Stokholmda, Səid Mətinpurun azadlığı tələb edildi

 

7.XI.2009. /GAK

 

Stokholmda yaşayan bir sıra azərbaycanlılar tərəfindən yaradılmış Səid Mətinpurun Hüquqlarını Müdafiə Komitəsi, 7 noyabr tarixində Stokholmun mərkəzi meydanı Sergels Torg-da, İran rejimi tərəfindən əsassız ittihamlarla həsbə alınan milli fəal Səid Mətinpurun azadlığı tələbi ilə etiraz aksiyası keçirtdi. Aksiyada çıxış edən soydaşlarlarımız isveçcə, ingilizcə və Azerbaycan türkcəsində, İran rejiminin xalqımıza qarşı tətbiq etdiyi şovinsti siyasətini məhkum edərək, S. Mətinpurun hüquqlarının bərpa olunmasını və onun azadlığını tələb etdilər. Mitinq sonunda, iştirakçılar tərəfindən qətnamə qəbul olundu.

 

Tədbirdən bir neçə fotonu, aşağıda təqdim edirik. AzadTribun səhifəsinin hazırladığı video-lenti isə buradan kompyuterinizə yükləyə bilərsiniz:

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x42.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.