KKTC xarici işlər naziri və baş nazir müavini, İsveçdəki türk icmaları ilə görüşdü .
.

13.XI.2008. /GAK

 

Şimali Kipr (Kıbrıs) Türk Cumhuriyyətinin baş nazir müavini və xarici işlər naziri cənab Turqay Avcı, İsveç Türk İşçi Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan İsveç səfəri çərçivəsində, 12 noyabr 2008 çərşəmbə günü, Stokholmdakı türk icmaları ilə görüşdü. Çıxışında KKTC-nin qarşılaşdığı problemlərə toxunaraq, Avropa ölkələrindən tələbinin Cənubi Kipr ilə bərabərhüquq tanınması olduğunu bildirən cənab nazir, Azərbaycan Respublikası ilə münasibətlərindən məmnun olduqlarını və Qarabağ məsələsində həmrəy və həmdərd olduqlarını bildirdi. Toplantıda, 1964-cü ildə BM Sülhməramlıları olaraq Şimali Kipr (Kıbrıs)-də olan 20 isveçli veteran adından əsgərlərin göy bərəsini cənab Avcıya veteran Anders Arvidsson təqdim etdi. Daha sonra isə İsveç Xarici Qəzetçilər Dərnəyinin adına sədr müavini Franko Molinari, nazirə gül dəstəsi təqdim edərək, Şimali Kiprdə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür etdi. İclasın sonunda isə, təşkil etdiyi toplantıya görə və xidmətlərinə görə cənab nazir, Federasiya sədri Həsən Döləyə kiprli türk xanımlarının əlişi olan ipəkdən toxumə nümunəsi təqdim etdi. Xatırladaq ki yığıncaqda, Anadolu türkləri ilə yanaşı, İraq türkmənləri və azerbaycanlı icmaların də nümayəndələri iştirak edirdilər. Nazir Turqay Avcı ilə xüsusi görüşündə, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanşir), 35 milyonluq güney azərbaycanlının Şimali Kiprə dəstəyinin yolda olduğunu xatırlatdı.

 

Foto: GAK və TRF


 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x18.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.