Belçika senatında konfrans
|
||||||||||||||||||||||||||||||||
XII.2008. /GAK
8 dekabr 2008, saat 14-dən 18-dək, DAK-ın təşkilatçılığı ilə Belçika senatında “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Türkmənçay müqaviləsinin 180 illiyi” və “Parçalanmış xalq” mövzularında dinləmələr keçirildi.
Tədbirdə, Senator Berni Kollas, Belçikanın bərabərhüquqlar nazirinin məsləhətçisi Nebahat Acar, DAK həmsədrləri Firidun Pərvizniya və Sabir Rüstəmxanlı, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanşir), Hollandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elman Mustafazadə, Avropa Kərkük Türkləri Cəmiyyətinin təmsilçisi Aydınlı, Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov və katib Fuad Hümbətovla yanaşı, DAK heyyətindən Dr. Nurəddin Qərəvi, Abuzər Bağırov, prof. Vaqif Arzumanlı, Tənzilə xanım Rüstəmxanlı, Məhəmməd Müştaq, Əli İsa Hacı Ağayevli, Samir Turan Balakişiyev, Aqil Ələsgər, Səftər Rəhimli, Hüseyn Vüsuqi və digər iştirakçılar çıxış etdilər. Tədbirdə, Tələt Paşa komitəsinin üzvü Mahir Pala, Benelüks Azərbaycanlı Gənclər Koordinasiya Şurasından Musa Pünhan, Doğan xəbər agentliyi, Hürriyyət qəzetinin və Kanal D televiziyasının müxbirləri də iştirak edirdilər.
Çıxışları, Azərbaycan türkcəsindən fransız dilinə və əksinə, Seymur Balammadov tərcümə edirdi.
Aşağıda bir neçə şəkil təqdim olunur.
|
||||||||||||||||||||||||||||||||
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x21.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.