Bağlanış

Hadı QARAÇAY

Güney Azərbaycan" dərgisi, №1, Bakı 1994

"Konqres" jurnalı, №1, 2007

 

Boynumda dağdağan ağacından boyunbaq,
ovcumda bir ovuc ehtiyac,
və ən böyük ehtiyac,
böyük ehtiyac qəlbimdə
Ölümə gedirəm.
- Hamısı,
Amma hamısı,
Atamdan və atamın atasından
Qalma yadigarlar.
Tozlu yollara çıxmışam,
Nənəmin döşlərindən süd əməndən,
Bu günümə,
və sabahıma,
Gərəksiz sabahıma, ölümə gedirəm.
Buludsuz göylər,
Tozlu yollar,
Və qısır qalmış baharın döşləri südsüz.
Ölümə gedirəm.
Mən ölümdən sonra da şe'r yazacam -dedim və güzgüdə,
Dik gözlərinə baxdım Tanrının.
Baxdım və Tanrı da utandı məndən.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa