|
20.II.2008. /"Durna" cəmiyyəti
Stokholmda faaliyət göstərən, Azərbaycan kültür Dərnəyi “Durna”nın 13-cü illik qurultayı, bazar günü, 17 fevral bərpa olub və eyni gün uğurla sona çatdı. Oturumun son bölməsində “Uluslar Arası Ana Dili Günü”nün yaxınlığı gözə alınaraq, aşağıdakı qətnamə bu xüsusda qəbul edildi:
Varlığımızın özəyini və ruhunu təşkil edən ana dilimizin, Rza Xan dövründən bəri, hələdə İran olaraq adlanan ölkədə yasaqlanıb, asimilasya və təhqirə tabe tutulmasını, insanlığa qarşı böyük bir haqsızlıq, xalqımıza qarşı taysız zalimlik və geri qalmışlıq kimi görüb, var gücümüzlə qınamaqdayıq. Gələcək və ümidlərimizi təşkil edən körpə və gənc uşaqlarımızın, üniversitə öyrəncilərimizin, zor gücüylə, farsca oxuyub – yazmaya və düşünməyə məcbur edilməsini, anlamsız bir talehsizlik və milli bir faciə kimi görməkdəyik. Əfğanistan, Əraq, Eritrə, Etyopia və bir çox iqtisadi və ictimai baxımdan geri buraxılmış ölkələrdə belə bütün etnik dil və kültürlərə, tam özgürlük və sərbəstlik tanındığı zamanda, özlərini tanrı təmsilçiləri və Əli şiələri kimi təqdim etməyə çalışan İranlı hakimlər, hələdə islamiyyət, insaniyyət və Şiə məzhəbinə möhtəşəm xidmətlərdə bulunan, Azərbaycan türkcəsini çarmıxa çəkib, əzab altında əritməkdən, şeytani həzz duymaqdadırlar. Bütün aləm bilməlidir ki; apartaydın cəsədi illərcə bundan əvvəl, Güney Afrikada torpağa gömüldüyü halda, hələdə özünü çağımızın ən inqilabçı, ən adil və ən demokratik rejimi kimi göstərməyə çalışan İranlı rejim, qadınların daşqalaq edilməsilə yanaşı, xalqımıza qarşı dil apartaydı uyqulamaqdadır. Bir gün yerindən qalxıb, “su” ya “ab”, “çörəyə” isə “nan” demək, bizcə heç bir faciə sayılmaz. Söz “ab”ı zorla və ard niyyətlə, suyun yerinə qoyub, suyu unutdurmağa çalışmaqdadır. İnsan nə qədər çox dil bilərsə və öyrənirsə, bir o qədər geniş düşüncəli, qavrayış gücü iti, daha anlayışlı, daha kültürlü, və daha tüleranslıdır. Ancaq bunu normal dialoq yolunla, dil qatillərinə anlatmaq, günbəzə cövüz vurmaya bənzər. Belə mədəniyyətli şeylər onların işinə yarasaydı, indi çoxdan yerlərini başqalara tərk edib, gözdən itmişdilər. Bütün yeni dillər, alt-yapı vəya “ zirbena” sayılan ana dilinin üzərində və ətrafında şəkillənməlidir. Ana dilini dayazdan və sonradan öyrənən insanlar, başqa heç bir dili dərinliyinə öyrənməzlər; çünki onların alt yapısı ya yanlış materialdan təşkil olub, yada zəif və titrəkdir. Dil sadəcə olaraq əlaqə və ilişki vasitəsi deyil, əyər belə olsaydı, yer kürəsi üzərində, yaşayan bütün insanlar üçün, sadəcə bir dilin danışılıb, bacarılması, yetərli və tərcihə layiq olardı. Dil eyni zamanda, kültürlü, təbiəti, tarixi, əfsanələr və üsturələri, şer, sənət və ədəbiyyatı, ülviyyət və mənəviyyatı , toplanmış təcrübələri, bir ulusun ən uca dəyərləri olaraq içində daşımaqdadır. Yunesko-nun dillər üzrə istəkli(davtələb) elçisi və İslandın keçmiş prezidenti Vidis Finbogadotter, deyir: Dünyamızda bir dilin ölüb, əldən getdiyi zaman, hər kəs əldən gedir; buna görə ki o zaman bir millət və bir mədəniyyət bütün xatirələrini əldən verir. Eyni zamanda, dünyamızı həyat yerinə çevirə bilmək üçün, min illər boyunca, toxunub, naxışlanan, əlvan xalı, pozuntuya uğrayır.
Aşağıda, qurultayımızda iştirak edən, bəzi vətəndaşların, ana dilinin əhəmiyyəti üzrə düşüncələrini oxuyursunuz: Bunlar sadəcə bir neçə örnəkdir. Bir vətəndaşımızın dediyi kimi, günümüzdə, ana dilinin önəmini bilməyən azərbaycanlı yoxdur. Buna rəğmən, vətənimizin güney bölməsi, hələdə öz ana dilində, ən aşağı səviyyədə yazıb-oxumaqdan məhrumdur. Biz, əsasən ana dili və Azərbaycan kültürü qayğısıyla qurulmuş olan, Durna dərnəyi olaraq, ana dili haqqında artıq söz yox, əməlin gərək olduğuna inanıb, bu xüsusda düşüncələrimizi qısaca aşağıda bəyan edirik:
Azərbaycan Kültür Dərnəyi “Durna” nın 13-ü illik qurultayı 17 fevral 2008
|
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x10.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.