Azərbaycan deyəndə

Əlirza MİYANALI

”Nağıldı hələ” kitabı, Kanada 2002

 

Könlümə səda düşür,
Keçmişim yada düşür,
Ürəyim oda düşür,
Azərbaycan deyəndə.

 

Ay doğanda gecələr,
Ruhum sənlə dincələr,
İncələr düşüncələr,
Azərbaycan deyəndə.

 

Keçmişini anıram,
Gələcəyin sanıram,
Bu gününə yanıram
Azərbaycan deyəndə.

 

Bitər acı günlərin,
Açılar düyünlərin,
Gələr ərköyünlərin,
Azərbaycan deyəndə.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa