Haqqını al!

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

Təbriz, 1357 (1978)

 

Sübhün dumanında çalışır həyat,
Ayılır yuxudan bir xalq, bu saat,
Sənin səsini, gözləyir ağ at,
Qalx ayağa! Sən də, göylərə ucal!

Çalış ki, unudulmuş haqqını al!

 

İstəsən qüdrətli dövlətin olsun,
İstəsən dünyada bayrağın olsun,
Şərəfli izzətli günlərin olsun,
Olmaq istəməsən düşmənə hambal,
Çalış ki, unudulmuş haqqını al!

 

Azadlığın xoş ətri var, dadı var,
Tarix boyu zəfəri var, şanı var,
Xalqımızın şöhrəti var, sanı var,
Getmə dayan, bu cəbhədə Sən də qal!
Çalış ki, unudulmuş haqqını al!

 

İgidlər torpağı Azərbaycanda,
Qeyrətli ərənlər comalaşanda,
Düşmənlər gizlənər hər bir dörd yanda,
Düşmənə qarşı silah əlinə al,
Çalış ki, unudulmuş haqqını al!


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa