başlıqlı məqalədə müəllif yazır: Qazetin redaksiya heyyəti “Azərbaycan nə istəyir” müəlifinə yazır: “Təcəddode İran” qəzetinin redaksiya heyyətinin yazısından belə çıxır ki, nə Azərbaycan mövcuddür, nə də Azərbaycan dili. Azərbaycan türkcəsinə “Ariyəti dil” demək, Azərbaycanı “İranın şimalı” adlandırmaq kimi çirkin qondarma terminlər o dövrdə “Təcəddode İran”, “İttilaat”, “Keşvər”, “Yəğma” kimi qazetlərdə və bu gün həmin adda və ya onlara oxşar və onların yolunun davamçıları olan irticaçı şovinist qazetlərdir. Lakin ağalara yalanlar söyləmək asanddırsa, 35 milyon azərbaycanlının on min illər danışdığı dili məhv etmək çətindir. Haçansa azərbaycanlılar ana dilində yazıb oxumağı idarələrdə təlim-tərbiyə obyeklərində rəvac vermək, rövnəqləndirmək istəyəndə, Azərbaycan xalqının ünvanına söyüş və iftiralar yağdırılır. Tehran qəzetləri qeyri-fars millətlərə edilən zülmü ört-basdır etmək üçün minbir müzəxrəfat və minbir saxta sənəd, əsassız və məntiqsiz sözlər yayırlar. Bu da onu göstərir ki, fars yazarları Bertolet Breşt demişkən “belə adamlar ya zaydırlar, ya xay. Çünki ya həqiqəti bilirlər amma onu gizlədirlər - belə halda zay və çirkin adamdırlar. Ya da xay və nadan adamdırlar – ki, ictimai mübarizənin qaydalarını və millətlərin tarixinin inkişaf qanunlarını, dövlət və millətlərin kök və əsasından xəbərsizdirlər”. Bu kor zehniyyətli qüvvələr həm şah və həm də şeyx rejimi dövründə fars şovinizminə dayanaraq ancaq elmdən, həyat qanunlarından, tarixdən uzaq olmaqda birləşirlər. Bir də ki, fars eqoistliyinə söykənməkdə. Azərbaycana nisbət heyvancasına kinə və qərəz ən zirvədə dayanan irqçi fars yazıçı və şairlərində mövcüdur. İnsanın yazıqlığı gəlir fars millətinə ki, belə ziyasız şair və yazıçılardan nə öyrənə bilər? Götürək Məleyküşşüəray-e Baharı – ki, vaxtilə Tehran Universitetinin müəlimi idi. Bahar 1945-ci ildə Yəğma jurnalının 125-ci sayında Azərbaycan Demokrat Firqəsinin təsisi münasibətinə görə belə yazır: “Azərbaycan dili sizin ana diliniz olduğu üçün tələb edirsiniz ki, bu dil məktəblərdə dərs verilsin. Siz dolayısı ilə deyirsiniz ki, çün Xuzistanda əhali ərəb dillidir – orada da ərəbcə dərs verilsin. Uşaqlara Bəluçistanda bəluç dilində, ermənilər erməni dilində, kürdlər kürd dilində, lorlar lor dilində, qoçanilər qoçan dilində, simnanilər simnan dilində, giləklər gilək dilində, təbərilər təbəri dilində təhsil alsalar, görün bizim kültürümüz necə anarxiya ilə üzləşər?!” Baharın bu baxışını görəndə istər-istəməz belə bir nəticəyə çatılır ki, Bahar nə qədər irticaçı, köhnə beyin, ölü bir adamdır və Sarter-Rasellərlə müqayisədə -ki, afrikali və viyetnamlıları müdafiə edirlər və Fransanın və Amerkanın işqalçılıqlarını qınayırlar, onların müqabilində Bahar nə qədər alçaq şairdir! Doktor Mahmud Əfşar Ayəndə jurnalının 9 və 10-cu sayında Sovetlər dövründə yazır ki: “İran dövləti gərək Sovet dövlətindən istəsin ki, Azərbaycan Sovet Sosialist Respublikasının adını dəyişib, Aran Sovet Sosialist Respublika qoysun”. Görünür ki, Mahmud Əfşarların, Azərbaycanın o tay-bu tayını da görər-gözü yoxdur. Şimali Azərbaycanda minlərcə Azərbaycan türkcəsində məktəblər, yüzlərcə ali təhsil ocaqları, elm və mədəniyyət mərkəzləri, yüz minlərlə həmin dildə kitabların çapı və Bakı, Gəncə, Naxçıvan, Qarabağın tarix, ədəbiyat, mədəniyyət ocaqları, Əfşar kimi üzdəniraq ziyalıları olan Pəhləviçiləri və Xumeyniçiləri darıxdırır! Əgər son 90 ildə azərbaycanlılar etdikləri qiyamlarda əldə edilən nailiyyətləri qoruya bilməmişlər, bunun çoxlu səbəbləri var. Amma o demək deyil ki, bacarmamışlar. Əksinə, bu yolda xalqımız həddindən artıq fədakarlıq, qəhrəmanlıq göstərmişdir. Lakin güc tənasübü düşmənin xeyrinə olmuşdur, hətta bəzən dostlarımız da bizi tək qoymuşlar və ya ancaq sözdə müdafiə etmişlər.
|
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa