Stokholmda uyğurlara 3-cü dəstək mitinqi

 

26.IX.2009. /GAK

 

Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı tətbiq olunan əritmə siyasətinə və uyğur xalqına qarşı Çin hakimiyyətinin basqılarının davamına etiraz olaraq, Stokholmda yaşayan uyğur, Azərbaycan (Güney və Quzey), Türkiyə və Özbəkistan türkləri, üçüncü dəfə olaraq mitinq keçirdilər. İsveç Türk İşçi Dərnəkləri Federasiyası və İsveç Uyğur Maarif Dərnəyi təşəbbüsü ilə 26 sentyabr 2009 tarixində, saat 14.00-dan 16.00-dək keçirilən mitinqdə, azərbaycanlıları, Güney Azərbaycan Konqresi, Azərbaycan Federasiyası - İsveç, AzadTribun web-səhifəsi, "Azadlıq" dərnəyi, Müsavat Partiyasının Stokholm özzəyi təmsil edirdilər. Çıxış edən İsveç parlamentinin türkəsilli deputatı Mehmet Kaplan, Güney Azərbaycan Konqresinin beynəlxalq əlaqələr məsulu Ayda Əmir Haşimi, Azərbaycan Federasiyası - İsveçin sədri Səttar Sevigin, Türk İşçi Dərnəkləri Federasiyasının sədri Həsən Dölək, AzadTribun tərəfindən Eluca Atalı, Müsavat Partiyasının Stokholm-2 özzəyinin sədri Əli Məmmədov, Çində İnsan Haqlarına Dəstək icmasının nümayəndəsi Marie və uyğur icmalarının nümayəndələri, Çin hakimiyyətinin, uyğur xalqına qarşı qarşı aparılan assimilyasiya və şovinisti siyasəti məhkum edərək, əliyalın uyğur xalqına qarşı yürüdülən silahlı zorakılığa son qoyulmasını tələb etdilər, və dünya ictimaiyyatı və beynəlxalq təşkilatlara müraciət edərək, uyğur xalqına dəstək verilməsini rica etdilər. Mitinqdə, Güney Azərbaycan Konqresinin birinci məsulunun, BMT Baş Katibinə ünvanlanan bəyanatı, oxundu.

 

Aksiyadan, GAK tərəfindən hazılanmış şəkillər və AzadTribun.Net tərəfindən hazırlanmış video fraqmentlər aşağıda təqdim olunur:

 

 

 


 

 


 


 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x37.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.