AZƏRBAYCAN FEDERAL-DEMOKRAT HƏRƏKATI TƏŞKİLATINDAN YENİLİK |
VIII.2007. /GAK
Avqust ayının 4 və 5-də, Azərbaycan Federal-Demokrat Hərəkatı adlanan təşkilatın Mərkəzi Şurasının növbəti plenumu keçirildi. İclasda, İcraiyyə Heyyətinin üzvü Hidayət Sultanzadə, İcraiyyə Heyyətinin məsulu Məhəmməd Azadgər və digərləri çıxış edərək, təşkilatın ikinci qurultaysonrası dövrdəki fəaliyyətləri dəyərləndirərək, müzakirələrdən sonra ”Təhlili sənəd”, ”Xordad ayının qiyamı haqqında”, ”Azərbaycan Federal-Demokrat Hərəkatının etilaflar siyasəti haqqında” və ”Azərbaycan Cumhuriyyətinə bizim münasibətimiz” rubrikalı dörd sənəd qəbul olundu. Azərbaycan Federal-Demokrat Hərəkatı adlanan təşkilatın Mərkəzi Şurasının ”Azərbaycan Cumhuriyyətinə bizim münasibətimiz” adlı sənədi, aşağıda oxuya bilərsiniz.
AZƏRBAYCAN CUMHURİYYƏTİNƏ MÜNASİBƏTİMİZ
Azərbaycan xalqı ikiyə bölünmüş bir xalq hökmündədir. Millətimiz iki yüz ilə yaxın ayrı dövlətlər altında yaşamağa baxmayaraq vahid bir etnik millətin iki parçası kimi tamamilə eyni dil, kültür, folklor, ənənə və adab mərasimə malikdir.
İndi Azərbaycanın Şimali (Quzey) bölümündə müstəqil dövlət – Azərbaycan Cumhuriyyəti yaşamaqdadır. Şimali (Quzey) Azərbaycanın ana yasası plural, demokratik, laik və çağdaş dünyamızın beynəlxalq qayda qanunlarına uyğun və modern bir dövlət qurmaq məvazini əsasında yazılmışdır. Qadınların kişilərlə bərabər hüquqluğu, çağdaş dünyamızın qaydalarına mütabiq, ana yasada qorunur. Azərbaycan Cumhuriyyətinin opozisiyonu mövcud olub və olması da ana yasanın himayəsi altındadır.
Azərbaycan Federal Demokrat Hərəkatı, Şimalı Azərbaycan Cumhuriyyətinin müstəqil dövlətçiliyindən himayət etməyi bütün İran Türklərinin və o cümlədən Cənubi (Güney) Azərbaycan xalqının vəzifəsi sayır. Müstəqil Şimali Azərbaycanın daxili işləri və siyasi mübahisələri birinci növbədə onların iqtidar və opozisiyon təşkilatlarına aiddir. Müstəqil Şimali Azərbaycanın dövlətçiliyindən müdafiə və himayət etmək, hansı bir partiyanın iqtidarda olub-olmamasından asılı deyildir.
Cənubi Azərbaycanın milli demokratik hərəkatının düşmənləri çalışırlar Cənubi Azərbaycanın siyasi quvvələrini Azərbaycan Cumhuriyyətilə qarşı qarşıya qoysunlar. Milli hərəkatın fə`alları və siyasi quvvələri belə bir tələyə düşəməməli və Azərbaycan Cumhuriyyətinin opozisiyon rolunu oynamamalıdırlar.
İran İslam Cumhuriyyəti Şimali Azərbaycan əleyhinə Erməni işğalçılarından himayət etməkdən əl götürməlidir. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır və Qarabağ azad edilməlidir. Bu bütün Azərbaycanlıların vazgeçilməz məqsədlərindəndir.
|
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x2.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.