Ürəkdə bir şövq var idi ...

Elçin İlyas oğlu ƏFƏNDİYEV

 

"... savaddan başqa bir ürəkdə bir dübr və şövq lazımdır."
Üzeyir HACIBƏYOV

 

1.
1912-ci ilin yayında 27 yaşlı Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanım Hacıbəyova-Terequlova ilə birlikdə Jeleznovodska getmişdi və oradan dostu və məsləkdaşı Müslüm Maqomayevə göndərdiyi məktubda yazırdı: “İyunun 21-dən Jeleznovodskdayıq. Məleykə müalicə olunur, mən isə piano çalmağı öyrənməyə başlamışam. Burada özümə müəllimə tapmışam, o, həftədə 3 dəfə mənimlə məşğul olur və hər gün onun royalından istifadə edirəm, bunun üçün ayda 15 manat verməliyəm”.
Bu məktubdakı “piano çalmağı öyrənməyə başlamışam” sözlərini, əlbəttə, tam müstəqim mənada başa düşmək düzgün deyil, söhbət peşəkar musiqi təhsilini davam etdirməkdən, məşqdən gedir (Üzeyir bəy tar çalırdı, hələ Qori seminariyasında oxuyarkən gözəl skripka çalırdı, bir il əvvəl, yəni 1911-ci ildə Moskva filarmoniyasının nəzdində şəxsi kurslarda təhsil almışdı), lakin indiki halda bizi maraqlandıran, bizim üçün əlamətdar görünən başqa cəhətdir: 27 yaşlı tanınmış ədib, bəstəkar qərib yerdə arvadının müalicəsindən belə istifadə edib öz peşəkar musiqi təhsilini artırır, bir il sonra isə 1913-cü ilin avqustunda artıq 28 yaşlı Üzeyir bəy parlaq şəkildə qəbul imtahanlarını verib Peterburq konservatoriyasına daxil olacaqdı...
Bu işıqlı bioqrafıyanı öyrəndikcə düşünürsən: bəs “piano çalmağı” 27 yaşında yox, 7 yaşında “öyrənməyə başlasaydı”, Peterburq konservatoriyasına 28 yaşında yox, 18 yaşında qəbul olunsaydı, nə olardı? Çarizm müstəmləkəçiliyi siyasətinin nəticəsi olan bu “gecikmə” nə qədər əsərlərin-operaların, baletlərin, simfoniyaların bahasınadır?
Düzdür, Üzeyir bəy 28 yaşında Peterburq konservatoriyasına daxil oldu, lakin bu “gecikmənin” o biri üzü də var idi: 28 yaşlı bu tələbə artıq ilk Azərbaycan operalarının müəllifi olmaqdan savayı, öz xalqının nüfuzlu və görkəmli jurnalisti idi və onun parlaq publisistikası öz həmvətənlərinin yalnız incəsənət, mədəniyyət sahəsində yox, ümumiyyətlə, ictimai həyatın hər bir sahəsində milli özünüifadə və özünütəsdiqdə geri qalmaması, “gecikməməsi” naminə zəmanənin qolugüclüləri ilə barışmaz və yorulmaq bilməyən mü-barizə aparırdı.
Üzeyir bəy bir qələm sahibi kimi, həmin nüfuzu nisbətən qısa bir müddətdə, lakin son dərəcə coşğun bir fəaliyyət nəticəsində qazanmışdı və bu fəaliyyəti bir-biri ilə üzvi vəhdətdə olan, bir-birini tamamlayan iki cəhət səciyyələndirirdi: fıtri istedad və xalqa bağlılıq istedadını xalqın mənafeyi naminə sərf etmək.
1905-ci ildə “İrşad” qəzeti nəşrə başlayanda iyirmi yaşlı Üzeyir bəy də həmin qəzetdə M.Ə.Sabir, N.Nərimanov, Ö.F.Nemanzadə, S.M.Əfəndiyev və başqaları kimi qələm sahibləri ilə birlikdə xalqın inkişafı naminə iş görürdü və bu cavan müəllif öz təcrübəli həmkarlanın yanında qətiyyən zəif, sadəlövh, necə deyərlər, dişsiz görünmürdü; əlbəttə, onun yazdığı məqalələrdə, felyetonlarda gənclik şövqü, ehtirası var idi (iyirmi yaş!), lakin bu şövq, ehtiras yalnız öz-özlüyündə deyildi, özünü çılpaq şəkildə ifadə etmirdi, şəxsi hisslərini, şəxsi mənafeyini xalqın mənafeyinə qurban verməyi bacaran, xalqı dəruni bir məhəbbətlə sevən və yalnız bu “passiv sevgi” ilə kifayətlənməyib, xalqın gələcəyi ilə bağlı işıqlı ideallar naminə qələmlə mübarizə aparan Vətəndaşlıqla vəhdət təşkil edirdi.
Üzeyir bəyin publisist fəaliyyəti, onun satirası milli ədəbi ənənələrdən qidalanırdı və o da öz böyük qələm dostları Cəlil Məmmədquluzadə kimi, Mirzə Ələkbər Sabir kimi gülə-gülə ağlayırdı.
Müqayisə edilməz dərəcədə mənəvi-əxlaqi yüksəklikdə durduğu üçün Üzeyir bəy çarizmin müstəmləkəçilik siyasətini həyata tətbiq edən ən kiçik çinovniklərdən tutmuş P.A.Stolıpinəcən, K.P.Pobedonostsevəcən, V.M.Purişkeviçəcən, hətta imperator II Nikolayın özünəcən-bütün istibdadı öz öldürücü satirasının qəhrəmanlarına çevirirdi, onlara gülməyi bacanrdı, lakin bu gülüş xalqın iztirabları ilə yoğrulmuşdu, bu gülüşün əsasında xalqın milli hüquqsuzluğundan, ağır güzəranından, nadanlıq və cəhalətin əslində müstəmləkəçiliklə müttəfıq kimi çıxış etməsindən qopub gələn bir ağrı dayanırdı.
Üzeyir bəy 1938-ci ildə yazırdı: “Mənim yaradıcılığıma Mirzə Fətəlinin yazdığı əsərlərin böyük təsiri olmuşdur” və uzaq uşaqlıq çağlarında Haşım bəy Vəzirov başda olmaqla Şuşa ziyalılarının M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri üzrə verdikləri tamaşaya baxmağını xatırlayırdı: “Mirzə Fətəli pyesləri məndə birinci dəfə teatr əsəri yaratmaq həvəsi oyatdı”.
Mirzə Fətəli milli bədii gülüşünün doğurduğu bu həvəs Üzeyir bəy publi-sistikasında (daha sonralar isə dramaturgiyasında) eyni dərəcədə milli bədii ifadəsini tapmışdı, lakin bu yerdə biz bir faktı xüsusi olaraq qeyd etmək is-təyirik: həle 1917-ci ildə Üzeyir bəy özünün bir sənətkar kimi yetişməyində M.F.Axundovun “Hacı Qara”, “Dərviş Məstəli şah”, “Vəziri-Xani-Lənkəran” kimi komediyalarının rolu ilə birlikdə Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsinin də adını çəkir.
Bu fakt bizim üçün ona görə əlamətdar görünür ki, Üzeyir bəy publisisti-kasının məhz gülə-gülə ağlamaq xüsusiyyətini bir daha açıqlayır: komediya ilə faciənin vəhdəti; xalqı sevdiyin üçün, xalqın dərdinə yandığı üçün gülə bilmək bacarığı.
Bizim mətbuat tariximizi yaxşı bilən professor Nazim Axundov yazır: “Azərbaycan mətbuatı tarixində (söhbət inqilaba qədərki dövrdən gedir-E.) 100-dən çox müəllif felyeton janrında əsər yazmışdır. C.Məmmədquluzadə, Ü.Hacıbəyov, N.Nərimanov, M.S.Ordubadi, Ə.Qəmküsar, H.İ.Qasımov və b. felyetonlannı oxuyarkən onlann arasındakı fərqi duymamaq mümkün deyil”.
Əlbəttə, professor haqlıdır, çünki söhbət tamam fərdi istedad sahib-lərindən gedir, lakin elə buradaca biz, metodoloji cəhətdən tamamilə yanlış bir mülahizə ilə rastlaşınq: “Felyeton vasitəsilə həyatın geniş epik tesvirini vermək imkanı yoxdur”.
Təəccüblüdür, məgər elə həmin adı çəkilən müəlliflərin qələmindən çıxan felyetonlar bir küll halında yarandıqları, necə deyərlər, bəhrələri olduqları epoxanın “geniş epik təsvirini” vermirmi? Məgər biz bu felyetonların sayəsində dövrün siyasi-ictimai və əxlaqi problematikasını bütün genişliyi ilə görmürükmü?
Görürük.
Mirzə Cəlilin də, Üzeyir Hacıbəyovun da, Nəriman Nərimanovun da felyetonları-hər bir felyeton ayrı-ayrılıqda dəqiq ölçülüb-biçilmiş ve ustalıqla yerində istifadə edilmiş inşaat materialı-möhkəm kərpiclər idi və onlar yorulmadan, usanmadan bir-bir hörülərək böyük sarayların vüsətini əldə edirdilər; hər bir felyeton küllün kiçik bir hissəsi idi və həmin küll dövrün parlaq “epik təsvirini” verirdi, mübarizə aparırdı, bu mübarizənin qətiliyi ve qadirliyi gələcəyin zəfərlərindən xəbər verirdi...
Bizim böyük qələm sahiblərimizin felyeton yaradıcılığında da mövzu dairələri çox geniş idi və zamanın “geniş epik təsvirini” verə biləcək en aktual problemlər burada öz əksini tapırdı. Yalnız elə Üzeyir Hacıbəyov yaradıcılığı baxımından Azərbaycan felyetonunun - bu məxsusi məktəbin mövzu rəngarəngliyinə diqqət edək: çarizm üsuli-idarəsinin ifşası, milli hüquq tələbi, ana dilinin qorunması, cəhalət və nadanlığa qarşı mübarizə, elm, maarif, mədəniyyət təəssübü, Cənubi Azərbaycan problemi, gündəlik güzəranın ağırlığı, milli istismara qarşı etiraz... Biz hələ mövzuları xırdalamır, onların qruplar üzrə təxmini bölgüsünü veririk.
Üzeyir bəyin qüdrətli bir publisist kimi yetişməsində, şübhəsiz ki, Azərbaycan, rus və fars ədəbiyyatı klassiklərinin yaradıcılığına dərindən bələd olması ilə bərabər, ümumiyyətlə, dünya ədəbiyyatını yaxşı bilməsi, hərtərəfli dünyagörüşünə malik olması versifıkasiya səviyyəsində özünü qabarıq şəkildə büruzə verir.
Azərbaycan üzeyirşünaslığı bir publisist-felyetonçu kimi, Üzeyir bəyin xalq yaradıcılığına, Azərbaycan folkloruna yaxınlığını (doğmalığını, məhrəmliyini!) qeyd edib, “sadə ifadə tərzi, el deyimlerinə geniş müraciət, lorusaya danışıq leksikasından bol-bol istifadə özünü qabarıq şəkildə göstərir”-deyə Üzeyir bəy publisistikasının poetikasındakı səciyyəvi cəhətləri göstərib. Məzmun ilə formanın bir-birini tamamlaması, bir-biri ilə üzvi surətdə bağlı olması Üzeyir bəy publisistikasına xas olan bir cəhət idi, o ən kiçik yazısının belə forma gözəlliyinə, orijinallığına xüsusi fıkir verirdi və bir tənqidçi kimi yazdığı tənqidi əsərlərində bunu başqalarından da tələb edirdi.
Üzeyir bəyin publisistikasındakı forma axtarışları qabarıq şəkildə diqqəti cəlb edir, qələmə alınan mövzu bu publisistikada həmişə özünün uyğun formasını axtarır və Azərbaycan hacıbəyovşünaslığı bu cəhətdən də sərf-nəzər etməyib. Aşağıdakı formalar, istifadə edilən üsullar Üzeyir bəyin məqalələrinin, felyetonlarının siyasi-ictimai, eləcə də bədü-estetik təsir dairəsini genişləndirib, onu oxunaqlı və anlamlı edib: müsahibə, yuxu, mükalimə, lüğət, monoloq, dialoq, sual-cavab, xəbər, elan, hesab məsələləri, nağıl, rəvayət, deyinmə, parodiya, səhnəcik, qeybət, məlumat və s.
Üzeyir Hacıbəyov çox kiçik bir detalı, epizodu bədii təxəyyülün ifadəçisinə çevirirdi və bu zaman həmin kiçik detal, epizod, ştrix gözlənilmədən son dərəcə ciddi ictimai problemlər qaldırırdı. “Kənd məktəbində” adlı kiçik bir səhnəcik bu baxımdan Üzeyir bəyin publisistikası üçün çox səciyyəvidir. Həmin səhnəcik bundan ibarətdir:
M ü ə l l i m (şagirdə). Atan var?
