Uyğur türklərinə 6-cı dəstək mitinqi / Stokholm |
||||||||
05.VII.2010. /GAK
Uyğuristanda (Şinyanq Uyğur Avtonom Rayonu) yerli uyğur türklərinə qarşı çin polisinin qətliamından bir il ötür. Həmin qətliama etiraz olaraq, 5 iyul 2010 tarixində, Stokholmda yaşayan uyğur, anadolu və Azərbaycan türkləri, Mynttorget meydanında birgə mitinq keçirtdilər. "Qatil Çin!", "Uyğur!", "Hardadır ədalət? Haradadır insan haqları?", "Faşist Çin!", "Haradadır Avropa Birliyi? Haradadır Birləşmiş Millətlər Təşkilatı?" və s şüarları izdihamla hayqıran mitinq iştirakçıları, aksiyanı Stokholmdakı Çin Xalq Respublikasının səfirliyinə qarşı yürüşlə və orada qara çələng qoymaqla başa çatdırdılar. Çıxışçılar - o cümlədən İsveç-Uyğur Komitəsinin sədri Mahinur Həsənova, Dünya Uyğur Konqresinin məsulları, Uyğur Maarif Dərnəyinin məsulları, Güney Azərbaycan Konqresinin məsulları, həmçinin Müsavat partiyasının İsveç özzəkləri, AzadTribun portalı və Azərbaycan Federasiyası İsveçin məsulları uyğur xalqının haqlı milli mübarizəsinə dəstəklərini bildirdilər.
|
||||||||
Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x57.html |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.