QARA YANVAR Stokholmda 3 tədbirlə yad edildi

 

 

20.I.2010. /"Qarabağ" dərnəyi.

 

1990-cı il yanvarın 19-nda, Mixalil Qorbaçov, Sovet Sosialist Respublikaları İttifaqının Konstitutsiasının 119-cu maddəsini, xalqların təhlükəsizliyinin təmin olunması prinsipini, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitutsiasının 71-ci maddəsini kobud şəkildə pozaraq, yanvarın 20-ndən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqda fərman imzaladı. Və bununla, Azərbaycan xalqına divan tutdu. Tsar İmpersiyasının məkirli və müstəmləkəçi siyasətini davam etdirən Sovet İmperayasına qarşı, xalqımız öz iradəsini nümayiş etdirdi və milli müstəqillik tələbini ortaya qoydu.

 

Qanlı Yanvar hadisəsinin 20-ci ildönümü, Stokholmda, 3 tədbirlə yad edildi.

 


 

İlk tədbiri 16 yanvar günü "Odlar Yurdu" cəmiyyəti keçirtdi. ABF Stokholm şöbəsinin salonunda keçirilən yığıncaqda, Sevinc xanım Bakılının çıxışından sonra "EL TV" Regional Televiziya şirkətinin direktoru rejissor İqbal Məmmədəliyevin "Azadlığa gedən yollar" filmi nümayiş etdirildi. Film, 20 yanvar şəhidlərinin ruhuna ithaf olunmuşdur.

 

 


 

İkinci tədbir isə, "Odlar Yurdu", "Azərbaycan Naminə", "World Azerbaijan" və "Vətən" dərnəklərinin təşkilatçılığı ilə Hallundada keçirildi. Bu tədbirdə də Qanlı Yanvara aid film izləndi vəiştirakçılar həmin günlə bağlı öz düşüncə və xatirələrini paylaşdılar. Anım mərasimində, xurma və çay ikram olundu.

 

 

 


 

ABF Şimali Stokholm şöbəsinin əməkdaşlığı ilə Azərbaycan Federasiyası İsveç, AFİ-nin təşkilatçılığı ilə 20 yanvar saat 19.00-dan 21.00-dək qeyd edildi. Tədbir, Azərbaycan dövlət himni ilə açıq elan olundu. Şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutdan sonra, AFİ sədri Səttar Sevigin Qara Yanvar haqqında çıxış edərək, hadisəyə xronoloji nəzər saldı. Sonradan çıxış edən Paşa Sərxanlı, Əlirza Ərdəbili, Rahib Kazımlı, Mehdi Mehdiyev, Aytaş Sadatoğlu, Elnur Sadıqov və Abdulla Əmir Haşimi (Cavanşir), 20 Yanvar haqqında və onun tarixi əhəmiyyəti haqqında fikirlərini iştirakçılarla paylaşdılar. Tədbirdən sonra, 20 Yanvar şəhidlərimizin ruhu Fatihə oxunaraq, AFİ tərəfindən ehsan yeməyi verildi.

 

Tədbirdə İhlas Xəbər Agentliyinin müxbiri Metin Altınişık və Türk İşçi Dərnəkləri Federasiyası və Atatürkçü Düşüncə Dərnəyindən Mustafa Sönməz də iştirak edirdilər.

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x46.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.