Siqar arası düşüncələrdən

Hadı QARAÇAY

"Konqres" jurnalı, nr 5, 2007

 

Sevgi
utanc simgəsidir
və qızılgül yüngüllük
sağın adını çəkmə şair
dinamitin yanar barmağı
yaşamın
solğun gözlərini hədələrkən.

 

Qolları kəsilənlər
döşləri deşilənlər
və ölüm qapısından
hələm-hələm dönməyənlər sevilir bizdə.
Ax
Qaracıq çoban!
Sapandının ayası boyda obam olaydı
və quş dimdiyində daşınacaq su boyda özlüyüm
dönəydi,
dönəydi,
gedər-gəlməzin güdə yolları
dönəydi birər-birər itirdiklərim
və mən
bilgin Dədənin qopuzunda açaydım sizə
qızılgülün qızıl gizini
və gəlinlərin incə barmaqlarında
hənanın anlamını.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa