Stokholmda, 21 Azər Hərəkatının şanlı xatirəsi qeyd olundu
.

XII.2008. /GAK

 

14 dekabr 2008 tarixində Stokholmda, Güney Azərbaycanda Pişəvərinin rəhbərliyi ilə yaranmış Milli Hökümətin 63-cü ildönümü münasibətilə, Stokholmda fəaliyyət göstərən "Durna" cəmiyyətinin təşkilatçılığı ilə 4 saat davam edən şənlik mərasimi keçirildi. “Durna” cəmiyyətinin sədri Əhəd bəy Əşqrizin açılış söhbətindən sonra, Babək bəy Azəri, Abdulla bəy Əmir Haşimi (Cavanşir) və Paşa bəy Sərxanlı çıxış etdilər. Güney Azərbaycan Konqresi tərəfindən ARAZ teatr-studiyasının təsisçi və direktoru Qurban bəy İsmayılova təqdirnamə təqdimindən sonra, müsiqili şənlik qismi davam etdi.

 

Tədbirdən hazırlanan video və foto, iki hissədən ibarətdir. Aşağıda, Babək bəy və Cavanşir bəyin çıxışları və bir neçə fotonu əks edən ilk hissə təqdim olunur. İkinci hissədə isə, Paşa bəyin çıxışı və şənlik qismindən fraqmentlər təqdim olunacaqdır.

 

Birinci hissə: www.guneyazerbaycankonqresi.com/21azer14122008stokholm.wmv




 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x20.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.