Ş a g i r d. Var.
M ü ə l l i m. Anan var?
Ş a g i r d. Var.
M ü ə l l i m. Neçə qardaşsınız?
Ş a g i r d. Üç.
M ü ə l l i m. Neçə bacın var?
Ş a g i r d. Beş.
M ü ə l l i m. Indi hesab elə gör sizin evdə neçə adam var?
Ş a g i r d (bir qədər fıkirdən sonra). Mirzə, on bir adam.
M ü ə 11 i m. Neçin on bir olsun? Bu ki, on eyləyir.
Şagird (utana-utana). Mirzə, axı dədəmin iki arvadı var…”
Bu sadə sözlərin, bu gülməli dialoqun arxasında nə qədər dəruni bir kədər dayanır... Bu kiçicik epizod ne qədər böyük ictimai-əxlaqi problem qaldırır... Bir tərəfdən xalqın əlini-qolunu bağlayan çarizm müstəmləkəçiliyi siyasəti, milli və sinfı istismar, güzəranın ağırlığı, bir tərəfdən də belə bir məişət naqisliyi...
Professor Abdulla Abbasov Üzeyir Hacıbəyovun ədəbi-bədii yaradıcılığına həsr olunmuş monoqrafiyasında yazır ki, “belə quruluşlu (söhbət Üzeyir bəyin dramatik quruluşlu felyetonlarından gedir-E.), əsərlər müəllifin sonrakı yaradıcılığına, xüsusilə dramaturgiyasına olduqca müsbət təsir göstərmişdir”.
Bu doğru müşahidədir və Üzeyir Hacıbəyovun nəinki dramatik quruluşlu felyetonları, ümumiyyətlə, bütün publisistikası gələcəkdə onun bir dramaturq kimi yetişməsində, “Ər və arvad”, “Arşın mal alan”, “O olmasın, bu olsun” pyeslərinin müəllifı kimi Mirzə Fətəli Axundov ədəbi məktəbinin ən görkəmli nümayəndələrindən birinə çevrilməsində böyük rol oynamışdır.
Biz burasını da demək istərdik ki, Üzeyir Hacıbəyovun parlaq musiqisindəki Koroğlu Vətəndaşlığı da əslində onun publisistikasında bərkiyən əzəmətli köklərin üzərində ucalmışdır.
Jurnalist-yazıçı Hacıbəyovu, dramaturq Hacıbəyovu, bəstəkar Hacıbəyovu səciyyələndirən bircə söz lazım olsaydı, biz deyərdik: Vətəndaş Hacıbəyov.
Üzeyir bəyi oxuyursan, onu dinləyirsən, on dəfə oxuyursan, dialoqlan əzbər bilirsən, yüz dəfə dinləyirsən, melodiyalar hafizənə həkk olub qalır, lakin bu qədər tanış yaradıcılığın özündə səni hər dəfə yeni-yeni kəşflər gözləyir.
Bunun səbəbi nədir?
Əlbəttə, İstedad.
Və əlbəttə, xalqa bağlılıq, xalqın ürəyindən xəbər vermək.
2.
Üzeyir Hacıbəyov əsrin əvvəllərindən etibarən publisistik yaradıcılığa başlamışdı, Qori semiraniyasını bitirmiş cavan bir oğlan idi və həmin dövrdən təxminən qırx il keçəcəkdi, 1944-cü ildə Üzeyir bəy “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyasının “Ilk söz”ündə yazacaqdı: “Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən operamı (“Koroğlu” operası nəzərdə tutulur-E.) yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi”.
Burada böyük, zəngin bir həyat yolu keçmiş sənətkarın söylədiyi fikir bizim üçün daha vüsətli görünür və biz bu fikri eyni dərəcədə Üzeyir bəyin publisistikasına da, bütün ədəbi-bədii yaradıcılığına da şamil edirik, həmin “ciddi qanun-qaydalar”ı xalqın mütərəqqi milli və ədəbi ənənələri kimi, xalqın ruhu, psixologiyası, arzusu kimi mənalandırırıq, xalqa bağlılığın və sonsuz bir məhəbbətin doğurduğu məsuliyyət kimi qiymətləndiririk.
O bağlılıq, o məhəbbət həmişə, bütün ömrü boyu Üzeyir bəylə birgə olmuşdur, ona cəsarət vermiş, mübarizə əzmini artırmışdır.
Üzeyir Hacıbəyov yazırdı: “Azərbaycan xalqı məni onun qəhrəmanlıqla dolu olan işlərini musiqi əsərlərində göstərməyə ruhlandınrdı”.
Biz bu sözlərə də, eyni ilə onun publisistikasını-məqalə və felyetonlarını səciyyələndirən bir cəhət kimi baxırıq və burada heç bir paradoks yoxdur, hər şey öz dialektik ardıcıllığındadır. Əlbəttə, Üzeyir bəy felyetonlarında, satirik əsərlərində Azərbaycan xalqının “qəhrəmanlıqla dolu olan işlərini” göstərmirdi, lakin xalqın bu xüsusiyyəti, keçmişinin şanlı səhifələri onu həmin xalqın rifahı naminə mübarizəyə ruhlandırırdı, dəruni bir inamla xalqının qəhrəmanlığına, qadirliyinə inandığı üçün gülə bilirdi.
Əsrin əvvəllərində Azərbaycanda savadlı, yəni yazılanları bilavasitə oxuyan bir o qədər də çox deyildi, lakin buna baxmayaraq, bir yazıçı-jurnalist kimi, Üzeyir bəyin əsas müsahibi, onun nəzərdə tutduğu əsas oxucu kütləsi məhz xalq idi və o xalqla xalqın anlayacağı bir dillə danışırdı. Bu cəhət Üzeyir Hacıbəyov estetikasının əsas prinsiplərindən biri olmuş və janrından asılı olmayaraq bütün yaradıcılığını səciyyələndirmişdir.
“Musiqidə tərcümə” məqaləsində oxuyuruq: “İnsan anlamadığı bir dili eşidərkən bir növ sıxıntı çəkdiyi kimi, məcazi bir lisan hökmündə olan musiqini dəxi anlamadıqda əsəbi bir hala düşür”.
Üzeyir bəyin musiqi dili də, bədii-publisist dili də xalqın doğma dili idi, burada “məcazi bir lisan hökmündə olan” heç bir şey yox idi, həmin anlamalı dilin təlqin və tələb etdiyi mətləblər də tamam aydın və dəqiq idi.
Üzeyir Hacıbəyovun ən layiqli şagirdlərindən biri, unudulmaz Fikrət Əmirov xatırlayır ki, Üzeyir bəy deyərdi: “Musiqini elə yazmaq lazımdır ki, xalq başa düşsün”.
Bu, dəfələrlə deyilmiş məlum bir fikirdir və söyləmək, necə deyərlər, asandır, lakin sənətin gücü ilə buna əməl etmək çox çətindir. Biz belə hadisələrin az şahidi olmamışıq ki, “xalq başa düşməlidir” sözləri bir doqmatik şüara çevrilib və əslində primitivliyi, istedadsızlığı ört-basdır etməyi ilə bağlı olub. Lakin bütün istedadlı şəxslər, bütün sənətkarlar kimi, Üzeyir bəyin də “elə yazmaq lazımdır ki, xalq başa düşsün” prinsipi, əslində, daha görümlü siyasi-ictimai və bədii-estetik vüsətə, daha dərin sosial-psixoloji qatları təhlil və tədqiq etməyə bir çağırış idi və onun da qələminin gücü, istedadının qa-dirliyi, vətəndaşlığının mətinliyi bunda idi ki, bu çağırış çağırış olaraq da qalmırdı, onun yaradıcılığı həmin çağırışı doğuran prinsipi publisistikaya, bədiiyyata tətbiq etməyin parlaq nümunəsi idi.
Üzeyir Hacıbəyovun iddiası ilə imkanı arasında üzvi bir vəhdət var idi və yaxşı cəhətdir ki, Azərbaycan hacıbəyovşünaslığı bu məsələni gözdən qaçırmayıb, “Üzeyir Hacıbəyov və xalq” mövzusunu təbii qanunauyğunluğu ilə diqqət mərkəzinə çəkib.
Hələ iyirmi beş il bundan əvvəl mərhum professor Əli Sultanlı yazırdı: “öz məqalələrində xalqın taleyi ilə yaşayan jurnalist (Üzeyir Hacıbəyov-E.) daim xalq adından çıxış edir, felyetonlarında xalqın düşmənlərini və çar istibdadını ifşa ilə mollanəsrəddinçilərlə çiyin-çiyinə gedir, musiqi və dramaturji fəaliyyəti ilə M.F.Axundov və C.Məmmədquluzadənin demokratik və realist yaradıcılıq yoluna düşür”.
Professorun işlətdiyi bir ifadə xüsusilə bizim ürəyimizə yatır: “xalqın taleyi ilə yaşayan” Üzeyir Hacıbəyov! Çünki bu gün biz bu böyük sənətkarın publisistikasını oxuduqca, musiqisini dinlədikcə, opera və operettalarına tamaşa etdikcə dönə-dönə bunun şahidi oluruq ki, yaşanmış ömür, çəkilmiş zəhmət yalnız və yalnız xalqa məxsus olub; bunun şahidi oluruq, bunu düşünürük və istər-istəməz beynimizdə bir “Sənsiz” səslənir, o “sənsiz”lik əhvali-ruhiyyəsi bizi bürüyür və bizə elə gəlir ki, “Sənsiz”i oxuyan Bülbül deyil, bütöv bir xalqdır, bizə elə gəlir ki, bu məqamlarda “sənsiz”lik xalqın Üzeyirsizliyidir...
Lakin biz hissə qapılmayaq və yenə də bu böyük yaradıcılıq yolunun başlanğıcına qayıdaq. Hadrutun qocaman sakinləri xatırlayırlar ki, Qori seminariyasının qurtarıb onların kəndində rus dili müəllimi işləyən Üzeyir bəy “xalq istedadları ilə ünsiyyət saxlayır, toy və yas məclislərində iştirak edir, burada oxunan, danışılan xalq yaradıcılığı nümunələri ilə dərindən maraqlanardı”.
Əlbəttə, belə bir maraq çox təbii idi, Üzeyir Hacıbəyovun istedadı ilə Azərbaycan xalqı (və deməli, Azərbaycan folkloru!) arasında ən sıxı bir bağlılıq var idi, onun felyetonlarının, kiçicik komediyalarının, miniatürlərinin şirəsi folklordan axıb gəlirdi, surətləri son dərəcə koloritli idi və həmin folklora bağlılıq, həmin kolorit onun satirasının ictimai məzmununu daha artıq təsirli və kəsərli edirdi.
“Müalicə” adlı kiçik bir komediya-felyetonunda “əhli-məclis” cəmi iki surətdən ibarətdir: “Məşədi Millət-çoxdan bəri azarlamış bir kişidir. Mirzə Mücahid həkimdir, özü də and içir ki, bütün təbabət elmini su kimi içibdir”.
Məşədi Millət: “-Vay azara düşən canım, vay, davasız dərdə giriftar olan bədənim, vay, vay!”-deyə dad eləyir, dərdinə əlac istəyir, Mirzə Mücahid isə dövrünün tipik yalançı “millət qəhrəmanı” kimi, boş-boş suallar verib xəstənin-xalqın söylədiyi dərdlərin hamısını bir-bir təsdiq edə-edə axırda Məşədi Millətin pulunu mənimsəyib: “-Azarlının yanında həkimin çox oturmağı yaxşı deyil. Gedirəm, xudahafız. Amma heç qorxma, bir neçə gün-dən sonra ayağa durarsan”-deyə ürək-dirək verir və gedir. Əlbəttə, Məşədi Millət xəstəlik əlindən yenə də dad edir, imdad istəyir. “-Ay, başım töküldü, ay, qarnım çatladı, ay, qıçlarım sındı, ay, gözlərim çıxdı, ay, beynim burnumdan gəldi, ay, vay, haray, həkim, həkim, həkim!!”.
Bu parlaq felyetonun aşıladığı fikir, ümumiyyətlə, yalnız Hacıbəyovun deyil, bütün qabaqcıl qələm sahiblərimizin-Mirzə Cəlillərin, Sabirlərin, Faiqlərin yaradıcıhğının daim başa saldığı, təlqin etdiyi əsas fıkirlərdən biri idi: nə qədər ki, xalqın adından, hörmətindən, inamından sui-istifadə edənlər Mirzə Mücahid kimi həkimlik iddiasındadır və ən başlıcası isə həkim kimi qəbul da olunurlar, o zaman xəstəlik, yəni milli hüquqsuzluq, gerilik, cəhalət gec sağalacaq, əgər sağalacaqsa!.., mirzə mücahidlər tanınmalıdır və onların iddialan ilə imkanları arasındakı gülünc (və eyni zamanda, acı!) təzadı xalq görməlidir, dərk etməlidir.
