İsveçin Milli və Bayraq Günündə
Azərbaycan çadırı

 

 

06.VI.2010. /"Qarabağ" dərnəyi

 

İsveç Krallığının Milli Günü və Bayraq Günü olan 6 iyun tarixi, ABF adlı İsveç qurumu tərəfindən, Huddinge bələdiyyəsində fəaliyyət göstərən etnik-azlıq icmalarının əməkdaşlığı ilə təntənəli qeyd olundu. Azərbaycanlıları həmin gün, "Azərbaycan" və "Qarabağ" dərnəkləri, "Azərbaycan Səsi Radiosu" təmsil edirdilər. Azərbaycan Federasiyası - İsveçin də dəstəyi ilə həmin tədbirə İsveçin digər bölgələrində yaşayan Azərbaycan müsiqiçilərinin gəlməsinin tədarükü görülmüş, həm də azərbaycanəsilli iki gənc Zid və AzeriKim isveç və Azərbaycan dillərindəki repləri ilə maraq cəlb etmişlər. Qeyd edək ki, şənlikdə, həm də İsveçdə səfərdə olan Azərbaycan Respulikası Diasporla İş Üzrə Dövlət Komitəsinin Qərbi Avropa şöbəsinin məsulları da iştirak etmişlər.

 

Həmin gündən bir neçə foto aşağıda təqdim olunur:

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x55.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.