....KÜRD TERRORİZMİNƏ ETİRAZ AKSİYASI

QARDAŞ TÜRKİYƏ XALQINA DƏSTƏK....

TERRORA "YOX" DEYƏK !.....

 

 

27.X.2007. /GAK

 

Bugün İsveçin paytaxtı Stockholmun mərkəzi meydanında İsveç Türk İşçi Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə, kürd terrorizmini məhkum etmək məqsədi ilə etiraz mitinqi keçirildi. Qardaş Türkiyə xalqı ilə həmrəyliyini nümayiş etdirmək və PKK terrorçularının cinayətlərini qınamaq məqsədi ilə, 2000-ə yaxın insanın iştirak etdiyi mitinqdə, Stockholm azərbaycanlıları da fəallıq göstərdilər. Azərbaycanlıları aksiyada, Güney Azərbaycan Konqresi və Güney Azərbaycan Milli Birlik Şurasının nümayəndələri ilə yanaşı "Azərbaycan Federasiyası İsveç"in yerli üzv cəmiyyətləri - o cümlədən Qarabağ, Azərbaycan Naminə, Azərbaycan, Ərk və digər dərnəklərin üzvləri təmsil edirdi. İsveç Türk İşçi Dərnəkləri Federasiyasının təşkilat məsulu Sami bəy Görgülünün aparıcısı olduğu mitinqdə, federasiya sədri Həsən bəy Dölək və mətbuat katibi Məhmət bəy Aktürk, Türk Gənclər Federasiyasının sədri Səlcuq bəy Ünlü, Azərbaycan Federasiyasının sədr müavini Rəhim bəy Sadıqbəyli və digərləri çıxış edərək, Cumhuriyyət və Mehter marşları iştirakçılar tərəfindən gürla səsləndirildi, KİV nümayəndələri tərəfindən müsahibələr aparıldı.

 

Aksiyadan bir neçə foto-şəkil aşağıda təqdim edilir (original böyüklük üçün fotonun üzərinə tıklayın):



 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x4.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.