Məhz belə bir ictimai vüsət, ümumiləşdirmə bacarığı, bədiliklə siyasiliyin məhz belə bir dialektik vəhdəti Üzeyir Hacıbəyov publisistikasındakı xalqa bağlılığı, milli koloriti ekzotik ornamentçilik rolunu oynamağa, məhdud, əyalətçi mahiyyətə varmağa qoymur, əksinə, onun təsir dairəsinə, problematikasının əhatəliyini ve əhəmiyyətini qat-qat artırır, ona bəşəri səciyyə verir.
Məhz öz doğma xalqına bu dərəcədə bağlı olduğu üçün, öz xalqını sevdiyi üçün, öz xalqının azadlıq mübarizəsində, mədəni-mənəvi tərəqqi prosesində şəxsi mənafeyi bahasına aktiv surətdə iştirak etməyə həyatının müqəddəs məqsədi kimi baxdığı üçün, jurnalist Üzeyir Hacıbəyov başqa xalqların da milli-mənəvi iztirablarını duyur ve yeri düşdükcə publisistikasında effektli şəkildə bu mövzuya toxunurdu.
Misal üçün, “Gələcək Avropa konfransı” adlı felyetonunda Ingiltərə, Fransa, Almaniya, Rusiya, Avstriya, Yaponiya kimi XX əsrin əvvəlinin müstəmləkəçi dövlətləri dünyanın digər ölkələri, dənizləri, boğazları, körfəzləri, maddi-texniki sərvətləri yığılmış tərəzinin gözlərini hərə özünə tərəf çəkir, hərə öz payının acgözlüyündədir: “...biz tez paylaşaq ki, məsələ həll olsun. Daha vaxtımızı zay etməyək, onsuz da “kulturnı” işimiz çoxdur”.
Vaxtilə Qara Qarayev yazırdı: “Üzeyir Hacıbəyov həyatının son günlərinədək xalqdan ayrılmamışdır”.
Belə bir ayrılıq, sadəcə olaraq, mümkün deyildi.
3.
Üzeyir Hacıbəyovun məqalələrinin, felyetonlarının hətta kiçik miniatürlərinin belə mövzularından asılı olmayaraq, qaldırdıqları problemlərin müxtəlifliyinə baxmayaraq, çarizm müstəmləkəçiliyinə qarşı ehtiraslı daxili üsyan, milli azadlıq təəssübkeşliyi bir küll halında bu publisistikada ana xətt təşkil edirdi və məhz həmin ana xətt adi bir Qarabağ kəndlisinin məişətindən bəhs edən, yaxud cahil bir mollanın nadanlığını göstərən yazılarla stolıpinlərin, purişkeviçlərin, lyaxovların hakim şovinistçilik əhvali-ruhiyyəsindən, siyasi, ictimai və əxlaqi görüşlərinin müstəmləkəçi mahiyyətindən bəhs edən yazılar arasında dialektik bir vəhdət yaradır. Əlbəttə, çarizm müstəmləkəçiliyi bunu görürdü və Üzeyir bəy publisistikasının qorxulu effektini qiymətləndirməyi bacarırdı, onu tə'qib edirdi, evində, hətta yaşadığı mehmanxanada axtarışlar aparırdı, iş bə'ən o yerə çatırdı ki, bircə felyetonuna görə bütöv bir qəzetin nəşrini qadağan edirdi (o bir felyetonun tə'sirinə bax!).
Mirabbas Aslanov maraqlı bir məqaləsində Üzeyir Hacıbəyovun 1908-ci ilin yayında “İrşad” qəzetində “Filankəs” imzası ilə çap etdirdiyi “Nağıl” felyetonunun rəsmi müstəmləkəçi dairələrdə doğurduğu böyük narahatlıq barədə yaxşı təsəvvür yaradan yeni sənədlərlə bizi tanış edir. Məlum olur ki, həmin felyeton dərc olunan kimi, Bakı quberniya jandarm idarəsinin rəisi, general-mayor Kazintsev onu tə'cili olaraq rus dilinə tərcümə etdirir ve Peterburq polis departamentinə göndərir. Əlbəttə, çarizm müstəmləkəçiliyi dərhal tədbir görür: Bakı qradonaçalniki, general-mayor Yermolov “İrşad” qəzetinin nəşrinin dayandırılması barədə əmr verir.
Mən bu sətirləri yazıram və düşünürəm: zəmanələrinin qolugüclüləri olan kazintsevlərin, yermolovların, cürbəcür qradonaçalniklərin, rəislərin adları bu gün yalnız ona görə çəkilir ki, Üzeyir bəyin bircə felyetonunu oxuyub qorxuya düşüblər... Düzdür, kazintsevlər, yermolovlar qoluzorlu olublar, onlar sahibi-ixtiyar olublar, adi (!) bir əmrlə xalqın bütöv bir qəzetinin nəşrini dayandırmaq səlahiyyətləri olub, lakin eyni zamanda, bu gün (elə öz vaxtlarında da!) onlar Üzeyir Hacıbəyov yaradıcılığının və fəaliyyətinin fonunda, Üzeyir Hacıbəyov şəxsiyyətinin işığında nə qədər miskin, cılız, hətta yazıq görünürlər...
Müxtəlif epoxalarda, müxtəlif cəmiyyətlərdə, quruluşlarda tarixin təcrübəsi yaxşı sübut edib: fironların, konsulların, diktatorların, şahənşahların, imperatorların, ömürlük dövlət başçılarının heç bir əmri (çarmıxlardan, dar ağaclanndan, top lülələrindən, arxadan sancılan bıçaqlardan tutmuş qəzetlərin, məktəblərin bağlanmasınacan!) azadlıq uğrunda, milli tərəqqi uğrunda mübarizəni dayandıra bilməyib; düzdür, biz bu sözləri çox yazmış və oxumuşuq, çox demiş və eşitmişik, bu, adi bir həqiqətə çevrilib, lakin hər dəfə bu “adi həqiqət” barədə düşünəndə insanın təbiətinə qeyri-adi bir ruh yüksəkliyi hakim kəsilir...
Çarizm min bir əzab-əziyyətdən, illərin süründürməçiliyindən sonra güc-bəla ilə nəşrinə icazə verdiyi qəzetləri kiçicik bir bəhanə ilə bircə günün içində bağlayırdı, min bir hiyləgərliklə, fıtnə-fəsadla, yüz illərin müstəmləkəçilik təcrübəsi ilə Vətəndaş əməllərinin və arzularının qarşısına sədd çəkmək istəyirdi, böhtanlara, terrora, şantaja, millətlər arasında qırğına əl atırdı, cəhaləti, nadanlığı, avamlığı milli azadlıq və tərəqqi mübarizəsinə qarşı ayağa qaldırırdı, lakin nəticə etibarilə heç nə edə bilmirdi: Mirzə Cəlillər, Sabirlər, Nərimanovlar, Hacıbəyovlar yazır və fəaliyyət göstərirdilər.
Üzeyir bəyin bir ədib kimi qələmi əlinə aldığı dövrdən etibarən apardığı vətəndaş mübarizəsinin vüsətinə vardıqca, həmin mübarizədəki cəsarət barədə fıkirləşdikcə, doğrusu, heyrətlənməmək mümkün deyil. Cürbəcür avamlardan, yalançı “millət qəhrəmanları”ndan, qoçulardan, fanatik ruhanilərdən, satqınlardan ibarət şəfibəylərlə, hacı dilmanlarla, məşədi qaralarla, şeyx fəzlullahlarla, mirzə mücahidlərlə, mir haşımlarla bir yerdə P.A.Stolıpin, K.P.Pobedonostsev, V.M.Purişkeviç, eləcə də Məmmədəli şah kimi, dövrün ən səlahiyyətli və güclü adamları-müstəmləkəçilər, müstəbidlər, irtica ideoloqları da Üzeyir Hacıbəyov felyetonlarının, öldürücü satirasının qəhrəmanları idi.
P.A.Stolıpin (1862-1911) irticasının ən qızğın bir vaxtında, 1907-ci ildə cavan jurnalist “Suallar və suallara da cavablar” adlı felyetonunda “Dünyada hamıdan çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir?”-sualına nifrət dolu bir sarkazmla: “Rusiyanın baş naziri Stolıpin və onun yoldaşlarıdır. Çünki bunların bütün əlləşib-vuruşduqları odur ki, millət onların işinə qarışmayıb, azadə dolanıb, bildiklərini eləməyə xələl yetirməsinlər”-deyə cavab verirdi.
“Stolıpinin xəyalı” adlı digər məşhur kiçik satirasında Üzeyir bəy bir tərəfdən Stolıpin psixologiyasının, siyasətini açırdısa, stolıpinçiliyin üzərindəki pərdəni qaldırıb onu çılpaq göstərirdisə, digər tərəfdən də cahil ruhaniçiliyin xalqın istək və arzularına yabançı mahiyyətini, antipatriotluğunu, geriçiliyini göstərirdi. Stolıpin şirin (eyni zamanda, real!) xəyallar aləmindədir: “...bu səfər elə kələklər gələrəm ki, Dumanın üzvləri hamısı olar keşiş, molla, ravin, mahrasa və bu cürə adamlar. Sonra günlərin bir günü onlara deyərəm ki, bax, lotular, bilirsiniz nə var? Siz hamınız ruhanilərdənsiniz, ruhanilərin də borcudur ki, həmişə “sağ” olub hökumətə “Əl mənim, ətək sənin”-desinlər. Ona görə hər kəs sizdən “sol” olsa, vurub çıxardacağam bayıra! Əlbəttə, ruhani üzvləri heç biri özünü kələyə salıb “sol” olmayacaqdır. Bir də baxıb görəcəyəm ki, Dumanın hamısı olub “sağ”.
Bu satira bu günün özündə də çox tə'sir edir, adamı ələ alır, lakin bir anlıq təsəvvürümüzdə həmin satiraların yazıldığı dövrə əsrin əvvəllərinə qayıdaq, özümüzü həmin şəraitdə hiss edək: Pyotr Arkadyeviç Stolıpin böyük bir məmləkətin baş naziri və eyni zamanda daxili işlər naziridir, qılıncının, necə deyərlər, dalı da kəsir, qabağı da, bu qatı müstəmləkəçinin, irticaçının adı belə çəkiləndə qolugüclü, ixtiyar sahibi qubernatorların, naçalniklərin, generalların canına vəlvələ diişür və iyirmi iki yaşlı gənc bir jurnalist məhz həmin adamı mətbuat səhifəsində öldürücü gülüş hədəfinə çevirir...
Gərək öz xalqını nə qədər dərin bir məhəbbətlə sevəsən, gərək nə dərəcədə böyük vətəndaş qayələri ilə yaşayasan ki, beləcə yalın əllə səndən təsəvvür edilməyəcək dərəcədə güclü olan bir qüvvəyə zərbə endirəsən. Gərək öz şəxsi taleyini nə dərəcədə möhkəm tellərlə öz xalqının taleyinə bağlamış olasan ki, ümuminin mənafeyi naminə bütün şəxsi perspektivlərin üzərindən qələm çəkib bu satiraları yazasan.
Elə həmin “Suallar və suallara da cavablar” felyetonunda müəllif soruşur: “Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu eləyən kim idi?” və belə cavab verir: “Pobedonostsev adında” bir nəfər.
Konstantin Petroviç Pobedonostsev (1827-1907) çar Rusiyasının qatı irticaçı dövlət xadimlərindən, çar müstəmləkəçilik siyasəti liderlərindən biri, Sinodun ober-prokuroru idi, başqa xalqların qəddar düşməni kimi ad çıxarmışdı, imperator II Nikolayın (və vaxtilə onun atası III Aleksandrın) üzərində böyük tə'sir gücünə malik idi (Lev Tolstoyu məhz həmin tə'sirin nəticəsində tə'qib edirdilər) və... və eyni zamanda, Üzeyir Hacıbəyov felyetonunun qəhrəmanı idi. Lakin dərd burasında idi ki, bəzən nadanlığı, cahilliyin psixologiyası, milli mühitdəki bəzi təbəqələrin düşüncə tərzi (və əməli!) istər-istəməz, nəticə etibarilə məhz stolıpinlərin, pobedonostsevlerin, purişkeviçlərin dəyirmanına su tökürdü. Bu mənada, Üzeyir bəyin 1910-cu ildə yazdığı “Purişkeviç və Hacı Xudu” adlı parlaq satirası, bizcə, məhz vətəndaşlıq baxımından XX əsr Azərbaycan publisistikasının ən dəyərli və kamil nümunələrindən biridir.
Vladimir Mitrofanoviç Purişkeviç (1870-1920) çar Rusiyasının nüfuzlu və ən şovinist ovqatlı xadimlərindən biri, müstəmləkəçilik siyasətinin ideoloqu idi. Son dərəcə mürtəce “Rus xalqının ittifaqı”nın (1905) və bir az sonra “Mixail Arxangel ittifaqı”nın (1908) yaradılmasında mühüm rol oynamışdı, həmin ittifaqlara rəhbərlik edirdi. Bu qatı şovinist Romanovlar monarxiyasının rifahı naminə Q.Rasputini öldürənlərdən biri idi.
