İranın Məşrutə İnqilabının tarixi

Kitabın adı: İranın Məşrutə İnqilabının tarixi

Yazar: Əhməd Kəsrəvi

Tərcümə edən: Abdulla Əmir Haşimi (Cavanşir)

Səhifə həcmi: 1 046 səhifə, 2 cild

İlk çap:Türkiyə, 1995-ci il

İkinci çap: Almaniya, 2003-cü il

 

Əlavə məlumat:

Səttarxan hərəkatına aid "Iranın Məşrutə inqilabının tarixi" kitabının, Stockholmda yaşayan güneyli jurnalist -Abdulla Əmir Haşimi (Cavanşir)'in vasitəsi ilə tərcümə edilməsi yəqin ki, tarixi qaynaqlarımıza yeni zənginlik gətirməsində xüsusi yer alacaqdır. Həmin kitab, fars dilində Əhməd Kəsrəvi Təbrizi tərəfindən yazılmış və 16 dəfə nəşr edilmiş qiymətli əsərdir. İkinci dəfə olaraq Azərbaycan-türkcəsində isə Almaniyada "Nima" nəşriyyatı vasitəsi ilə 2003-cü ilin may ayında işıq üzü görmüşdür. Son 60-70 ilin ərzində yazılmış tarixi-ictimai kitaba rast gələ bilmərik ki, dolayı və yaxud bilavasitə həmin qaynaqdan qidalanmasın. Elə ona görə də, bu kitabın tərcüməsi, tərcüməçinin sözü ilə desək, "xüsusi ilə quzeyli vətəndaşlarımıza bir hədiyyədir". Rəsimlər və indeksdən başqa 1046 səhifə və iki cilddən ibarət olan kitab, 19-cu əsrdən başlanan oyanışdan Məşrutə Hərəkatının sonunadək, bizə dokumental mə'lumat verir.

 

Xalqımızın hərəkatdan əvvəl vəziyyəti, Seyid Cəmaləddinin fəaliyyəti və Nasrəddin Şaha məktubu, milli mövzuya aid yazılar, qəzetlər və mədrəsələr, Qacar padşahlarının üsul idarələri, ekonomi bazaları və borcları, əhalinin əcnəbilərdən; o cümlədən beljikalılardan, ingilislərdən və ruslardan inciklikləri, oyanış istiqamətində Axundov, Talıbov və Ibrahim bəyin səyahətnamələrinin tə'siri, Vətən haqqında deyilən şe'rlərin xalqımızda tə'sir və təpkisi, Məşrutə Hərəkatının necə başlanması, ədalətxana, Şura Məclisinin tə'sisi və Məşrutə fərmanının verilməsi, Təbrizin necə ayağa qalxması, Ətabəkin Irana gəlməsi, Təbriz və digər şəhərlərdə Məşrutə Hərəkatının vüs'ətlənməsi, "Molla Nəsrəddin" və "Azərbaycan" jurnalının oyanışda rolu və məariflənmə istiqamətində qəzetlər ilə mədrəsələrin inkişafı, Hərəkatın ilkin dövrünün başa çatması və Hərəkatın Məhəmmədəli Şah tərəfindən dağıdılması, Ətabəkin baş-nazir olduğu dövrdə məkirli siyasəti, mollaların hərəkatdan ayrılmaları və hərəkata qarşı-durmaları, Ətabəkin öldürülməsi, Topxana meydanının üsyanı, bu hadisədən sonra xalqın vəziyyətində 9 ay baş verən dəyişiklikler, Şura Məclisinin bombardıman olunması, Tehranda baş verən hadisələr, Təbrizin yeni müqaviməti, Təbrizdə hərbi hazırlıqlar, Təbrizdə müharibənin necə başlanması, bu müharibələrdə Eynüddövlənin meydana gəlməsi, rusların mənfi rolu, Təbrizdə Islamiyyənin rolu, Hərəkatın Azərbaycan şəhərlərində qələbəsi, Təbriz əncüməninin apardığı işlər, azadlıq hərəkatında baş verən dəyişikliklər, Səttarxan və Bağırxanın göstərdikləri qəhrəmanlıqlar və bugünkü mübarizəmizin kökünü təşkil edən yüzlərcə hadisələr, kitabda əks etdirilir...

 

 

Kitabın qiyməti: 39 € /45 $


Kitabı əldə etmə adresləri:

(1)

Nima Verlag

Lindenallee 75

45127 Essen

Germany

 

nimabook@gmx.de

 

(2)

Amir Hashimi Abdulla

Klockarvägen 7, bv

141 61 Huddinge

Sweden

 

abdulla_55@yahoo.com

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa