4-cü dəstək mitinqi:
Çin səfirliyinin qarşısına qara çələng qoyuldu

 

1.X.2009. /GAK

 

Çin Xalq Respublikasının qurulmasının 60 illiyi günündə (1.X.2009), Çin rejiminin 60 il ərzində uyğur türklərinə qarşı tətbiq etdiyi milli əritmə siyasəti və soyqırıma etiraz olaraq, Stokholmda yaşayan uyğur türkləri, Çin səfirliyinin qarşısında etiraz aksiyası keçirtdilər və uyğurlara 4-cü dəstək mitinqi təşkil edildi. Aksiyada, Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir) iştirak etdi, həmçinin uyğur xalqına dəstək olaraq Azərbaycan (Güney və Quzey) və Türkiyə türkləri ilə yanaşı, həm də monqollar və tibetanlar da iştirak edirdilər. İki saat davam edən mitinqdə, Çin rejiminin əleyhinə çıxışlar edildi, şüarlar səsləndi. Sonda Güney Azərbaycan Konqresinin bəyanatı, mitinqdə iştirak edən Sveriges Radio (İsveç Radiosu)-nun jurnalistinə təqdim edildi və Çin səfirliyinin qarşısına qara çələng qoyuldu.

 

Aksiyadan, hazılanmış bir neçə şəkil aşağıda təqdim olunur:

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x38.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.