Xaricdə yaşayan azərbaycanlıların inteqrasiyası

 

Mustafa Alınca, Nazim İbrahimov, Ayda Əmir Haşimi, Abdulla Əmir Haşimi (Cavanşir)

 

Dünya Azərbaycanlı Gənclərinin I Konqresi
Almaniya, Frankfurt-Mayn. 26-29 noyabr 2010


Ayda Əmir Haşimi

“Qarabağ” dərnəyinin əlaqələr məsulu, Stokholm – İsveç


ÇIXIŞ MƏTNİ


Hörmətli konqres iştirakçıları, hörmətli divan heyyəti, əziz gənclər,
Xanımlar və cənablar!

 

İlk öncə, Dünya Azərbaycanlı Gənclərinin I Konqresi və təsis qurultayını əziz gənclərə təbrik deyir, qurultayın təşəbbüskarlarına və təşkilatçılarına – başda Gənclər və İdman Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsi olmaqla, şəxsən cənab Nazim İbrahimov, Tahir bəy Hacıyev və İlham bəy Məmmədova öz növbəmdə təşəkkürlərimi bildirirəm. Hər birizini ürəkdən salamlayıram, qurultaya işində uğurlar arzulayıram. Həmçinin, Azərbaycan Federasiyası – İsveçin sədrinin, idarə heyyəti və bütün üzv dərnəklərinin Konqresə təbrik və salamlarını çatdırmağı özümə borc bilirəm. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində problemləri barədə icazənizlə fikirlərimizi Sizinlə paylaşmaq istərdim.


Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin başına nələr gəldiyini araşdırmaq, ən vacib mövzulardandır – deyə düşünürəm. Ona görə ki, avropalılar biz gənclərlə görüşəndə nələr baş verir və onların gözündə biz gənclər necə görünürük, inteqrasiyanın mizanı və onun mürəkkəb problemləri üzə çıxır və proses tam özünü göstərir.


İnteqrasiya prosesində çox şeylər baş verir. O cümlədən, avropalıların mövcud nəzər və baxışları yeniyetmə və biz gənclərin inteqrasiya olmaq və identitet formalaşmasında cüzi görünsə də, amma həlledici rolu var və danılmazdır. Bir tərəfdən xarici ölkələrin əhalisi əksəriyyəti təşkil etdiyi üçün, əqəliyyətdə olan bizlər üçün əgər pozitiv attitüd və baxışlar varsa, onda həmin cəmiyyətdə bizim üçün yer tutmağa şərait var. Əks halda kültür, din, adət-ənənə, doğulduğumuz ölkə və vətənimizlə əlaqəmizi yaradıcı şəkildə qurub, qoruyub və yaradıcı inteqrasiya olmağa imkanımız olmur və inteqrasiya əvəzinə assimilasiyaya düçar oluruq. Belə halda yaşadığımız cəmiyyətlərdə yerlilərlə aramızda qütbləşmə çoxalır, dərinləşir və cəmiyyətdə ifratçı sağ və ifratçı sol dəstələrin fəaliyyətinə zəmin yaranır, konfliktlər əmələ gəlir və cəmiyyət dərin böhrana və qarşıdurmalara sövq edilir, çaxnaşmalara gətirib çıxardır. Buna nümunə neçə il bundan əvvəl Fransada şahid olduğumuz hadisələrdir.


İnteqrasiya prosesində biz əriməməliyik, indentitetimizi əldən verməməliyik. İnteqrasiyada, birləşmə prosesi doğru mənasında baş verir, fərdin tamamiyyəti, şəxsin bütövlüyü qorunur saxlanılır və inkişafa yolu açıq olur, və hətta inkişaf etdirilməyə şərait yaradılır.


