DÜNYANIN ÜÇ QİTƏSİNDƏN NÜMAYƏNDƏLƏRİN İŞTİRAKI İLƏ, GÜNEY AZƏRBAYCAN MİLLİ BİRLİK ŞURASININ
|
IX.2007. /Güney Azərbaycan Milli Birlik Şurası
Asiya, Avropa və Amerikadan, Milli Birlik Şurası tərəfindən seçilmiş 60 nəfər nümayəndənin iştirakı ilə 21-23 sentyabr günlərində Almaniyanın Frankfurt şəhərində Güney Azərbaycan Milli Birlik Şurasının illik iclası keçirilərək, siyasi və KİV orqanlarının diqqətini cəlb etdi.
İclasda, o cümlədən, ötən ilin may ayında Azərbaycan türklərinin tarixi hərəkati xatırlanaraq, şəhidlərin ruhu yad edilərək, bütün Güney Azərbaycan siyasi məhbuslarının qeyd-şərtsiz azad olunmaları tələb etməklə yanaşı milyonlarla azərbaycanlının başlıca şüarının "Haray, haray, Mən Türkəm!" olduğu qeyd olundu.
İclasda, Güney Azərbaycan Milli Birlik Şurasının Başqanlıq Şurasına, Məhəmməd Muştaq, Firidun Pərvizniya, Əhməd Urmulu, Yaşar Azər, Rza Urmulu, Fərzad Səmədli və Ayda Əmir Haşimi seçildilər. Eləcə də ölkə daxili və xaricində təşkilati fəaliyyətin irəli aparılması üçün müxtəlif ölkələrdən 10 nəfər, İcra Orqanlarında Komitə Məsulluğuna seçildilər.
İclasın nəticələri barədə icmaiyyata məlumatın gec verilməsi, Şura üzvlərinin öz ölkələrinə salamat qayıtmaları səbəbindən olmuşdur. Qeyd edilməlidir ki, iclas barədə xəbər, xarici ölkələrin mətbuatında da əks olunmuşdur. |
MİLLİYET / bazarertəsi, 24 sentyabr 2007
|
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x3.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.