STOCKHOLM AZƏRBAYCANLILARI

MİLLİ BAYRAMIMIZI

BİRLİKDƏ QEYD ETDİLƏR
.

 

22.III.2008. /"Qarabağ" cəmiyyəti

 

Azərbaycan xalqının, güneyli-quzeylisi ilə, əsrlər boyu qeyd etdiyi Novruz/Oğuz/Ərgənəkon bayramı münasibəti ilə Stockholmda yaşayan soydaşlarımız Kulturhuset'dəki (Stockholm Mədəniyyət Evi) Panorama kafesində şənlik mərasimi keçirtdilər. Təşəbbüskarı soydaşlarımız Əli Ağayev, Mübariz Əzimli və Əli Mətlubi olan və xeyli soydaşlarımızın iştirak etdiyi tədbirdə, milli mahnılarımız sədası altında azərbaycanlı ailələr şən və gözəl axşam keçirtdilər. Şənlik iştirakçılarından olan "Qarabağ" cəmiyyətinin üzvlərinin hazırladığı bir neçə foto aşağıda təqdim olunur.


(Kompyuterinizə yükləyə bilməyiniz üçün, birbaşa keçid də ixtiyarınıza verilir)


http://www.guneyazerbaycankonqresi.com/oguzstockholm22032008.wmv


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x13.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.