|
|||||||||||||||
16.XII.2007. /GAK
Güney Azərbaycanda Milli Hökümətimizin yaranma günü - 21 Azərin ildönümü münasibəti ilə, Stockholmda yaşayan soydaşlarımız anma mərasimləri keçirdilər. Tədbirlərin biri "Azərbaycan" və "Azərbaycan Naminə" cəmiyyətləri, digəri "Bütöv Azərbaycan" və "Odlar Yurdu" cəmiyyətləri, üçüncüsü isə "Durna" cəmiyyəti tərəfindən təşkil edilmişdi. Soydaşlarımızla birlikdə, Güney Azərbaycan Konqresinin üzvləri, hər üç tədbirdə fəal iştirak etdilər. "Azərbaycan" və "Azərbaycan Naminə" cəmiyyətlərinin təşkil etdikləri və müxtəlif qonaqların iştirak və çıxış etdikləri tədbir, 8 dekabr 2007 tarixində saat 18-dən 24-dək Ängsnässkolan adlı orta məktəb zalında keçirildi.
"Bütöv Azərbaycan" və "Odlar Yurdu" cəmiyyətlərinin təşkil etdikləri və orada da müxtəlif qonaqların iştirak və çıxış etdikləri tədbir isə, 8 dekabr 2007 tarixində saat 16-dan 20-dək Sundbyberg'dəki ABF zalında keçirildi. 15 dekabr 2007 günü saat 18.00'da başlayan, "Durna" cəmiyyəti tərəfindən Hallonberg Mədəniyyət Evində təşkil olunan tədbir də həmçinin müxtəlif qonaqların iştirak və çıxışları ilə saat 22'də başa çatdı. |
|||||||||||||||
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x5.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.