Stokholmda, Xocalı soyqırımı məhkum edildi
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
22.II.2009. /Qarabağ dərnəyi
Xocalı soyqrımının 17-cı ildönümü münasibəti ilə, İsveçin paytaxtı Stokholmun mərkəzi meydanında, Azərbaycanın Xocalı şəhərində Ermənistanın törətdiyi soyqırım məhkum edildi. Təşkilatçıları "Qarabağ", "Azərbaycan", "Prometey", "Odlar Yurdu", "Ərk" və "Azərbaycan Federasiyası - İsveç" olan mitinq, Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olundu, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İsveçin qarlı və soyuq havasında 14.00-dan 16.00-dək davam edən mitinqdə, isveç və ingilis dillərində mitinqtəşkilatçıları olan dərnək mənsubları tərəfindən məlumatlandırıcı çıxışlar edilərək, Ermənistanın hərbi təcavüz və vəhşilik faktlarını əks etdirən traktlar paylandı. Aksiya sonunda iştirakçılar vasitəsi ilə qətnamə qəbul edildi və beynəlxalq insan haqları müdafiə təşkilatlarına göndərildi. Mitinq, Güney Azərbaycan Milli Hökümətinin himni ilə başa çatdı.
Aşağıda şəkillər təqdim olunur.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x28.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.