İran əleyhinə mitinq / Stokholm

 

03.VII.2010. /GAK

 

3 iyul 2010 tarixində, İsveçdə yaşayan azərbaycanlıların iştirakı ilə, İsveçdəki "İran səfirliyi"nin qarşısında, irticaçı və şovinist İran rejimi tərəfindən Güney Azərbaycan milli-siyasi fəallarının əsassız tutulmalarına etiraz olaraq etiraz-aksiyası keçirildi. Şəhidlər Əmani və Bəxtavər adına Tədarükat Komitəsinin təşəbbüsü ilə təşkil olunan mitinqdə, Azərbaycan Demokrat Firqəsi (ADF), Azərbaycan Federasiyası İsveç (AFİ), Azərbaycan Konqresi - İsveç, Oğuzlar qrupu, Güney Azərbaycan Konqresi (GAK), Azərbaycan Öyrənci Hərəkatı (AZOH), Güney Azərbaycan Demokrat Partiyası (GADP) və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatları təmsil olunurdular. Etiraz-aksiyası əsnasında, "Faşist İran!", "Şovinist İran!", "Qatil İran!", "Terrorist İran!", "Yaşasın Azərbaycan!" və s şüarları isveçcə səsləndirildi. Bir saat davam edən mitinq, qətnaməsi ilə başa çatdı.

 

Etiraz-mitinqindən bir neçə foto aşağıda təqdim olunur:

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x56.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.