Uyğur şəhidlərinin 40-ı mərasimi aksiyası Stokholmda |
||||||||||||||||||||||||||||||||||||||||||||
20.VIII.2009. /GAK
Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı çin polisinin qətliamında şəhid olmuş uyğur-soydaşlarımızın 40-ı mərasimi və şəhidlərin xatirəsini yad edib Çin Hökümətini məhkum etmək üçün Stokholmda yaşayan uyğur, (Quzey və Güney) Azərbaycan və Türkiyə türkləri və Stokholmlular tərəfindən, cümə günü 20 avqust 2009 tarixində saat 14.00-dan 18-dək mərkəzi meydan olan Sergels Torg’da etiraz aksiyası keçirildi. Aksiyada, uyğur icmaları ilə yanaşı, İsveç parlamentinin deputatı Mehmet Kaplan, Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir), Sosialist Ədalət Partiyasından Per-Oke Vesterlund, “İslam Toplumu Milli Görüş”ün İsveç nümayəndəliyinin sədri Yavuz Selim Çelik, Türk İşçi Dərnəkləri Federasiyasından Mustafa Sönməz, İsveç-Uyğur Komitəsinin sədri Mahinur Həsənova, AzadTribun saytının məsulu Babək Azəri, “Ərk” dərnəyindən Səttar Sevigin, “Bütöv Azərbaycan” dərnəyindən Teymur Eminbəyli, “Haray” dərnəyindən Bəhmən Nəbizadə və digər azərbaycanlılar iştirak etmişlər.
Mitinqin sonunda, şəhidlərin ruhuna fatihə oxunaraq, uyğurları dəstəkləyən təşkilatlara, mitinq təşkilatçıları tərəfindən təşəkkür edildi.
Aksiyadan, GAK tərəfindən hazılanmış şəkillər və AzadTribun.Net tərəfindən hazırlanmış video fraqment aşağıda təqdim olunur:
|
||||||||||||||||||||||||||||||||||||||||||||
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x35.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.