Son günlərdə milli hərəkatımızda mövcud olan məsələr və mövzular haqqında, mübahisələr gərgin forma almış və müxtəlif adamlar biri-birinə qarşı çıxaraq get-gedə arada olan elmi və yerli-yataqlı söz-söhbətlər, qeyri məntiqi və hissiyata qapanmış formalar alır. Hətta bə’ziləri “gələn Babək Qalası toplantısında” və yaxud filan vaxtda toqquşmaqdan danışaraq hazırlıq aparmağa çalışanlar var. Bir sıra qruplara mənsub olan şəxslər, yersiz olaraq bu işlərin qızışdırılmasına cəhd göstərirlər. Nəticədə münasibətlər pisləşir, səmimi və fəal hərəkat üzvləri itirilir, başqaları isə sarsıdılır və qalanlar da ürək ağrısı ilə prosesi və mübahisələri izləyirlər. Bizcə yaxşı olar bir an dayanıb özümüzdə düşənək, baxıb–görək, səbəb nədir?
Burada hamımız azərbaycanlıyıq və arzularımız Azərbaycanı, xüsusilə Güney Azərbaycanı müstəmləkəçilikdən qurtarmaqdır. Beləliklə istər dinçi, istərsə solçu, və yaxud millətçi qardaşlarımız, hamı Azərbaycanın qurtuluşuna fikirləşməli və düşünməlidir . Tartışmanın nəticəsini ancaq bu amacla bağlı ölçüb-biçməliyik.
Tə’ssüf yeri burasındadır ki, burada düşmənin hazırladığı kələklərdən və onun atdığı torlardan söhbət getmir. Adamda belə bir fikir peyda olur ki, bəlkə biz hamimiz (dinçi, solçu, millətçi, ... ) düşmənin qurduğu tora və atdığı tələyə düşmüşük?
Bir tarixi hadisəni 1979-cu ildən xatırlatmaq yerinə düşər. Məhəmməd Rza Şahın səltənətinin son ilində, inqilab ərəfəsində Şah, siyasi məhbusları buraxmağa məcbur olmuşdu. Lakin, həbsxanalardan və zindanlardan buraxılan məhbusların əksəriyyətini birinci mərhələdə solçular təşkil edirdi! Məhbuslar bunun səbəbini arayırdılar. Nədən Şah solçuları buraxmaqla, onlara təşkilatlanma fürsəti verir? Onları dinçilərə qarşı gücləndirməkmi istəyir? Düzdür. Lakin, solçu məhbuslar çıxıb cəmiyyətdə təşkilatlarını kütləviləşdirib, gücləndirib, dinçilərlə rəqabətə qalxıb, hakimiyyət uğrunda bir-biri ilə dalaşmadılar. Amma Şah bunu istəyirdi. Zənn edirdi ki, elə bir halda bir an da olsa rahat nəfəs çəkərək onları qarş-qarşıya qoyub, güclü dinçiləri zəyifləndirib, müəyyən bir müddət ərzində hər ikisini meydandan çıxarıb və özünü camaat arasında, “sakitliyi yaradan yaxşı rəhbər” kimi göstərəcəkdir.
O dövrdə, inqilabın sür'ətli təkərləri, Şaha bələ bir imkanı vermədi. Amma indi, onun yərində əyləşənlər, bələ bir siyasəti Azərbaycanda həyata keçirtmək planını bütün incəlikləri ilə izləyirlər, heç rejimin adı-sanı arada olmadan.
Bizcə, yazılmış senarinin, bu gün sabah və yaxud gələcəkdə həyata kəçirilməsinə Güneydə zəmin yaradılır. Biz inanırıq ki, Azərbaycanın qurtuluşu, milli azadlıq uğrunda mübarizə edən müxtəlif fikirli qüvvələrin birliyi ilə mümkün olacaqdır. Heç bir qüvvə təkbaşına bu tarixi vəzifəni yerinə yetirməyə qadir deyil.
Millətçilər, solçular və dinçilər ilə və ya hər hansı qüvvələr ki, Azərbaycaın istiqlalı yolunda mübarizə aparırlar, dil taparaq müştərək platformalar və proqramlar hazırlamaqla, müştərək mübarizə aparmalıdırlar. Iran rejimi çalışır ki, bizim aramıza nifaq salsın –millətçilərimizi, solçularımızla qarşı-qarşıya qoysun. Birinci növbədə plan təhqiramiz sözlərlə başlayaraq, baykotlara kəçərək, parçalayaraq, sonralar biri-birimizə küçə yürüyüşlərinə vadar etmək, və yaxud başqa-başqa aramızda toqquşmalar salmaqdan ibarətdir. Elə bu halda Iran rejimi zahirdə durub, sadəlövh adamlara təbliğat aparacaq ki, "baxın görün sizin əmniyyətinizi bu millətçilər və bu solçular nəcə təhlükə qarşısında qoyurlar? Mənim borcum odur ki, bunları tutub-asıb-kəsmə ilə sizlərə əmniyyət yaradam".
Beləliklə özü dava-dalaşı salan və Azərbaycan millətinin azadlığını boğan və müstəmləkə edən Iran rejimi, Azərbaycan xalqına ağıl öyrətməyə çalışacaq. Bu da o tor və tələlərdəndir ki, bizim üzərimizdə qurulur və biz də bə'zən düşünmədən hər bir tələyə düşürük, düşməni görə bilmədən.
Hər bir fikir söyləmə və tədbirdən əvvəl yaxşı olar ki, onların nəticəsi haqqında lazımı qədər düşünüb və gələcəyi göz önünə alaq. Öz soydaşlarımıza töhmət atmaq, Iran rejimini yaddan çıxartmaq, bu gün bizim sıralarımıza qoşulan dinçi, millətçi və solçunu ləkələmək, bizi hara apara bilər? Təbii ki, işin əvvəlidir. Qarşıda görüləcək olan işlərin həcmi daha çoxdur. Eyni zamanda bizim öyrəndiklərimiz də hələ mükəmməl dəyil. Yaxşı olar ki, sözdə gedən münaqişələri sağlam, üsuli, məntiqi və ehtiramamiz mübahisəyə çevirib, biri-birimizdən öyrənək. Hamımızın fikrinə və inamına hörmətlə yanaşaq. Kim hansı təşkilatı və hansı insanı özünə rəhbər bilirsə, bu onun öz işidir. Yalnız, biz azərbaycanlılar, uzaq başı, biri-birimizə məsləhət verə bilərik. Münaqişəyə getməyə haqqımız yoxdur! Həm bu gün, həm sabah, həm gələcəkdə!
|