İnteqrasiya barədə Avropa Birliyinin və yaxud ona üzv olan və ya olmayan ölkələrin hər birinin ümumi və xüsusi qanun-qaydaları var ki, ümumiyyətlə bu qanun-qaydalarla razılaşmaq olar. Baxmayaraq ki, bir çox yerdə və vaxtlarda, bizim haq və hüquqlarımız mühacir köklü şəxslər kimi, xüsusən biz gənclərin hüquqları kobudca pozulur.  Ancaq məsələ burasındadır ki, əvvəla bu qayda qanunlar həyata keçmir və yaxud yazıldığı imi həyata keçmir. Hətta onlar həyata keçdiyi zaman biz azərbaycanlıların inkişafı və inteqrasiyası barədə yazılmayan qanunlar çoxdur və yaxud elə yazılmayan qanunlar əməl edirlər ki, yazılan qaydaları pozurlar! Burada yaxşı olarkı ki, Avropa Birliyinin və yaxud ona üzv olan və olmayan ölkələrin hər tək-təkinin inteqrasiya siyasəti barədə danışa bilək. Ancaq demək olar ki, ümumiyyətlə iki növ siyasət mövcuddur, külli halda: birisi inanır ki, dünyada hər kəs öz ehtiyacları arxasıyca çalışır, yaxşı dünyanı axtarır, konfliktlərdən qaçır, bürokratik həyatın ağırlığından canını götürüb qaçır, qaçdığı ölkələrə ağır ekonomik yük gətirir. Bların fikricə, mühacir qəbul etmək sərfəli deyil, mühacirlərin gəlişinin qarşısını almaq istəyirlər və gələn mühacirləri də geriyə qaytarmağa çalışırlar. Bu siyasəti dəstəkləyənlər deyirlər ki, mühacirlərə qoyulan xərclər, onların mənsub olduğu ölkələrə verilsin –ki, mühacirətə səbəb olan faktorlara xərclənsin. Bu fikir sahibləri hökümət başına gəldikdə, biz mühacirlərə qat-qat təzyiqlər çoxalır, xüsusən biz gənclər daha artıq problemlərə məruz qalırıq. İkinci qrup isə demokratik mühacirət siyasətinin tərəfdarıdır. Həmin qüvvə və ya qüvvələr, rassizmə qarşıdırlar. Müəyyən qədər zorakılıq və təbizlərə qarşıdırlar, insanlararası sərbəst rəqabətin üstünlüyündən danışırlar. Bu siyasəti dəstəkləyənlər kimsənin İsa-Məsih olduğunu qəbul etmirlər, mühacirlərin təşkilatlarına müəyyən qədər yardım edirlər və onların hərəkatıarna dəstək verirlər. Bu ikinci qrup hamıya işlə təmin etmək-vədəsi verirlər, eyni zamanda bəzi mühacirlərin bir sıra geti qalmış adətlərinə, o cümlədən daş-qalaq etmə, namus adına qətllər törətməyə qarşıdırlar – ki, xoşbəxtlikdən bizlərin içində belə tiplər az tapılır.


Təbii ki, biz mühacir gənclər üçün ikinci qrupla əməkdaşlıq uğurludur - əgər deyilən sözlər həyata keçirilsə və biz isə o imkanlardan ləyaqətlə və bacarıqla istəfadə edə bilsək. İstifadə təzi də, o qədər də hasand iç deyil – xüsusilə gənclər üçün hansı ki həyat təcrübələri azdır. Hətta həmin ikinci qüvvələrin təklif etdiyi və həyata keçirtmək istədiyi inteqrasiya proqramını düzgün qavırmaq və valideynlərimizlə birlikdə həmin proqramda iştirak etmək özü də mürəkkəb prosesdir.


Vaxtımız məhdud olduğu üçün yuxarıda deyilən problemlər haqda hərtərəfli danışmaq mümkün deyil. Lakin qıssaca desək, biz gənclər, bir çoxlu səbəblərdən asılı olaraq – o cümlədən təcrübəsizlik, gənclik dövrünün böhranları, yerli orqanların ixtiyarımızda qoyduğu imkanlardan istifadə bacarığımızın olmaması ucbatından elm, incəsənət, siyasət və kültürdən yararlanıb, öz şüurumuzu inkişaf etdirə bilmirik və bədən təbiyəsində, musiqidə, ictimai fəaliyyətdə, siyasi hədəflərdə böyük nailiyyətlər əldə edə bilmirik. Bugün Azərbaycan gəncinin Avropa kültüründə, Avropa idmanında, Avropa məclislərində, başqaları ilə müqaisədə yeri boşdur. Azərbaycan gənci, lazımi qədər Avropa cəmiyyətlərinə inteqrasiya olmağı özünə ciddi məqsəd qoymayıb, biz mövcud imkanlardan istifadə edə bilmirik və ya əsla istifadə etməyin zərurətini özümüz üçün, Vətənimiz üçün, başa düşmürük. Əlbəttə ki, son zamanlaradək, bir qismi azad olmuş Vətənimizin tərəfindən də bu işi təşkil edə bilən səlahiyyətli orqanların da, xaricdəki Azərbaycan gənclərinin həyatlarında istiqamətləndirməsi zəif olmuşdur.