Üzeyir bəy hələ 1907-ci ildə birpərdəli komediya formasında yazdığı “Hökumət və Duma” adlı felyetonunda hökumətin: “Hə, qoçum Purişkeviç!” -deyə irəli çəkdiyi və Dumanın: “-Provakator oğlu, provakator!.. Rədd ol, sürük burdan, xuliqan belindən gəlmiş! ltil!”-deyə qovduğu Purişkeviçin surətini yaratmışdı, lakin həmin surət epizodik rol oynayırdı. 1910-cu ildə yazılmış “Purişkeviç ve Hacı Xudu” felyetonu isə bir tərəfdən purişkeviçliyin mahiyyətini açır, digər tərəfdən də nadan hacı xuduların istər-istəməz purişkeviçliyin dayağı olduğunu göstərirdi və burada aparılan paralel, Purişkeviç ilə Hacı Xudu arasındakı xəyali dialoq dövrün siyasi-ictimai dərdlərinin yüksək bədii-publisistik ifadəsi idi.
Günlərin bir günü Purişkeviç Peterburqda, Hacı Xudu da “öz evində” yatıb bir-birlərini yuxuda görürlər. Əlbəttə, Hacı Purişkeviç barədə çox eşidib, Hacıya belə tanıdıblar ki, guya Purişkeviç Azərbaycan xalqının düşmənidir, bədxahdır və Hacı bütün bunları Purişkeviçə söyləyəndə belə şərtləşirlər ki, Purişkeviç “müsəlmanlarla” bağlı fıkirlərini söyləsin, Hacı da özü baxıb görsünki, o düşməndir, yoxsa yox.
Purişkeviç istəmir ki, xalqımızın qəzeti olsun. Əlbəttə, Hacı Xudu da bunu istəmir və Purişkeviçlə şərikdi: “Qəzet bizim şəriətimizdə haramdır”. Purişkeviç istəmir ki, xalqımızın teatrı olsun, Hacı da istəmir: “Teatr şəriətimizdə haramdır”. Purişkeviç istəmir ki, bizim xalqımızda “musiqi çalmaq, şe'r yazmaq və şəkil çəkmək işləri tərəqqi etsin”. Hacı da istəmir: “Onlar hamısı şəriətdə haramdır”. Purişkeviç istəmir ki, xalqımızın balaları “nemes dili, fırəng dili, hesab, coğrafıya, hikmət, fəlsəfə, kimya, tarixi-təbiət, tarixi- bəşər, həndəsə, müsəllasat və bu cür şeyləri bilsinlər”. Hacı Xudu da istəmir: “Bu cür şeylərin hamısı küfrdür”. Purişkeviç istəmir ki, bizdə “üsuli-cədid məktəbləri olsun”. Hacı da bunu istəmir: “O cür məktəblər hamısı bicxana yığıncağıdır”. Purişkeviç istəyir ki, bizdəki məktəblərin hamısı ruhani məktəbləri olsun. Əlbəttə, Hacı da bunu istəyir. Purişkeviç belə bir şərt qoyur ki, həmin məktəblərdə şəriətdən başqa heç bir elm oxunmasın. Bizim bədbəxt Hacı Xudu Purişkeviçin bu şərtindən o qədər vəcdə gəlir ki, qulaqlarına inanmır:
H a c ı. Doğrudan deyirsən, yoxsa zarafat eleyirsən?
Purişkeviç. Xeyr, doğrudan deyirəm.
Hacı (şad və xürrəm). Əlini mənə! (Ürəyində) Zərər yoxdur, sonra əlimi suya çəkərəm (əlbəttə, Hacı mö'min müsəlmandı, Purişkeviç isə xaçpərəstdi və Hacı Xudu murdar olmasın deyə, əlini suya çəkməlidi!-E.). Hər kəs sənə pis deyir, onun özü pisdir (yəni Mirzə Cəlillər, Sabirlər, Nərimanovlar, Faiqlər, Üzeyir bəyin özü pisdir!-E.). Bu canım üçün, hərçəndi sən urussan, amma bir çox müsəlmanlardan daha müsəlmansan (ay bədbəxt Hacı, özün onda nə üçün bəs əlini suya çəkmək istəyirsən?-E.). Təki müsəlmanların sənin kimi bədxahları çox ola.
Purişkeviç. Arxayın ol, mənim kimilər çox-çoxdur. Amma təki müsəlmanların çoxu sənin kimi ola.
H a c ı. Arxayın ol, mənim kimilər çox-çoxdur!
Purişkeviç. Bəs yerdə qalanlar?
H a c ı. Yerdə qalanların bamısı babılardır.
Purişkeviç. Bizimdə yerdə qalanlarmhamısı cuhuddur”.
Sonra özünə beləcə sadiq bir mütəffiq tapmış Vladimir Mitrofanoviç də, bizim bədbəxt Hacı Xudu da yuxudan oyanır və Üzeyir bəy felyetonunu belə bir cümlə ilə tamamlayır: “İndi bir adam lazımdır ki, bunların ikisinin də yuxusunu yoza...” Biz ona görə bu felyetonun üzərində bu qədər ətraflı dayandıq ki, burada cəhalət ilə, avamlıq ilə irtica arasındakı mənəvi ittifaq özünün parlaq və cəsarətli bədii əksini tapmışdır. Hacının sidq ürəkdən Purişkeviçə dediyi sözlər: “Hər kəs sənə pis deyir, onun özü pisdir!”-əslində yuxarıda qeyd etdiyimiz kimi, Vətəndaşlığın ünvanınadır.
Biz Hacı Xudunu “bədbəxt” adlandırdıq, lakin ona görə yox ki, dilsiz-ağızsızdır, əfəldir, fərsizdir, ona görə ki, boğaza qədər cahillik və nadanlıq girdabına batıb və onu xilas etmək çox çətin işdir. Hacı heç vəchlə sakit, passiv adam deyil, əksinə, çox aktiv surətdə ictimai həyata müdaxilə edən bir nadandır, Üzeyirlərə hücum çəkən qorxulu və real bir qüvvədir.
Üzeyir Hacıbəyov bir tərəfdən purişkeviçlərə və onların əlaltılarına qarşı mübarizə aparırdısa, digər tərəfdən də hacı xudulara qarşı mübarizə aparmaq məcburiyyətində idi. Purişkeviçlər və onların əlaltıları Üzeyir Hacıbəyovu (və Üzeyir Hacıbəyovları!) xalqını sevən, xalqın azadlığı və inkişafı naminə hər şeyə hazır olan qorxulu bir rəqib, bir Vətəndaş kimi tə'qib edirdi.
Düzdür, stolıpinlərin, pobedonostsevlərin, purişkeviçlərin müstəmləkəçilik siyasətini Azərbaycanda həyata keçirən qubernatorlar (“Peyğəmbər” felyetonunda olduğu kimi), pristavlar (“Pristav və arvadı” felyetonunda olduğu kimi), rəislər, generallar riişvətxor idilər, əyyaş idilər və rüşvət alıb hər şeyə göz yumurdular, lakin həmin riişvətxorluqla, əyyaşlıqla bərabər, onlar, eyni zamanda, mahir funksionerlər idi, hacı xuduluq psixologiyasından öz siyasətlərinin mənafeyi naminə, xalqın əleyhinə maksimum dərəcədə istifadə edirdilər. Bu qubernatorlar, rəislər, generallar rüşvət alıb soyğunçuluğun, əxlaqsızlığın, hətta qatilliyin üzərindən asanca sükutla keçirdi, lakin kiçicik bir milli özünütanıma, özünüifadə, özünütəsdiq cəhdinin üzərindən heç vəchlə keçmirdilər (tarixən həmişə belə olub!) və bu məqamda məhz hacı xuduluq psixologiyasının təbliği üçün əllərindən gələni əsirgəmirdilər.
Xalqı soyub talan etməkdə, onun mənəvi inkişafının qarşısını almaqda çar müstəmləkəçiliyinə xidmət göstərən, bu müstəmləkəçiliyin möhkəmlənməyi, necə deyərlər, bərqərar olmağı hesabına vəzifələrə can atan azərbaycanlılar da Üzeyir bəyin ürək ağrısı ilə yazdığı felyetonlarda olduqları kimi iyrənc görünürdülər və həmin “millət nümayəndəliyini” qələmlə soyundurub çılpaq şəkildə oxuculara təqdim etmək, heç şübhəsiz ki, böyük təsir gücünə malik idi. Hələ 1906-cı ildə yazılmış “Fətəlibəyova açıq məktub” felyetonu bu baxımdan çox səciyyəvidir. Şəfıbəy Fətəlibəyov Cavanşir “uyezdinin” pristavı idi, lakin Üzeyir qələminin qüdrəti onda idi ki, “Açıq məktub” yalnız konkret olaraq bir pristava yox, ümumiyyətlə, fətəlibəyovçuluğa qarşı yazılmışdı: “Bu günlərdə Sizin başınızın sahibi və naçalnikiniz Pivovarov həzrətlərinə xoş gəlmək üçün təqsirsiz və günahsız müsəlmanlara rəva gördüyünüz zülm və sitəmin “şöhrəti” bütün afaqə əyan olduğundan, biz də ondan xəbərdar olub “şadiman, məsərrətə nail olduq”. Bundan sonra Siz bizim “mədari-iftixarımız” oldunuz”.
Üzeyir bəy belə bir sarkazm ilə fətəlibəyovların satqınlığını, “namaz qılan və oruc tutan pristavların” riyakarlığını göstərir və daha sonra yazırdı: “Qafqazda tamam 25 il pristavlıqda qalmağınızdan rəncidəxatir olmayınız, öz qulluğunuzda davam edin, öldürün müsəlmanları, dağıdın ev-eşiklərini, əlinizdən gələn zülm və sitəmi onların haqqında əsirgəməyin! Belə bir gün olar ki, hökumət Sizi naçalnikliyə layiq bilər... Çünki başınızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdan ötrü vicdan, ədalət, insaf və ürəyə heç bir ehtiyac yoxdur. Ümidvar olsun, səbr və səbat lazımdır. Pivovarovların sağ əli Sizin başınıza olsun! Onları özünüzə nümuneyi-imtisal tutub hanki uçastok və uyezdə dəyişilsəniz... müsəlmanlara zülm və sitəm etməkdə davam edin. Axırda da onların mənsəbinə çatarsız”.
Hər şey-ixtiyar da, siyasət də, var-dövlət də pivovarovları özünə “nümuneyi-imtisal” tutmuş satqın fətəlibəyovlarda idi, pivovarovların da, onların təhriki ilə fətəlibəyovların da kəsdiyi başa zaval yox idi, Hacıbəyovların isə yalnız qələmi var idi və o təkcə qələm heç nədən qorxub-çəkinmirdi.
Xalq milli iztirablar keçirdiyi, mə'nəvi həbsxanada yaşadığı bir vaxtda yalnız öz şəxsi fıravanlığını, rahatlığını, əmin-amanlığını düşünən və bütün dərdi-səri, bütün qayğıları şəxsi rifahından ibarət olan psixologiya, əxlaq da çarizmin aqressiv müstəmləkəçi siyasəti qədər zərərli idi və Üzeyir bəy “Monoloq, ya müsəlmanca həsbi-hal” felyetonunda həmin psixologiya, əxlaq sahiblərini özlərinin dili ilə ifşa edirdi: “Bu bədbəxtlik ki, bütün Rusiyəti basıbdır, hamısı nəyin ucundandır? Onun ucundandır ki, Rusiyət adamlarının ağlını Allah alıb, olublar hamısı dəli. Dəlidən nə gözləmək olar? Dəli hərəkətlər, dəli işlər, dəli sözlər və dəli-dəli əməllər! Zalım oğlu zalım, evində rahatca oturub arvad-uşağı ilə keyfı gələndə zarafat elədiyi yerdə, birdən-birə dəli kimi yerindən durub (qudurğanlığa bax, ha) hökumətdən azadlıq istəyir!”.
Bu qeyrətsiz tipin və obıvatelin “dəli hərəkətlər, dəli işlər, dəli sözlər və dəli-dəli əməllər” kimi qiymətləndirdiyi fəaliyyət Üzeyir Hacıbəyovun yalnız yaradıcılıq deyil, ümumiyyətlə, həyat məramnaməsi olmuşdur və o öz publisistikasında, tənqidində bunu başqalarından da tələb edirdi, ətalətlə, itaətkarlıqla, mötədilliklə barışmaz mübarizə aparırdı. Hazırladığı satirik “Lüğət”də, misal üçün, “Əyan” sözünün izharında belə bir cümlə var: “Əyan qabağında əl bağlayıb qul kimi diz üstə oturmaq hər bir müsəlmana oruc və namaz kimi vacibdir”. Yaxud “İtaət” sözünün izahı belədir: “Baş əymək, nökərçilik. Müsəlmanların qorodovoya itaəti gün-gündən artmaqdadır”.
