Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresi

Frankfurt, 27-28 noyabr 2010

 

29.XI.2010. /GAK

 

Noyabrın 27-28-i Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresi keçirildi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Konqresə 23 ölkədən 172 gənclər təşkilatının nümayəndələri, qonaqlarla birlikdə 200 nəfərdən artıq iştirakçı var idi. İki günlük Konqresin sonunda, Qurultay qətnaməsi, Prezidentə müraciət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökümət başçılarına müraciət qəbul edildi.

 

Sənədlərə əsasən, Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşəbbüs Qrupu yaradıldı: Abbas Məmmədov, Anar Məmmədov, Ayda Əmir Haşimi, Aysəba Umutlu, Azər Babayev, Başar Kömür, Bilal Dündar, Elşad İskəndərov, Emin Hacıyev, Əkrəm Abdullayev, İqbal Hacıyev, Mahirə Muxtarova, Ramil Əliyev, Ramil Həsənov, Samir Səttarov, Samira İsmayılova və Tale Heydərov.

 

Ayda Amir Hashimi, Mustafa Alınca, Şamxal Həsənli
Sinan Oğan, Bilal Dündar, Firidun Pərvizniya, Abdulla Əmir Haşimi (Cavanşir)

 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x67.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.