Stokholmda, ilk dəfə olaraq Azərbaycan teatrı
|
||||||||||||||||||||||
XII.2008. /GAK
13 dekabr, Stokholmda ilk dəfə olaraq Azərbaycan teatrı səhnələndi. Xarici ölkələrdə Azərbaycanın teatr mədəniyyətini yüksək səviyyədə təmsil edən təsisçisi və direktoru Qurban İsmayılov olan ARAZ teatr-studiyası, tərkibində Azərbaycan Respublikasının əməkdar artistləri Ayşad Məmmədov, "Çal-cağır Şou"dan tanınmış Dilarə Əliyeva və Tünzalə Əliyeva, xarakterik rolların mahir ifaçısı aktyor Ədalət Əbdülsəmədov ilə, "Öldür məni can-cigər" (Əziz Nəsin), "Mühacirlər" (Slavomir Mrojek) və "İmperator" (Elçin Hüseynbəyli) adlı tamaşalarını təqdim etdilər. Beş saata yaxın, tamaşaçılara çox gözəl əhval-ruhiyyə bağışlayan ARAZ teatr-studiyası, Stokholm azərbaycanlılarının böyük rəğbətini qazandı.
Aşağıda bir neçə şəkil təqdim olunur.
|
||||||||||||||||||||||
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x23.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.