Üzeyir bəy lüğət formasında yazdığı “Atalar sözləri” adlı felyetonunda da barışmaz bir qəzəblə (hətta maksimalizmdən gələn bir az ifrat bir ümumiləşdirmə və qəzəblə!) deyirdi: “Müsəlmanlarda bir misal var, deyirlər ki, “ağac bar gətirdikcə başını aşağı tutar”. Amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların “ağacları” bar gətirdikcə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı tuturlar ki, qapaz vuran “rahat” olsun”. Üzeyir Hacıbəyovun publisistikasında “xalq” və “hökumət” məfhumları tamamilə antonim bir mahiyyət daşıyır, “xalq” “hakimiyyəti” rədd edir. “Hürriyyəti-kəlam...” məqaləsində oxuyuruq: “Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyət, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan, həmin bu beş hürriyyətin üstündə bir çox qanlar töküldü, canlar güdaza getdi. Camaat (yə'ni xalq-E.) dedi: “Alacağam”“. Hökumət dedi: “Verməyəcəyəm”. ...Xülasə, indi elə bunların üstündə camaat ilə hökumətin arası düzəlməyibdir”.
Belə bir “xalq”-”hökumət” mübarizəsində Üzeyir Hacıbəyov həmişə xalqın aktiv təəssübkeşi olub, xalqı müdafiə edib, xalqı ruhlandırıb, onu gələcəyin işıqlı yollarına səsləyib. Əlbəttə, uzun-uzun illərin müstəmləkəçilik siyasəti geniş xalq kütlələrinin, xüsusən yoxsul kəndlilərin psixologiyasına təsir etməyə bilməzdi, avamlıq da, cahillik də, nadanlıq da, təbii ki, bundan doğurdu. Misal üçün, Üzeyir bəy “Müsəlman kəndlisinin siyasi söhbəti” adlı miniatüründə sətiraltı bir ürək ağrısı ilə çarizm müstəmləkəçiliyinin Azərbaycan kəndlisinin psixologiyasında yaratdığı qorxu hissini çox vaxt açıb göstərir: kəndli dünyadakı vəzifələrin böyüklüyünü həmin vəzifə sahibinin nə qədər adam tutdura biləcək səlahiyyəti ilə ölçür.
“-Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan, dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə-zada da çox gedib-gəlirsən, bircə de görüm, dünyada vəzir böyükdür, ya vəkil!
-Əlbəttə, vəzir böyükdür!
-Yaxşı, indi sözgəlişi, bu gün vəzir istəsə, sən bilirsən, dayna, vəkili tutub qazamata sala bilərmi?
-Salar!
-Vəkil də, sözgəlişi, istəsə goburnatı salar, elə deyilmi?
-Bəli!
-Goburnat da deməli, naçalniyi salar!
-Bəli!
-Naçalnik də pristavı salar?
-Bəli!
-Pristav da yüzbaşını salar?
-Bəli!
-Yüzbaşı da, deməli, bizi salar?
-Bəli!
-Yaxşı, onda deməli, bu gün, məsələn, vəzir istəsə vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da?
-Salmağına salar, amma qazamatda da yer olmaz.
-Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur...”'.
Bu miniatürün sonluğu da bizim üçün çox mə'nalı görünür, çünki bu zavallı avam kəndlinin mühakimələrinin yaratdığı ümidsizliyi aradan qaldırır, bədbinliyə qapılmağa qoymur: bir halda ki, “Sibirdə o qədər adam var ki, elə bil qarışqa qoşunudur”, deməli, hamı bu kəndli kimi avam və köməksiz deyil, demeli, “xalq” mübarizə edir; qazamatlar dolur, Sibirə göndərilənlərin sayı-hesabı yoxdur, lakin o “xalq” mübarizəsindən qalmır...
Üzeyir bəy qələmi ilə, fəaliyyəti ilə mübarizə aparırdı, təhqirlərə, təqiblərə sinə gərirdi, hətta bəzən dostların belə pis üzünü görürdü, yazırdı, yaradırdı və inamrdı; onu mübarizədən qoymayan, ona dayaq olan, ona qüvvə verən-xalqa məhəbbət və həmin xalqın gələcəyinə inam idi.
1907-ci ildə çap etdirdiyi “Müdhiş etiraz” adlı kiçik məqalədə yenicə başlamış XX əsrdə bütün dünya xalqlarının azadlıq mübarizəsi apardığını, “ümumi sükutu xələldar” etdiklərini daxili bir ruh yüksəkliyi ilə bildirir və sonra yazırdı: “Bunlar hamısı çürümüş, köhnəlmiş, əməldən düşmüş qayda və nizamlara qarşı qəti bir e'tirazdır. Görünür ki, bu XX əsr, keçmiş əsrlər tərəfindən bərpa edilmiş qayda və nizamlara təhəmmül eləmir. O qayda və nizamlar bir o qədər köhnəlibdir ki, yenilənmək və təzələnməyə meyyal olan həyati-bəşəriyyətin asayiş və intizamını təmin edəməz. O səbəbdəndir ki, hər tərəfdən e'tiraz sədaları qalxıb artmaqdadır. Bir ovuc köhnəpərəst irticapəsənd adamların bu etiraz sədalarını yırtmağa qarşı olan təşəbbüsləri onlar üçün heç bir müvəffəqiyyət hasil edəməz. Bu sədalar get-gedə çoxalıb, artıb, axırda gurultulu bir zərbə ilə qarşısına rast gələn bütün mümaniətləri nist və nabud edər. Daha bu etiraz seli qabağında köhnəpərəstlik qaydaları sədd olub davam eləməz!...” .
Biz artıq Üzeyir Hacıbəyovun bədii yaradıcılığı ilə və bədiiyyatdan tələbi ilə onun Vətəndaş fəaliyyəti arasında üzvi bir vəhdət olduğu barədə yazmışıq, lakin bir daha qeyd etmək istəyirik ki, məhz belə bir vəhdətin nəticəsində onun publisistikasının tə'sir gücü böyük idi. Üzeyir bəyin yalnız siyasi-ictimai görüşləri deyil, yaradıcılığının estetikası da xalqın gələcəyi naminə aparılan mübarizədən qidalanırdı və buna görə də mərhum professor Şükufə xanım Mirzəyeva “artmaqda olan milli-azadlıq hərəkatının” Üzeyir bəyin estetik görüşlərinin formalaşması və inkişafına böyük tə'sir göstərdiyini yazmaqda, əlbəttə, tamamilə haqlı idi.
4.
Sözü ilə əməli arasındakı bütövlük Üzeyir Hacıbəyovun bütün yaradıcılıq yolu, bütün fəaliyyəti üçün səciyyəvi xüsusiyyətdir və məhz buna görə də hələ lap gənc yaşlarından etibarən onun şəxsiyyətinin nüfuzu ilə yaradıcılığının nüfuzu həmişə bir-birini tamamlayıb. Üzeyir bəy bir vətəndaş-publisist kimi, başqalarından tələb etdiyinə, başqalarından umduğuna, ilk növbədə, özü əməl edib və məhz bu mövqedən də həmişə yalançı “millət qəhrəmanları”na gülüb, onları kəskin tənqid edib, xalqın inkişafına vurduqları zərəri göstərib.
1907-ci ildə yazılmış “Rəfiqimdən məktub” adlı felyetonunda “Hər bir vaxt səhərdən axşama kimi və axşamdan səhərə kimi” evdə, çöldə, arvad-uşağın yanında nökər-nayibin yanında, bir sözlə, dəxli oldu-olmadı hər yerdə: “Millət batdı, millətin dərdi məni öldürdü, millətin yolunda can qurban etmək lazımdır!”-deyən bir “millət qəhrəmanı” günlərin bir günündə yatıb yuxuda görür ki, böyük bir meydana gəlib çıxıb. “Birisindən soruşdum ki, Qadam, bura haradır? Dedi:-Əmi, bura “millət meydanı”dır ve hər millətin qəhrəmanları bura yığılıbdır ki, düşmən ilə dava edib, millət yolunda can qurban etsinlər”.
Əlbəttə, bizim yalançı “millət qəhrəmanı” o saat hürküb gizlənir. Başqa xalqların qəhrəmanları dava meydanında vuruşur, öz millətlərinin təəssübünü çəkir və nəhayət, bizim qoçaq “millət qəhrəmanı”nı da tapıb sürüyə-sürüyə meydana çəkirlər. “Sənin canın üçün, cənab “Filankəs” (Üzeyir Hacıbəyov felyetonu “İrşad” qəzetində bu imza ilə çap etdirib və “millət qəhrəmanı”nın adından özünə müraciət kimi yazıb-E.), qorxumdan elə çığırdım ki, bir də gördüm, ayıb olmasın, arvad-uşağı oyatmışam”.
“Millət qəhrəmanı” bütün bunları söylədikdən sonra “Filankəs”dən, yəni Üzeyir bəydən məsləhət istəyir: “İndi düz on gündən bəridir ki, mən özümə söz vermişəm ki, bir də müftə yerə “millət belə gəldi, millət belə getdi, millət yolunda can qurban vermək lazımdır” kimi sözləri bir də, min il qala, ağzıma almıyam. Çünki qorxuram ki, birdən yuxum gerçək ola! Nə deyirsən?”. “Filankəs” bu suala belə cavab verirdi: “Nə deyəcəyəm? Bir yaxşı işdir ki, eləmisən. Doğrudan, hərgah bizim bu cürə “millət-millət” deyib danışanlar öz sözlərinə əməl eləsəydilər, onda müsəlman milləti bir verst irəli getmişdi. Amma heyf ki, bizim sözümüz ilə əməlimizin arasmda asimanü zəmin təfavüt var...”.
Söz ilə əməl arasındakı həmin “asimanü zəmin təfavüt” mane olmurdu ki, “millət qəhrəmanları”, misal üçün, 1916-cı ildə “Bəsirət” qəzetində bu sayaq “millət qeyrəti” çəksin: “Hər həftə iki dəfə operaların oynanması, həm də səhnəni balaqana döndərən operaların oynanması camaata əxlaq pozğunluğundan başqa bir mənfəət verə bilməz. Biz indi də olsa anlamalıyıq ki, müsəlman xanımlarını teatra gətirib də onlara Məşədi İbadın qıncanmasıın (!!~E.), Sultan bəyin qulluqçuya:-Gedək, evdə belimin sümüklərinin ağrısını yatırt”-deyən sözlərini eşitdirmək ilə biz heç bir şey sahibi ola bilmərik... Burasını opera və operettaçılarımız (yəni Üzeyir Hacıbəyov-E.) başa düşməlidirlər ki, cib mənfəətinə (!!-E.) milləti fəda etmək cinayətdir (!!!-E.).
Üzeyir bəy maddi ehtiyaca, mənəvi sıxıntılara sinə gərərək xalqının ilk opera və operettalarını yaradır, bu ölməz əsərlər Azərbaycandan çıxıb dünya səhnələrini, ekranları fəth edir, millət “qeyrəti” çəkən “millət qəhrəmanları” isə bunu “cib mənfəətinə” görə cinayət kimi qiymətləndirir...
Əlbəttə, təqiblərin, təhqirlərin ən acısı bu idi: xalqın adından sui-istifadə edib səni həyatını xalqın inkişafına, təəssübünü çəkməyə həsr etmiş bir sənətkarı həmin xalqın exlaqını pozmaqla məşğul olmaqda, cibinin mənafeyini bütöv bir xalqın mənafeyindən üstün tutub cinayət işlətməkdə ittiham etmək.
Qəribə (bəlkə də təbii) bir qanunauyğunluqdur: yalançı “millət qəhrəmanları” həmişə “millət-millət!”-deyə bağırır, xalqa qəlbən bağlı olanlar isə başlarını aşağı salıb həmin xalqın naminə iş görürlər və birincilər, adətən, fıravanlıq içində olur, ikincilər isə maddi və mənəvi sıxıntı içində...
Epoxalar bir-birini əvəz edir, dövrlər dəyişir, bu tənasüb isə dəyişməz qalır. . . Üzeyir Hacıbəyov hələ lap təzəcə yaradıcılığı başladığı dövrdə “Kor” miniatüründə yazırdı: “Birisi kora dedi:
- Allah-taala bir adamı kor eləyəndə əvəzində ona təsəllü üçün bir yaxşı qabiliyyət əta eləyir. Sənə nə qabiliyyət əta edibdir? Kor dedi:
-O gözəl qabiliyyəti əta eləyibdir ki, yalançı millətpərəstlərin üzünü görməyim və qiyamətə kimi görməyəcəyəm, vəssalam”.