Bizə, xaricdə yaşayan gənclərə, inteqrasiya hava su kimi lazımdır. Bunun üçün nə lazımdır: yerli dili yüksək səviyyədə öyrənək, yerli kültürü yüksək səviyyədə mənimsəyək, elə ki yerli cəmiyyətdə hiss edilib görünək, düşünək, ətrafımızla geniş kontaktlar yaradaq, çevrəmizdə təsir qoymaq gücünə malik olaq. Biz, öz hüquq və məsuliyyətlərimizi düzgün şəkildə öyrənib, əməl edə bilməliyik. Yoxsa biz gənclər, zəif, natavan, ikinci-dərəcəli vətəndaş kimi olacağıq. Onsuz da rassisti və başqa qüvvələr bizi cəmiyyətdən kənarlaşdırmaq istəyirlər və pis vəziyyətə salmağa çalışırlar, ətrafımızı dərk etməyə imkan vermirlər. Onsuz da biz – ikinci mühacir gənc nəsildə assimilasiya olmağa zəmin var. Assimilasiya və inteqrasiya birinci nəsil üçün çətindir – onlar Vətənə qayıtmaq həsrətilə günlərini keçirdir, amma ikinci nəsildə ərimə şəraiti müəssirdir.  Biz, nə qədərsə cəmiyyət üzümüzə açıqdırsa, inteqrasiyaaya getməliyik və assimilasiya qapılarını üzümüzə bağlamalıyıq. Baxmayaraq ki, biz gəncləri, cəmiyyətin ixtiyarımızda qoyduğu servisdən məhrum edirlər, yaşadığımız ölkənin həyatına daxil olmağa fürsəti əlimizdən alırlar və bizi cari məsələlərlə kənarda saxlamaqla, cəmiyyətdən kənarlaşdırırlar, inteqrasiya olmaqdan çəkindirirlər və bununla çox çətin olur ki, gənc, özünü yuxarı çəksin, hətta kültür mübadiləsindən məhrum qalır. Halbuki, fərqli olmaqdan qorxmamaq laımdır. Düşüncə və indetitetdə fərqlər, bizi inteqrasiyada birləşdirər.
Təbii ki, inteqrasiya prosesində hər bir azərbaycanlı gənc, öncə iş və evlə təmin olanda, kültürlə qidalananda, musiqi, incəsənət, ədəbiyyatla savadlananda, səmərli kontaktlarla sosial kompenesini yüksəltdikdə, dialoqlarla konfliktlərə qalib gəlməyi bacaranda, uşaqlar və yeniyetmələr isə iki dünyanın qaydaları ilə tanış olana, görüşlərdə və səfərlərdə təcrübə alıb təlimat görəndə, iki dilliliyin hüsnlərini bilib və seminarlarda və simpoziumlarda ana dilinin üstünlüklərini  öyrənəndə, valideynlərin problemlərinin həllinə yardım edən qurumlar, modern tərbiyə sistemində tənzimlənən məktəblər, kino, teatrlarda iştirak edəndə, gənclərimizdə inteqrasiya potansieli güclənir, inkişaf imkanları genişlnir. Məktəbdən tutmuş universitetə qədər, kurator, psixoloq, səhiyyə mərkəzləri, parklarda tədbirlər, gənclərimizi cəmiyyətdə dezinteqrasiya  olmaqdan uzaqlaşdırır.


Əks halda, azərbaycanlı gənc, müxtəlif formalarda rassisti təzyiqlərə məruz qalır. O, öz haqqından necə müdafiə edəcəyini bacarmır, iş bazarlarında, ailə həyatında, təhsil sahəsində uğursuz olur. Nəticədə şəffaf çövqedə qala bilmir, yeksək amacalar uğrunda özünü mübariz görə bilmir, özünə inana bilmir, başqaları ilə dil tapib razılaşmağı  bacarmır, özünü köməksiz görür və hətta ətrafında olan ata, ana, bacı, qardaş, yar-yoldaşdan uzaqlaşır, pedaqoqdan, müəllimindən, kuratorundan faydalana bilmir, özünü izole, cəmiyyətdən ixrac olunmuş görür, daha ayaqları yerdən üzülərək özünü havada hiss edir və nəhayət acınacaqlı həyat onu gözləyir – kimisə özünü öldürür, kimisə alkohola, narkotika və kimisinə intiqam və cinayət işlərə üz qoyur.

 

Budur – xarici ölkələrdə yaşayan inteqrasiya ola bilməyən “qara baş” adlanan, xalqının, dövlətinin, qohum-əqrəbasının qayğısından məhrum qalan azərbaycanlı gənclərin sərəncamı!


Xoşbəxtlik isə bundan ibarətdir ki, bugün müstəqil Azərbaycan dövlətimiz var! Gündən-günə güclənir, imkanları genişlənir, xaricdə yaşayan gənclərin qayğısına qalır.  Elə buna görə, biz gənclər, güneyli-quzeyli hamımız, dövlət başçımız cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.


Diqqətinizə görə təşəkkür edirəm.

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x68.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.