Xocalı Soyqırımının 19-illiyində etiraz aksiyası keçirildi
Stokholm

 

26.II.2011. /İsveçdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Qarabağ Komitəsi

 

Faşist və təcavüzkar Ermənistan tərəfindən 1992-ci ildə Azərbaycan insanına qarşı törədilmiş Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə, Stokholmun mərkəzi meydanı Sergels Torg-da, 26 fevral 2011 tarixi saat 14.00-dan 16.00-dək, İsveçdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Qarabağ Komitəsinin təşkilatçılığı ilə etiraz aksiyası keçirildi. Aksiyada, İranın, Ermənistanı dəstəkləməsi faktlarla qeyd edilərək qəti olaraq pislənildi. Müxtəlif Azərbaycan icmaları ilə yanaşı İraq Türkmənləri Federasiyası, Türk İşçi Dərnəkləri Federasıyası, İsveç-Türk Federasiyası, Türk Tələbə və Akademiklər Cəmiyyəti və digər icmaların nümayəndələri fəal iştirak etdilər. Azərbaycan, isveç və ingilis dillərində mitinq bəyanatları oxunaraq, Ermənistanın hərbi təcavüz və vəhşilik faktlarını əks etdirən traktlar paylandı. Xocalı Soyqırımını əks edən foto-sərgi, yerli əhalinin diqqətini cəlb edən məqamlardan biri oldu. Aksiya, Araz TV və AzadTribun portalı tərəfindən lentə alındı.

 

Aksiyadan bir neçə foto aşağıda təqdim olunur:

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x77.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.