Ümumiyyətlə, deməliyik ki, yaradıcılığa başladığı ilkin dövrdən etibarən müstəmləkəçi çarizm çinovnikləri, istismarçı zümrələrlə bərabər, yalançı “millət qəhrəmanları” da, çox danışıb heç bir iş görməyən boşboğaz “intelligentlər” də, “üləma” axund və mollalar da, savadsızlığın, geriliyin qurbanı olan cahillər və nadanlar da həmişə Üzeyir Hacıbəyov satirasının qəhrəmanları, onun mütəfəkkir qələminin rədd etdiyi neqativ cəbhənin təmsilçiləri olmuşlar.
21 yaşlı Üzeyir “Müsəlman intelligentinin məclisi” adlı felyetonunda “həm rusca, həm müsəlmanca oxumuş” bəzi intelligentlərin bir yerə “cəm olub “milləti irəli aparmaq”“ kimi mühüm bir məsələ xüsusunda boşboğazlıq etdiklərinə gülür. Bu adamlar: “Həzərat, bizdən ötrü ən yaxşısı budur ki, nə tələb edək, nə təvəqqe eləyək; bir cür, bir tövr ilə işimizi aparaq ki, bir də baxıb görək millət özbaşına irəli getməyə qədəm qoyubdur. Yoxsa, qədəm qoymasa (axırkı sözləri çığırır-E.) biz heç vədə adam olmarıq”-deyirlər.
Düzdür, bu “millət qəhrəmanları” “bir cür, bir tövr” prinsipi ilə yaşayırdı, boşboğazlıqla məşğul olurdu, lakin əsas dərd bəlkə də bunda deyildi; dərd bunda idi ki, onlar “bir cür, bir tövr” prinsipini rədd edən, xalqın irəliləyişi üçün əməli fəaliyyət göstərən, iş görən, mübarizə aparan Üzeyir Hacıbəyov kimi qələm sahiblərinə hücum çəkirdilər, böhtanlar yağdırırdılar, çünki Hacıbəyovlar həmin “millət qəhrəmanları”nın rahatlığını pozurdu, millətin adından sui-istifadə edib özlərini gözə soxmaq cəhdinin eybəcərliyini göstərirdi.
Bu baxımdan, Üzeyir bəyin 1915-ci ildə yazdığı “O, heç” felyetonundakı bir parça bizə çox mənalı göründü: “Bəli, “müsadimeyi-əfkardan bariqeyi-həqiqət” (dırnaq Üzeyir Hacıbəyovundur-E.) doğarmış. Əlbəttə, məsələn, cəmiyyət işlərində iki nəfər başbilənin fıkirləri bir-birilə toqquşur; mübahisə millətin irəli getmeyi üstündə düşüb, müsadimə olur və axırda “bariqeyi-həqiqət” doğub, məlum olur ki, başbilənin birinin atası... imiş, o birinin də atası... imiş. O ki, qaldı millətin irəli getməyi-o, heç!..”.
Əlbəttə, burada millətçi bir müəllif mövqeyi axtarmaq tamamilə yanlış və əbəsdir, söhbət mənasız mübahisələrdən, “millət qəhrəmanları”nm lazımsız boşboğazhğından, şəxsi, bir sıra hallarda isə, siyasi-ictimai mənafe güdüb xalqın adından, taleyindən istifadə etmək halından gedir.
Biz artıq dedik və bir daha təkrarlamaq istəyirik ki, xalqı irəliləməyə qoymayan, onun mənəvi inkişafı qarşısında maneələrə çevrilən, təəssüf ki, yalnız pivovarovlar, hətta yalnız satqın fətəlibəyovlar deyildi, avam mollalar, cahil qoçular, qorxaq və nadan “ziyalılar”- “boynu qraxmallılar” da, istəsələr də, istəməsələr də, bunu özləri dərk etsələr də, etməsələr də mahiyyət etibarilə eyni iş görürdü.
Əsrin əvvəllərində yazılmış “Müəllimlərin keçmiş günlərindən” adlı felyetonda iki azərbaycanlı müəllim bir-biri ilə belə bir dildə danışır:
“-Heç xəbərin oldumu ki, Mirzəqulu ilə nə sluçitsa oldu?
-Yox, a çto?
-Pah! Bir görəydin ki, direktor ona nə yaman vıqovor elədi.
-Mən ölüm?
-Yey boqu, sən öləsən!
-Yəni bizim Mirzəquluya, ha?
-Bizim Mirzəquluya!
-Direktor vıqovor elədi?
-Direktor stroqıy vıqovor elədi!
-Yaxşı, nə üçün, poçemu?”.
Məlum olur ki, həmin Mirzəqulu müəllimin təqsiri bundan ibarətdir ki, “uşaqlara müsəlman havaları oxudur”. Dialoqu aparan bu iki müəllim isə doğma Azərbaycan dilini beləcə bərbad hala sala-sala bir dovşan qorxaqlığı ilə Mirzəqulunu qarasına məzəmmət edirlər:
“-Min dəfə demişəm ki, ədə, belə eləmə, direktor bilər, sənə vıqovor elər, xalq arasında bədnam (!!-E.) olarsan...”
Əlbəttə, xalq arasında bədnamlığı bu cür təsəvvür edən bu əldəqayırma müəllimlərin psixologiyası, təlimi, tərbiyəsi xalqın inkişafına stolıpinlərin, purişkeviçlərin siyasətindən, fətəlibəyovlann satqınlığından az maneə törətmirdi və Üzeyir bəyin iti gözü bunu görürdü, bunlar bir Vətəndaş yanğısı ilə qələmə alınırdı.
Bu müəllimlər rus dilində təhsil almış (yəqin ki, yarımçıq təhsil almış!) “boynu qraxmallılar” idi, bəs ərəb, fars dillərində təhsil almış mədrəsə, şəriət məktəbi müəllimləri necə idi?
Üzeyir bəyin publisistikasını, xüsusən, felyetonlarını oxuduqca, necə deyərlər, əyani şəkildə bunun şahidi olursan ki, avam və cahil yalnız savadsız, adlarını belə yazıb oxumağı bacarmayan qoçular, baqqallar, “dükandar hacı dayılar” deyildi, xalqın balalarına dərs deyən, onlara guya ki, elm öyrədən bəzi mollalar, axundlar da eləcə avam və cahil idi və əlbəttə, bu daha pis, daha acı idi, çünki qoçu da, baqqal da, “dükandar hacı dayı” da heç olmasa balaları elmə yiyələndirmək iddiasında deyildilər.
1909-cu ildə yazılmış “Təhsil” felyetonunun qəhrəmanı - məktəb müəllimi axund özü haqqında deyir: “Mən bütün ülum və fünuna darayam”. Həmin axund “səkkiz il məktəbdə oxuyub bircə dəfə də falaqqaya düşməmişdi (!-E.), sonra ikmali-təhsil üçün Irana gedib 8 il də Təbrizdə oxumuşdu ve bədə Təbrizdən Tehrana yollanıb 4 il də orada ve ondan 5 il Məşhəddə və bundan başqa 4 il de İranın bir şəhərində təhsil edib” və uşaqlar 29 il (!) oxuyub təhsil almış bu axunddan soruşurlar: “lran böyükdür, yoxsa Rusiya?” Axund belə cavab verir: “Əgər Iran bu başından düşəsən və gecə-gündüz yol gedəsən və hər saatda 70 ağac yol eləyəsən və 60 il səfər eləyəsən, hələ gedib İranın yarısına çatmazsan”. Əlbəttə, uşaqlar təəccüb edirlər (hərçənd 29 il təhsil görməyiblər!) “Axund, bəs ruslar yazırlar ki, Iran Rusiyadan 20 dəfə balacadır?)). Axund uşaqların bu sualına fars dilində şerlə cavab verir:
 
Ke ey nikbəxl, an şəkle-mən əst
Və lakin, qəlem dər kəfe-döşmən əst!
( Ey bəxtəvər, o mənim şəklimdir, lakin qələm düşmənin əlindədir (Tərcüməsi M. Aslanovundur.)
Aydın məsələdir ki, belə bir başabəla müəllim-axund nə şah, nə də çarizm müstəmləkəçiliyinin yaratdığı milli-ictimai dərdi dərk etmək və şagirdlərini də buna qarşı mübarizə ruhunda tərbiyə etmək iqtidarında deyil. Ən acınacaqlısı da burasındadır ki, “camaat belə deyir ki, dünyada heç bir elm yoxdur, bu axund onu bilməmiş olsun”.
Camaatın bu cür yüksək qiymətləndirdiyi, umduğu və inandığı bir müəllim-axundun, yəni “qabaqda gedənin”, daha doğrusu, qabaqda getməli olanın beləcə nadanlığı təbii ki, ağır dərd idi.
Üzeyir Hacıbəyovun publisistikası, felyetonları, artıq dediyimiz kimi, XX əsrin ilk onilliklərində Azərbaycan ictimai mühitinin epik mənzərəsini yaradır və burada biz dövrün tipik surətlərinin sözün əsl mənasında zəngin qalereyası ilə üz-üzə dayanırıq; hər dəfə də dəqiq müşahidələr, şirin dil, ən incə psixoloji qatlara vara bilmək bacarığı həmin tipik surətlərlə tamamilə canlı təmas təsiri yaradır...
1910-cu ildə yazılmış “Ata və oğul” satirik səhnəciyində dövrün tipik nadanının, avamının (Sabirin parlaq bədii boyalarla işlədiyi məşhur qəhrəman silsiləsindən: “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!”) bədii surətini yaradır və bu avam da Sabir qəhrəmanı kimi, oğlunu oxutmaq istəmir, belə bir cəhəti də xüsusi qeyd edir: “Hərgah oxutmaq istəsəydim, İrana göndərərdim ki, gedib tələbə olub gəlsin”.
Atası “oxutmaq istəsəydi” həmin cavan da yəqin ki, İrana gedib qayıdıb “Təhsil” felyetonunun qəhrəmanı axundlardan biri olacaqdı və əslində elə o savadsız atası kimi, cahil də qalacaqdı. vƏlbəttə, biz belə bir fıkirdən çox uzağıq ki, guya İranda təhsil alanların hamısı avam və cahil idi, yox, belə deyildi, bizim İranda təhsil almış savadlı ziyalılarımız az olmayıb, necə ki, Avropada, Rusiyada təhsil alanların hamısı bilik dəryası deyildi...
İndiki halda söhbət savadının dərəcəsindən asılı olmayaraq xalqa və vətənə məxsusluqdan gedir, yalnız avamlıq və savadlılıq qütblərindən yox, daha artıq dərəcədə avamlıq və vətəndaşlıq kimi zidd qütblərdən gedir.
“Beş manat əhvalatı” adlı felyetonda (1910) “gözlərinin yaşını abi-baran kimi axıdan bir kişi müəllifə müraciət edib kömək istəyir ki, Xarkovda təhsil alan oğlu pul olmadığı üçün təhsilini davam etdirə bilmir. “Mən dərhal öz aldığım məvacibi, kişinin halətini mülahizə edib gördüm mənim donluğumdan kişiyə haray yoxdur. Həmin günü bir məclis tərtib edib öz dost-aşnalarımdan oraya cəlb etdim. Bir siyahı bina edib insaflı kişilərimizdən ianə yığmağa məşğul oldum”. Bu məqsədlə dükandar Hacı dayıdan da 5 manat pul istəyirlər. Vekselinin vaxtı keçməsin deyə bir gündə banka 10 min manat pul göndərən Hacı dayı öz həmvətəninin təhsili naminə ianə toplamaq istəyənlərə deyir: “Qəribə təklifdir! Yaxşı! Bəydadaş! Mən üç dəfə həccə getmişəm, dördüncü dəfə həmniyyətliyəm. Mən həcc pulumu pozub, nə tövr Rusiyaya göndərim?”.
Burada əsas məsələ Hacı dayının xəsisliyində deyil (bu öz yerində!), onun nadanlığında, kiçicik belə vətəndaşlıq hissindən, qeyrətindən çox uzaqda olmasındadır. Hacı dayı azərbaycanlı bir tələbənin təhsilini davam etdirməsi üçün 5 manatı əsirgəyir, lakin olmazın əzab-əziyyətini çəkib, necə deyərlər, ətək-ətək xərc töküb dördüncü (!) dəfə Həccə getməyə hazırlaşır. Bu felyetonda incə bir məqam da var və biz buna diqqəti cəlb etmək istərdik.
Həmin 5 manat ianənin naminə Hacı dayını yola gətirmək istəyirlər, onu başa salmaq istəyirlər, lakin Hacı dayı cürbəcür bəhanələrlə pulu verməkdən imtina edir. Aşağıdakı dialoqa fikir verək:
“-Mətləb burasındadır ki, bu gün banka 10 min manat yola salasıyam ki, veksilimin vaxtı keçməsin.
-Zərər yoxdur, Hacı dayı, onda sabah gəlim, sabah verərsiniz.
-Xeyr, xeyr, sabah zəhmət çəkməgilən, sabah usta Qarapetə min manat borc vəd etmişəm, ona gərək verəm ki, binəvanın pambıq pulu kəsirdir, aparsın, pambıq alsın.
