AFİ-nin fövqəladə, 11-ci qurultayı

 

16.IX.2009. /"Qarabağ" dərnəyi

 

12 sentyabr 2009 tarixində, İsveçin paytaxtı Stokholm şəhərində, 17 Azərbaycan cəmiyyətindən 46 mandatlı iştirakçının və 11 nəfər qonağın hüzuru ilə "Azərbaycan Federasiyası - İsveç"in fövqəladə, 11-ci qurultayı keçirildi.

 

Xatırladaq ki, qurultayın keçirilməsi, İsveçdə Qurultay Hazırlıq Komitəsinin yaranması, 19 dərnəkdən razılıq alınması, bir neçə iclasların keçirilməsi və işlərin görülüb və müzakirələrin aparılmasından sonra baş tutdu. Həmin iclasların protokollarını aşağıdakı keçidlərdən oxuya bilərsiniz.

Protokol, 26/10-2008

Nr 1, 18/7-2009 Nr 2, 29/7-2009

Nr 3, 13/8-2009

Nr 4, 31/8-2009

Bununla imkan yarandı ki, iflic vəziyyətə düşmüş federasiya, yenidən özünə İdarə Heyyəti seçə bilsin - belə ki əvvəlki İH üzvlərindən iki nəfərdən başqa hamısı istefaya getmişdilər.

 

Bir gün davam edən qurultay, Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan oldu, gündəlikdəki məsələlərin müzakirəsindən sonra, aşağıdakı tərkibdə yeni İdarə Heyyəti, Nəzarət Təftiş Komitəsi və Seçim Komitəsi seçildi. Xatırladaq ki, qonaqlar sırasında Azərbaycan Respublikasının İsveçdəki səfiri Rafael İbrahimov da qurultayda iştirak edib, çıxış etdi. Qurultayı aparan Əlirza Ərdəbili, qurultay protokolunu hazırlayan isə katib Səməd Niknam idi.

 

İdarə Heyyəti:

Səttar Sevigin (sədr)
Əli Mollazadə
Nasir Əfzəl
Səid Əzizi

Ayda Əmir Haşimi
Bəhmən Nəbizadə
Həsən Təmcidi

 

Ələlbədəl: Babək Tağızadə və Elşən Tağızadə

Nəzarət Təftiş Komitəsi:

Salamat Dəşti
Türkay Rəhimova
Əfsanə Sevigin

 

Seçim Komitəsi:
Xuraman Cəfərova
Əlirza Ərdəbili

 

Qurultaydan bir neçə foto aşağıda təqdim edirik:

 



 

 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x36.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.