İsveçdə yaşayan azərbaycanlıların
Koordinasiya Şurası yaradıldı

 

19.IX.2010. /"Qarabağ" dərnəyi

 

19 sentyabr 2010 tarixində, ABF-Sundbyberg-də, Stokholmda fəaliyyət göstərən Azərbaycan dərnəklərinin nümayəndələr və fərdlərin iştirakı ilə iclas keçirildi. İclas protokolunu aşağıda nəzərinizə çatdırırıq. Əlavə olaraq, AzadTribun.Com səhifəsinin hazıladığı rapport da paylaşılır.

 

 


 

İSVEÇDƏ YAŞAYAN AZƏRBAYCANLILARIN KOORDİNASIYA ŞURASININ
TƏSİS İCLASININ PROTOKOLU
№ 1

 

Zaman: 19 sentyabr 2010, saat 15.30-18.00

Məkan: ABF Sundbyberg, Esplanaden 3C, Stokholm

İştirak etdilər:
Telman Verdiyev                                  
Əli Məmmədov                                     Musavat partiyasının Stokholm özzəyi

Rahib Kazımlı                                       Musavat partiyasının Stokholm özzəyi

Mübariz Əzimli

Teymur Eminbəyli                                 Bütöv Azərbaycan Cəmiyyəti

Tahir Əsədullayev                                 Yeni Azərbaycan Cəmiyyəti

Abdulla Əmir Haşimi (Cavanşir)              Qarabağ Dərnəyi

Səriyə Ərdəbilli                                     Qarabağ Dərnəyi

Babək Azəri                                         AzadTribun

Eluca Atalı                                           AzadTribun

Ərdəşir Urmulu

Səid Əzizi

Soheyla Əzizi

Əsəd Təbrizli                                        Azadlıq Cəmiyyəti

Səməd Fərtaş

Hüseyn Fərtaş

Nadir Hollenbrand

 

Gündəlik:

Xocalı Soyqırımı və 22 May 2006-cı ildə Güney Azərbaycanda baş vermiş qiyamın ildönümlərini İsveçdə geniş miqyasda qeyd etmək üçün azərbaycanlıların koordinasiya şurasının təsisi.

 

Müzakirələr:

İştirakçıların əksəriyyəti gündəliyə aid fikir və təcrübələrini qeyd edərək, xüsusilə Stokholmda son 10 ildə təşkil edilən etiraz-aksiyalarının təcrübələrini nəzərdən keçirərək, müxtəlif aspektlərdən mövzuya münasibət bildirdilər. Müzakirələr zamanı müxtəlif fikirlər ortaya çıxsa da, əsas məsələ yüksək kəmiyyətdə azərbaycanlıların aksiyalara cəlb edilməsi, çıxışçıların təkid nöqtəsi idi. Müzakirələrdə müxtəlif fikirli və baxışlara mənsub olan çıxışçılar, etiraz-aksiyalarının kəmiyyət və keyfiyyət cəhətdən qənaətbəxş səviyyəyə çatdırmağı və İsveç ictimaiyyatının diqqətini Ermənistanın hərbi təcavüzünə və İran İslam Respublikasının şovinisti və anti-Azərbaycan siyasətinə cəlb etməyi ön plana çəkmək olduğunu bildirdilər. Müzakirələrin davamında, Milli Hərəkatda inhisarçılıq, anti-demokratik əməllər və Azərbaycan milli bayrağına alternativ yaradanların vurduğu zərərləri nəzərə alaraq, aşağıdakı qərarlar alındı.

 

Qərarlar:

  1. 1. Yuxarıda qeyd edilən hədəflər üçün, İsveçdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası yaradılsın;
  2. 2. İsveçdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasında, heç bir fərd və ya təşkilatın xüsusi statusu olmamalıdır və heç kimə öz şəxsi iddialarını başqalarına təhmil etdirmək imkanı yaradılmamalıdır;
  3. 3. İsveçdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası, demokratik prinsiplərlə fəaliyyət göstərməlidir və əqəliyyətin nəzərinə hörmət edilərək, qərarlar əksəriyyətin səs çoxluğu ilə qəbul edilib və icra olunmalıdır;
  4. 4. İsveçdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasına geniş dəstək almaq üçün İsveçdə fəaliyyət göstərən müxtəlif Azərbaycan təşkilatları və fərdlərinə müraciət ünvanlanıb, gələn bir ayın ərzində növbəti geniş iclasın tədarükü görülməlidir.

İclası apardı:                  Babək Azəri

Protokolu hazırladı:        Abdulla Əmir Haşimi (Cavanşir) 

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x65.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.