Azərbaycan üzrə milli fəal
mərhum Çingiz Bəxtavərin 40-ı mərasimi
Stokholmda keçirildi

 

 

7.II.2010. /"Qarabağ" dərnəyi.

 

Bugün, bazar günü, Azərbaycan Federasiyası – İsveç, AFİ-nin təşkilatçılığı ilə, Azərbaycan üzrə fəal mərhum Çingiz bəy Bəxtavərin Stokholmda 40-ı mərasimi keçirildi. Milli Hökümətimizin himni ilə açıq elan edildikdən sonra, söz ilk, AFİ sədri Səttar bəy Seviginə verildi. Səttar bəy qonaqları salamlayaraq, dərin hüzn duyğularını paylaşdı. Daha sonra, mərhumun dəfn mərasimindən və öz çıxışlarından video-görüntülər seyr edildi. Tədbirdə həmçinin, Babək bəy Azəri, Səid bəy Əzizi, Aslan bəy, Yöteborqdan Duman bəy, Elnur bəy Sadıqov və Abdulla bəy Əmir Haşimi (Cavanşir) çıxışlar edərək, mərhum Çingiz Bəxtavərin həyat yolu və Azərbaycan uğrunda apardığı mübarizə haqda dəyərli fikirlər söylədilər. Mərasim, mərhumun oğlu Babək bəy Bəxtavərin sazla ifadə etdiyi ürək sözləri ilə başa çatdı.

 

Tədbiri aparırdı Ayda Əmir Haşimi.

 

Mərasimdən bir neçə foto aşağıda təqdim edirik:

 

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x47.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.