-Zərər yoxdur, Hacı dayı, birisigün gələrəm.
-Xeyr! Xeyr! Xeyr!.. Birisigün Hacı Qulaməli kişinin oğluna nömrə pulu yığılır, ona pul göndərəcəyəm.
-Zərər yoxdur, Hacı dayı, o birisigün gələrəm.
-Xeyr, xeyr, xeyr!.. O birisigün barama almışam, onun pulun gərək verem, gəlmə!
-Zərər yoxdur, Hacı dayı, o biri gün gələrəm”.
Nəhayət, Hacı dayı qəti sözünü deyir:
“-Xeyr, xeyr, xeyr, xeyr, gəlmə”.
Hacı dayı bu dərəcədə inadkarlığını nə ilə izah edir?
“-Çünki... mən, sözün vazehi, ruscam oxuyana tövbə etmişəm pul verməyə, vəssalam”.
Göründüyü kimi, təfəkkürü etibarilə, avamlığı ilə Hacı dayıya tay olanlar bu sözlərdə bir patriotluq da tapa bilərlər, lakin bu, həqiqi yox, yalançı, aldadıcı patriotluqdur; “ruscanı oxuyana” bu qədər ədavət bəsləyən Hacı dayı, əslində çarizm müstəmləkəçi siyasətinin qurbanıdır və buna görə də, bəlkə heç özünün xəbəri olmadığı halda, həmin siyasətin arxalandığı, istinad etdiyi qüvvələrdən birinə çevrilib, Hacı dayıda və onun taylannda elə bir ətalətli psixologiya vardır ki, bu ətalət xalqın təəssübü naminə Hacıbəyovların mübarizəsində çox aktiv bir maneəyə çevrilir.
Hacı dayılar müxtəlif idilər... Yalançı “millət qəhrəmanlan” heç olmasa sözdə yalandan da olsa, xalqın təəssübünü çəkirdilər, amma elə Hacı dayılar da var idi ki, misal üçün, “Mən və Hacı” miniatüründə olduğu kimi, “ay Hacı, millətə kömək elə...”-təvəqqəsinə “Nə millət?”-deyə bozarırdılar...
Bütün bu yalançı “millət qəhrəmanları”nın, hacı dayıların, fətəlibəyovların, cahil və nadan axundların, “boynu qraxmallılar”m psixologiyası və əxlaqı Üzeyir Hacıbəyovun publisistikasındakı sarkazmı ən yüksək mərhələyə qaldırmışdı. “Suallar və suallara da cavablar” felyetonundakı bu dialoqa fikir verək:
“S u a l. Dünyada hamıdan az dərd çəkən adamlar kimdir? C a v a b. Zəngəzur acları, çünki onların hər biri millətin qeydinə qalıb bir dərd çəkirlər. Amma, məsələn, Bakı milyonerləri milyon manatın qeydinə qalıb milyon dərd çəkirlər”. Zəngəzurlu azərbaycanlılar-zəhmətkeş kəndlilər xalqın təəssübünü çəkdikləri üçün qırılmış, qaçqın düşmüş, aclığa düçar olmuşdular və onlar “millətin qeydinə” qaldıqları üçün cəmi bircə dərd çəkirdilər, amma qolu-güclülərin, varlıların “dərdi” daha artıq idi: pul çox, pul qazanmaq ehtirası puldan da çox, rəqabət böyük, buna görə də qayğı da həddən artıq çox...
Böyük Sabirin:
Millət necə tarac olur, olsun, nə işim var?!
Düşmənlərə möhtac olur, olsun, nə işim var?
-deyən tipi yada düşür; bu cümlələrdəki, bu misralardakı Vətəndaşlığın əzəməti, doğrusu, hər dəfə adamı heyran edir, necə deyərlər, yüksəkliyi, ucalığı baxdıqca adamın gözünü qaraldır...
Sabirin də, başqa böyük istedada malik mollanəsrəddinçilərin də, o cümlədən, Üzeyir bəyin də bu öldürücü satirasını meydana çıxaran Vətəndaşlıq dünya ictimai fikrinin Servantes, Rable, Qoqol Vətəndaşlığına layiq bir ictimai-etik kateqoriyadır. Məhz həmin Vətəndaşlıq, “Müsəlmanların halı” adlı dialoqlardan ibarət kiçik felyetonda olduğu kimi, nə “Hökumət qapısı”ndan, nə “Ağalar qapısı”ndan, nə “İntelligent qapısı”ndan, nə də “Dövlətli qapısı”ndan çəkinmir (və onlardan sərf-nəzər etmir!), bu qapı sahiblərinin xalqa-qeyrətli “Zəngəzur acları”na, onların hüquqsuz, savadsız, pulsuz qardaşları kərbəlayı müseyiblərə, məşədi fərəcullahlara, mahmud əmilərə, kərbəlayı bədəllərə münasibətini realist mahiyyətli bir satira ilə çılpaqlaşdırır, bu münasibəti olduğu kimi göstərir.
Budur həmin kiçik felyeton:
Hökumət qapısında:
-Kərbəlayı Bədəl, görə bildin?
-Görə bildim.
-Nə dedi?
-Dedi: “Zavtra!”.
Ağalar qapısında:
-Məşədi Fərəcullah, ağa evdə idi?
-Bəli, evdə idi.
-Səni gördü, nə dedi?
-İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.
İntelligent qapısında:
-Mahmud əmi, razı oldumu?
-Balam, yox.
-Nə üçün?
-Dedi: “Beş yüz manat ver, yazım”.
Dövlətli qapısında:
-Kərbəlayı Müseyib, getmişdin?
-Hə, getişdim.
-Görə bildin? -Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi”.
Hökumətin “zavtra-zavtra”-deyə başından elədiyi, ağanın söydüyü, intelligentin kiçik bir şikayət ərizəsi yazmaqdan ötrü beş yüz manat rüşvət istədiyi (yenə də Sabirin məşhur “Ürəfa marşı”ndakı misralar yada düşür: “İntelligentik, gəzərik naz ilə, Ömr edərik nəşeyi-dəmsaz ilə... Həftədə bir dil-bəri-tənnaz ilə... Həmdəm olub işləri sahmanlarıq... Ay bərəkallah, nə gözəl canlarıq!..), dövlətlinin əl tutmadığı bu adamlar xalqın nümayəndələri idi, xalq idi və bu münasibət də, əslində ayrı-ayrılıqda Kərbəlayı Bədələ, Məşədi Fərəcullaha, yaxud Mahmud əmiyə, Kərbəlayı Müseyibə yox, xalqa münasibət idi.
Lakin bütün bunlara baxmayaraq... bütün bunlara baxmayaraq, Üzeyir Hacıbəyov, misal üçün, 1915-ci ildə qələmə aldığı “Deviz”“ adlı məqalədə mollaların “qəzet haramdır” etiqadından, qırmızı saqqallıların “məktəb ziyandır” etiqadından, “boynu qraxmallı”ların “Azərbaycan dilində danışmaq eyibdir” etiqadından danışaraq üfüqdə yenə də “hüşyarlıq günəşi” görürdü və o böyük inamdan, ruh yüksəkliyindən doğan bir patetika ilə yazırdı: “Elm və bilik dağlarında donmuş qalan tərəqqi qarı yavaş-yavaş əriyir; bu gün-sabah sel gəlib, qabağına çıxan hər bir kol-kosu kökündən qoparıb aparacaqdır. Onda görüm hansı möhkəm etiqad bu selin qabağında dura biləcək”.
Elə həmin ildə yazdığı “Bisavad və basavad” adlı məqaləsində isə, bu sözləri oxuyuruq: “...savaddan başqa bir ürəkdə bir dübr ve şövq lazımdır”.
Həmin dübr-inam ki, həmin şövq də, heç vaxt, ən ağır dəqiqələrdə belə, Üzeyir Hacıbəyov publisistikasından əskik olmamışdır: Üzeyir bəy gülmüş, ifşa etmiş, eyni zamanda, artıq neçənci dəfə dediyimiz kimi, inanmışdır, çünki o sarkazm ilə, o acı gülüşlə birlikdə, həmişə “ürəkdə bir dürr ve şövq” də var idi.
5.
Dünya ədəbiyyatının Nəsimi, Xətai, Füzuli kimi orta əsr korifeyləri ölməz poemalarını, şerlərini yazdıqları doğma Azərbaycan dilini ən yüksək bədii-estetik zirvələrə qaldırmışlar, “Kitabi-Dədə Qorqud” kimi bəşəri səciyyəli mənəvi bir sərvət bu dildə dünyaya gəlmişdir, yalnız Azərbaycanın deyil, bütün müsəlman Şərqinin Avropaya, o cümlədən, Vatikana göndərdiyi ilk diplomatik məktublar Şah İsmayıl Xətai tərəfındən bu dildə yazılmışdır, lakin illər keçmişdi, bir tərəfdən fars istibdadı, bir tərəfdən də çarizm müstəmləkəçilik siyasəti Azərbaycan dilini tədris-maarif ocaqlarında, rəsmi dairələrdə sıxışdırıb aradan çıxarmaq, xalqın dilini avamlıq, cahillik və nadanlıq dilinə çevirmək istəyirdi və məqsəd də sadə və aydım idi: dil xalqın milli özünüdərkinin, özünüifadə və özünütəsdiqinin əsas faktorudur.
V. İ.Lenin özü yazırdı: “Rusiyada əhalinin yarısından çoxu, demək olar, beşdə üçü (dürüst 57 faizi) milli əsarət altındadır, onlar hətta ana dilindən də azad istifadə edə bilmirlər, onları zorla ruslaşdırırlar”.
Üzeyir Hacıbəyov da hələ 1910-cu ildə yazırdı ki, bir millətin ki, “dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir”. Üzeyir bəyin Azərbaycan dili ilə bağlı xidməti ikili səciyyə daşıyır: a) bu dilin təmizliyi uğrunda, onun milli-vətəndaş hüququnun bərqərar olması naminə mübarizə; b) bilavasitə bu dildə, canlı, anlamlı şəkildə sənət əsərləri, məqalələr, felyetonlar yazaraq onun bədiiyyatla bərabər, xüsusən dövrün artmış tələblərinə cavab verən siyasi-ictimai publisistika sahəsində də qadirliyini əyani şəkildə, təcrübədə göstərmək.
Üzeyir bəyin Azərbaycan dilinə bağlılığı, bu dillə əlaqədar vətəndaş fəaliyyəti, bu dili dərindən bilməsi, duyması və təqdim edə bilmək bacarığı öz müasirləri böyük qələm dostları tərəfindən yüksək qiymətləndirilirdi. Bu baxımdan Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazıb “Molla Nəsrəddin”də çap etdirdiyi “Tövhid” felyetonu bizim üçün əlamətdar göründü. Həmin ildə “Tərəqqi” qəzeti ana dilimizi inkişaf etdirməyin çətinliyini onda görürdü ki, Azərbaycan ziyalıları, mədəniyyət və maarif xadimləri öz dillərini bilmirlər: “...tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk (Azərbaycan-E.) dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır... Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız...”.
Cəlil Məmmədquluzadə “Sabiq müəllim” imzalı müəllifın bu sözlərini misal gətirir və buradakı ümumiləşdirməyə, maksimalizmə, hissə qapılmaya istehza edərək yazırdı: “...mühərrirlərimizdən nə Əhməd bəy Ağayev türk (Azərbaycan-E.) dilini bilir, nə Haqverdiyev, nə Məmmədəmin Rəsulzadə, nə Nərimanov, nə Əlisgəndər Cəfərzadə, nə Üzeyir cənabları, nə Faiq Nemanzadə (hərçənd İstambulda təhsil eləyib, amma görünür ki, məqalə sahibi Nemanzadəni də bilməyənlər cərgəsinə salır-C.M). Bəli, müəllimlərin də heç biri türk (Azərbaycan) dilini bilmir: nə Firidun Köçərli cənabları bilir, nə Sultanməcid Qənizadə, nə Rəşidbəy Əfəndizadə, nə Bakıda kitab yazan müəllimlər, nə Gəncədə axundovlar, nə İrəvanda və qeyri şəhərlərin müəllim və qəzet müxbirləri. Şairlərdən nə keçənlər, nə də indiki Sabirlər...”.
Göründüyü kimi, Mirzə Cəlil bilərəkdən müxtəlif dünyagörüşlü, müxtəlif siyasi-ictimai mövqeyə malik qələm sahiblərimizə istinad edir, lakin indiki halda bizim üçün diqqətəlayiq cəhət budur ki, Mirzə Cəlil kimi dövrün ən mötəbər müəllifi cəmi iyirmi dörd yaşlı Üzeyir bəyin də adını Sabir, Ağayev, Rəsulzadə, Nərimanov, Haqverdiyev, Köçərli və b. kimi böyük və nüfuzlu ədiblərlə birgə çəkir, ona da doğma Azərbaycan dilini təmsil edən qadir müəlliflərdən biri kimi yanaşır.
