Kərkük türkmənlərinə dəstək

 

17.X.2009. /GAK

 

İrak Konstitusiyasının 140-cı maddəsinin tətbiqinə etiraz əlaməti olaraq, 17.X.2009 tarixində, İsveç Türkmən Federasiyası və İsveç İraq Türkmən İnsan Haqları Təşkilatının təşkilatçılığı ilə, Stokholmun mərkəzi meydanı Sergels Torg-da, saat 12.00-dan 15.00-dək etiraz mitinqi keçirildi. Çıxış edənlər, İraqda türkmən bölgələrində onlara edilən haqsızlaqları məhkum etdiklərini və 140-cı maddənin tətbiqini qəbul etmədiklərini dilə gətirdirdilər. Güney Azərbaycan Konqresinin birinci məsulu Abdulla Əmir Haşimi (Cavanşir), üzv və həvadarları ilə bərabər mitinqdə iştirak edərək, türkmən soydaşlarımıza öz dəstəyiklərini bildirdilər. Mitinqdə həm də, yerli İsveç KİV nümayəndələri, partiya mənsubları və İsveçin İraqdakı keçmiş səfiri fəal iştirak edirdilər.

 

Aksiyadan, bir neçə şəkil aşağıda təqdim olunur:

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x40.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.