23 Aprel şənliyində Azərbaycan çadırı

 

 

25.IV.2010. /"Qarabağ" dərnəyi.

 

25 aprel bazar günü, İsveçin paytaxtı Stokholm şəhərində, Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün dünya uşaqlarına həsr etdirdiyi 23 Aprel - Uşaq Günü, təntənəli formada, İsveçdəki Türk Gəncləri Federasiyasının təşkilatçılığı ilə, qeyd olundu. Bu il ilk dəfə olaraq Azərbaycan çadırı, Azərbaycan Federasiyası - İsveç tərəfindən quruldu və milli alətlərimiz, geyimlərimiz və mədəniyyətimizi əks etdirən video-görüntülər vasitəsi ilə Azərbaycan mədəniyyəti ilə müxtəsər tanışlıq şəraiti yaradıldı. Müxtəlif türk rəqs qrupları, mügənnilər, Kungsträdgården-də keçirilən şənliyi coşdurarkən, türk mətbəxinin yeməkləri, müxtəlif türkdilli icmaların mədəniyyətlərinin təqdim edildiyi çadırlar, yüzlərcə insanın birləşdiyi məkana rəngarənglik verdi. Keçirilmiş tədbir haqqında daha etraflı melumatı, Türk Gənclər Federasiyasının web-səhifəsindən əldə edə bilərsiniz. Bir neçə şəkili isə biz təqdim edirik:

 

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x52.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.