NOVRUZ / OĞUZ / BAHAR BAYRAMI
STOCKHOLM AZƏRBAYCANLILARI TƏRƏFİNDƏN
ÜÇ TƏDBİRLƏ QEYD EDİLDİ
...
.

 

 

22.XII.2009. /GAK

 

Qədim türk bayramı olan Novruz/Oğuz/Bahar bayramı, Stokholmda yaşayan azərbaycanlılarımız tərəfindən üç şənliklə qeyd edildi. Tədbirlərin biri "Azərbaycan Səsi Radiosu", digəri "Durna" cəmiyyəti, üçüncüsü isə "Odlar Yurdu" cəmiyyətinin təşəbbüsü ilə təşkil olunmuşdu. Hər üç tədbirdə soydaşlarımız milli müsiqimizin müşayiəti ilə şən saatlar keçirdilər.

 


 

"Durna" cəmiyyəti tərəfindən 21 mart günü Upplands Väsby'də təşkil olunan tədbir, saat 18.00-dən geceyarısınadək şən əhval-ruhiyyədə davam etdi.

 

 

 


 

"Azərbaycan Səsi Radiosu"nun təşəbbüsü ilə təşkil edilən şənlik, "Olles Krog" restoranında, 20 mart günü yerli saatla 18.00-dan 01.00-dək keçirildi və iştirakçılara xoş övqat bəxş etdi.

 

 


 

21 mart günü həm də "Odlar Yurdu" cəmiyyəti tərəfindən, saat 18.00-dan 23.00-dək Gamla Stan-ın (Stokholmun mərkəzi Köhnə Şəhəri) "Stortorgskällaren" restoranında şənlik axşamı təşkil oldundu. Azərbaycanlılarımız burada da gözəl saatlar keçirdilər.

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x31.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.