"NALBƏNDİYAN"A QARŞI ETİRAZ MİTİNQİ

İsveç
.

7.XI.2008. /Musavatİsvec.Com, Mübariz Əzimli

 

Stokholmdakı azərbaycan icması Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın İsveçə rəsmi səfərinə etiraz əlaməti olaraq bu gün İsveç parlamenti qarşısında etiraz mitinqi keçirmişdir. İsveç Azərbaycanlıları Federasiyasının (AFİ) çağırışı ilə təşkil olunmuş mitinqi açan Güney Azərbaycan Konqresi (GAK) sədri Abdullah Əmirhaşimi İsveç XİN-nin və baş nazirinin Rusiyanın Gürcüstana təcavüzü zamanı çox qətiyyətli mövqe tutduqlarını, bu təcavüzü birmənalı olaraq pislədiklərini bildirdi. O, İsveç dövlətinin eyni mövqeyi Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində də göstərəcəyinə ümid etdiyini bildirdi.

 

Sonra çıxış edən AFİ başqanı Səttar Sevigin hal-hazırda E.Nalbəndyanın İsveç XİN-də görüşlər keçirdiyini, mitinqçilər adından İsveç XİN-ə ünvanlanmış müraciətin qəbul olunmasını və nazirliyə təqdim olunmasını təklif etdi. Mitinqdə çıxış edənlər Ermənistanın işğalçı siyasəti ilə yanaşı Moskavanın bölgədəki təcavüzkar siyasətini də pisləyərək, Rusiyanın son "barışdırıcı" addımlarının səmimiliyinə şübhə etdiklərini vurğuladılar.

 

Mitinqin sonunda iştirakçılar İsveç XİN-ə Müraciət qəbul etdilər. Müraciətdə Ermənistanın təcavüzkar siyasəti pislənir, işğalçı qoşunları Azərbaycan ərazisindən dərhal geri çəkməsi üçün bu dövlətə təzyiq edilməsi istənir.


 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x17.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.