Stokholmda, Həmrəylik Günü şənliyi
.

30.XII.2008. /GAK

 

Bugün, Stokholmda yaşayan azərbaycanlılar - müxtəlif cəmiyyətlər, dərnəklər və münfərid şəxslərdən ibarət, Olles Krog adlı restorantda saat 18-dən gecə 01.00-dək, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək üçün toplaşdılar. Türkiyəli, Kərkük türkməni və azərbaycanlı müğənnilərin müşayiəti ilə yeddi saat davam edən şənlik axşamında, uşaqların fəal iştirakları, xüsusi gözə çarparaq, tədbir iştirakçılarının sevincini artırdı. Şənlik, soydaşlarımızın, birgə qədim Azərbaycan rəqsi Yallı getməsi ilə başa çatdı.



 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x25.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.