22 May qiyamının 4-cü ildönümü
Stokholmda mitinq

 

23.V.2010. /GAK

 

Güney Azərbaycanda baş vermiş 22 May (Xordad) Qiyamının 4-cü ildönümü münasibəti, Stokholmun mərkəzi meydanı Sergels Torg-da, 23 may 2010 tarixində, İsveç azərbaycanlıları tərəfindən etiraz-aksiyası təşkil olundu. Yüzdən çox güneyli-quzeyli azərbaycanlının iştirak etdiyi aksiyada, müxtəlif dillərdə yazılmış şüar-plakatları və traktlar paylanaraq, qətnamələr oxundu, yerli əhali Güney Azərbaycan və onun bugünkü vəziyyəti barədə məlumatlandırıldı. İki dildə aparılan mitinqin aparıcısı Eluca Atalı, çıxışları isveçcəyə tərcümə edənsə Ayda Əmir Haşimi idi. Qeyd edək ki, aksiyaya həm də Linköping, Almaniya, Hollandiya və Helsinkidən soydaşlarımız qoşulmuşlar.

Mitinqdən bir neçə foto aşağıda təqdim olunur. Əlavə məlumat və qətnamələr üçün AzadTribun web-səhifəsinə nəzər sala bilərsiniz:: http://www.azadtribun.net/-280.htm

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x54.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.