Üzeyir Hacıbəyovun ana dilinə münasibəti də ümumiyyətlə, xalqa münasibəti kimi, tamamilə aydın idi: hələ ilk felyetonlarını çap etdirdiyi vaxtdan etibarən o dili sıxışdıran, hər vasitə ilə onu inkişaf etməyə qoymayanlara qarşı mübarizə aparmışdır, dili ərəb-fars ibarələri ilə doldurub xalqdan uzaqlaşdıran təmayüllərin yanlış bir yol olduğunu, bunun ziyanını göstərmişdir və dediyimiz kimi, öz əsərlərinin poetikası ilə dillə bağlı tələblərinin, fıkirlərinin gözəl əyani nümunələrini yaratmışdır.
Üzeyir bəyin bədii-publisistik dili bir tərəfdən lüğətinin zənginliyi, sintaksis quruluşunun və morfoloji xüsusiyyətlərinin mürəkkəb, çoxcəhətli bədii-siyasi informasiya üçün münbit bir zəmin yaratması ilə diqqəti cəlb edir, digər tərəfdən isə həmin dil o qədər aydın və doğmadır ki, savadsız bir kəndli tərəfındən də dərhal qavranır, başa düşülürdü.
““Tərcüman”ı oxuyanda” adlı felyetonunda (1907) o, məhz bu baxımdan bir sıra mətbuat orqanlarının, o cümlədən, “Tərcüman” qəzetinin qəliz dilini kəskin tənqid edirdi: “...Bu üsuli-idarəyi-cəbhənin məğdudiyyəti arasında Sarohanda öldürülən dilmanc Rüşdi Paşayı, Taifde boğdurulan Midhət Paşayı, Losbos cəzirəsində zəhərlənən Sadıq Paşayı zikr etməkdən keçəlim...” Birdən elə bilərsiniz ki, bu sözləri mən deyirəm, ha! Əstəğfürullah! Nə borcuma qalıbdır?”.
Əsrin əvvəllərindən başlayaraq Azərbaycan ictimai fıkrinin Azərbaycan dilinin saflığı, sadəliyi uğrundakı mübarizəsi barədə ədəbiyyatşünaslığımız çox yazmışdır və biz deyilənləri təkrar etmək istəmirik, yalnız bir məqaləyə diqqəti cəlb etməklə kifayətlənirik.
Üzeyir bəyin yaşlı və nüfuzlu müasiri, böyük ədəbiyyatşünas alim və xalq müəllimi Firidun bəy Köçərli 1913-cü ildə yazdığı və “Molla Nəsrəddin”də çap etdirdiyi “Ana dili” məqaləsində deyirdi: “Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fıkirlərini açıq və sadə dildə yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın”.
Yüksək mədəniyyətli bir ziyalı kimi tanınan Köçərlinin bu dərəcədə kəskin ifadələr işlətməsi (“meymunluqdan əl çəksinlər”) dilin təmizliyi və sadəliyi probleminin dövr üçün nə qədər aktual olduğunu göstərir və buradakı “oxuyan (yəni xalq!) anlasın, düşünsün ve ayılsın” sözlərinin arxasındakı məna, elə bilirik kı, həmin kəskinliyə bəraət qazandırır. Köçərli elə həmin məqaləsində yazırdı: “Allah Əlibəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab İstanbulda rahat əyləşib bizim şumbext Qafqaza təşrif gətirməyə idi. O cənabın elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamaldan bizə bir bəhrə vermədi (bu məqalə yazılarkən Əlibəy artıq dörd il idi ki, Türkiyəyə getmişdi-E.), ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi. Ətrafını bir dəstə meymunlar bürüdü və ona təqlid etməkdə bir-birinə macal verməyib “böyük hünərlər” (dırnaq F.Köçərlinin-dir-E.) göstərdilər)).
“Elm və kamalına” söz olmayan Əlibəy Hüseynzadə kimi mürəkkəb və zəngin həyat yolu keçmiş qələm sahiblərini “elm və kamalsız” təqlid edən, yamsılayan epiqonçu təmayül bütün qabaqcıl ziyalılar kimi, Üzeyir bəyə də yad olmuşdur və o həmişə bu təmayüllə mübarizə etmişdir.
Bu təmayüllə bərabər, Azərbaycan dilinə yuxarıdan aşağı baxan, bu dili bilməyən və bilmək də istəməyən, vətəndaş hisslərindən məhrum “intelligent”lərimiz də var idi və Üzeyir Hacıbəyov “Bisavad və basavad” adlı məqaləsində məhz həmin “intelligent”lərin dili ilə deyirdi: “Ey, müsəlman qəzetinin bir sətrini hıqqana-hıqqana oxuyunca, “Kaspi” ilə “Baku”nu (Azərbaycanca, rusca nəşr edilən qəzetlər-E.) başdan ayağa oxuyub qurtararam! Bu “intelligent”lər Azərbaycan dilli ədəbiyyata, publisistikaya ağız büzürdü, elə həmin felyetonda göstərildiyi kimi, Azərbaycan dilində yazan ədiblər “bizim üçün avtoritet” deyiller.-deyirdi. “Bizim yanımızda onlar (söhbət doğma Azərbaycan dilində yazan ədiblərdən gedir-E.) molla yanında tələbədirlər”.
Üzeyir bəy bu cür “intelligent”lərə müraciətlə deyirdi: “Onda siz yazın, biz oxuyaq”, Azərbaycan dilində “savadınız yoxsa da, rusca yazın, biz zəhmət çəkib tərcümə edərik”. Əlbəttə, həmin “intelligent”lər nəse yazmaq, xalqın mənafeyi naminə nəsə eləmək iqtidarında deyildilər (qalstuk taxıb tox qarnına başqalarına lağ eləməyə nə var ki!), çünki ürəkdə xalq məhəbbəti yox idi (cücə-plov məhəbbəti isə, əlbəttə, var idü), onların xislətində xalqın hiss və həyəcanlarına, istək və arzularına, adət və ənənəsinə bir yadlıq var idi, xalqın keçmişinə və gələcəyinə biganəlik var idi.
Məhz buna görə də Üzeyir Hacıbəyovun “ İş görək, iş görək”, adlı məqalədə (1915) yazdığı “şüursuz özümüzkülərdən şüurlu özgələr yaxşıdır” sözlərinin arxasında dayanmış ağrını bütün iztirabları ilə hiss və təsəvvür etmək, elə bilirik ki, çətin deyil, çünki bu məqalə yazılan vaxtdan düz yetmiş il sonra, bu günün özündə də biz bəzən öz doğma dilinə yuxarıdan aşağı baxmaq hallarına rast gelirik...
Üzeyir bəy 1912-ci ildə yazdığı “Dilimizi korlayanlar” adlı məqaləsində müxtəlif zümrələrin, həm də bir-birinə düşmən olan zümrələrin “bir şeyde böyük ittifaq bağladıqlarını” yazırdı. “O şey dilimizi korlamaqdır... Məsələn, axund belə danışır: -Zaman ki, mən burada əglətmişəm, hərgah bir şəxs ki, onun zahiri ve batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansıki, mənə aiddir və yainki aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!
Axund bunu demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...”.
Yaxud bəzən artistlər, teatr işçiləri dili “lirikləşdirmək”, ona bər-bəzək vermək xətrinə sözlərin təbii sırasını pozurdu (biz bu gün də ara-sıra həmin hadisənin şahidi oluruq!) və Üzeyir Hacıbəyov buna da göz yummurdu: “Uşaq bazara gedib qoz alır və evə qayıdıb anasına deyir ki, “ana, bazardan qoz aldım”.
Amma artist bazardan qoz alıb qayıtsa, anasına belə deyər:
-Ana, bazardan aldım qoz.
Üzeyir Hacıbəyov öz doğma xalqına və həmin xalqın dilinə o dərəcədə bağlı idi və bu bağlılıq onun yaradıcılığında özünün o dərəcədə böyük bədii-estetik inikasını tapmışdı ki, biz artıq bu və ya digər şəkildə bir neçə dəfə dediyimiz fıkri bir daha təkrar etməkdən çəkinmirik:
Üzeyir bəyin bütün Vətəndaş mübarizəsinin bütün yaradıcılığının arxasında böyük bir məhəbbət dayanırdı- xalqa məhəbbət, onun dilinə məhəbbət.
M.Aslanov Üzeyir bəyin təhsil aldığı Qori müəllimlər seminariyasının arxivini araşdırarkən, bizcə, çox maraqlı və əslində Üzeyir Hacıbəyovun bütün yaradıcılığı, bütün həyat yolu üçün epiqraf ola biləcək bir fakta rast gəlir: on beş yaşlı tələbənin xasiyyətnaməsində belə bir qeyd var:
“3 dekabr 1900. Tələbə Üzeyir Hacıbəyov ana dilində danışmışdır. Müfəttişin töhməti”.
Bu fakt Üzeyir Hacıbəyovun şəxsiyyəti, yaradıcılığı və taleyi ilə bağlı ilkin və səhih proqnoz verən bir sənəd kimi çoxmənalıdır ve dövrün kontekstində bir-biri ilə sıxı əlaqədə olan iki cəhəti qabarıq göstərir: ana dilinə məhəbbət və müfəttiş töhməti.
İllər keçəcəkdi... O müfəttiş töhməti qubernatorların, naçalniklərin, generalların, milyonçuların, cahillik və nadanlığın töhməti (təqibi! təhqiri!) səviyyəsinə qalxacaqdı, lakin həmin töhmət də, təqib də, təhqir də heç nə edə bilməyəcəkdi, gücsüz olacaqdı, çünki ana dilinə o məhəbbət, xalqa böyük məhəbbətə çevriləcəkdi, “ana dilində danışmaq” ehtiyacı xalqın, onun dilinin, onun mütərəqqi adət-ənənələrinin, onun keçmişinin və gələcəyinin təəssübünü çəkən bir Vətətıdaşlığa çevriləcəkdi.
Bu sözləri yazıram, xəyal isə məni otuz beş il bundan geriye, əllinci illərin lap əvvəllərinə aparır. O zaman mən 7 nömrəli məktəbin ibtidai sinfində oxuyurdum və bizim məktəb ilə M.F.Axundov adına Azərbaycan Dövlet Opera ve Balet Teatrı (onda hələ Akademik deyildi) bir-birinə yaxın küçələrdə yerləşirdi. Men səhər növbəsində oxuyurdum və tez-tez məktəbdən çıxıb Opera teatrına günorta tamaşalarına gedirdim: “Koroğlu”ya.
Məktəbimiz ilə Opera teatrı arasındakı o üç-dörd tinlik məsafə, mənim üçün, əslində, möcüzə dərəcəsində bir sevincə, böyük fərəhə, qürura aparan bir yol idi və mən, əlbəttə, çox dumanlı şəkildə belə düşünürdüm, belə hiss edirdim ki, bu yolda nəsə illəri adlamaq, vaxtı, zamanı keçmək xüsusiyyəti var, elə bil ki, bu yol həmin sevinclə, fərəhlə birlikdə, həm də gələcəyə aparırdı. Koroğlu (unudulmaz və sevimli Bülbül!) Qıratın-canlı atın belində səhnəyə çıxırdı ve o zaman birinci-ikinci sinif şagirdinin üreyi heç nə ilə müqayisə olunmayacaq bir sevinclə, bir fərəhlə dolurdu: o uşaq tamaşadan sonra da uzun müddət o musiqini eşidirdi və həmin musiqi get-gedə onu tamam ələ alırdı, reallıqdan çıxarırdı, Koroğlu kimi Qıratın belində oturdurdu, əlinə qılınc-qalxan verirdi və mən Üzeyir musiqisinin sədaları altında Qıratın belində yadelli işğalçılara qarşı vuruşurdum...
Mən fəxr edirdim ki, azərbaycanlıyam...
Mən fəxr edirdim ki, Üzeyir Hacıbəyovun musiqisi, Bülbülün səsi mənimlə Azərbaycan dilində danışır...
Əlbəttə, musiqinin də, xatirələrin də, hisslərin də dili var və onlar səninlə öz doğma dilində, ana dilində danışanda, bu - səadət, xoşbəxtlikdir, bu-o dilin qadirliyi, sənin mənəvi zənginliyindir.
Üzeyir Hacıbəyovun publisistikası xalqın gələcəyi naminə əməli və effektli iş görən bir publisistika idi. Üzeyir bəy yuxarıda haqqında bəhs etdiyimiz “İş görək, iş görək” məqaləsində yazırdı: “İş görək! iş görək! Boş-boş sözlər danışmayaq, danışmayaq, danışmayaq!”.
Onun bu sözləri yazmağa mənəvi haqqı var idi.
Onun publisistikası bu sözlərin, bu Vətəndaş çağırışının təcrübədə parlaq nümunəsi idi.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa