Nəcibə xanım Əmir Haşimi
Təbriz həbsindən 4 ay sonra həyatını itirdi

 

XII.2011.

Nəcibə xanım Əmir Haşimi

 

Hörmətli dostlar,
Təssüflə bir acı xəbəri sizə çatdırım.


Abdulla Əmir Haşimi Cavanşir bəyin ailəsindən aldığım xəbərə görə Cavanşir bəyin anası Nəcibə xanım Əmir Haşimi həbsdən 4 ay sonra müalicələrə baxmayaraq xaricdə həyatını itirdi.


Nəcibə xanım son 5 ildə 3 dəfə Təbrizdə həbs edildi. Sonun dəə iyun ayında pasdarlar Təbrizdəki evin qapı-pəncərəsini sındıraraq, gecə yarısı evə soxulub dəhşətli hayküylə Nəcibə xanımı Təbriz universitetinin yanındakı kələntəri nömrə 1-ə apardılar. Orada ağır təzyiqlərlə bərabər yaşlı qadını sorğu-suala çəkdilər. İttilaat məmuru çoxlu təzyiqdən sonra oğlanlarının harda olduğunu soruşur. Nəcibə xanım cavab verir: “Birini öldürdüz, o birini də sürgünə göndərdiz”. Həyasız məmur deyir: “Əcəb elədik, gözüvə ağ saldıq”. Nəcibə xanım sonra xəstəxanada dostlarımıza danışır ki “bu sözün qabağında mən də onun liderlərini söydüm. Bir də gördüm, təpiklə ağzımdan vurdu, ağzım doldu qanlar və protez-dişlərim sındı. Ondan sonra daha huşdan getdim, qalanını xatırlamıram”. Min zəhmətlə Cavanşir bəyin dostları və qohumları bir neçə gün axtarışdan sonra Nəcibə xanımı yarımcan, komada, saçı qırxılmış, alnı çapılmış vəziyyət Təbrizin xəstəxanalarının bir güşəsində tapırlar və xəstəxanadan çıxardırlar. Cavanşir bəy məcbur olaraq anasını İrandan çıxartdırır. Nəcibə xanımın müalicələri nəticə verməyərək bugün xaricdə həyatını itirir.


Nəcibə xanım Təbrizdə öz müqavimət və mübarizliyi ilə xalqımız arasında tanınmış qadın idi. Bu itgini Nəcibə xanımın qohumlarına, dostlarına və yoldaşlarına xüsusilə Əmir Haşimilərə, Əmir Şəqaqilərə, Ağaxanlılara, Allahmanlılara, Qulaminlərə, Pənahilərə, Həmidzadələrə, Zəmanilərə, Davudilərə, Heydərilərə və başda oğlu Cavanşir bəyə təsliyət deyirik. İnanırıq ki, Nəcibə xanımın ağ-saçlarına uzadılar əl, xalqın ədalət məhkəməsində mühakimə olunacaq və Nəcibə xanımın xalqımıza çəkdiyi zəhmətlər, xatirələmizdə əbədi yaşayacaq.

 

Nəcibə xanımın ruhu şad, qəbri nurla dolsun! Amin.
Xanlar QULİYEV

 


 

Hörmətli Abdulla Əmir Haşimi (Cavanşir)-in anasının vəfatı xəbərindən çox üzüldük. Nəcibə xanım bütün həyatını zəhmətkeş ailəsinə sərf etmiş Azərbaycanın mubariz və dözümlü qadınlarından idi. Onun tərbiyə etdiyi mübariz oğlu Məhəmməd, İslam Cumhuriyyətinin cəlladları əlində şəhid olmuşdur. Biz bu ağır itgini yoldaş Abdullaya və onun hörmətli ailəsinə və bütün tanışlar və qohum-əqrəbaya ürəkdən baş-sağlığı verib və son qəmləri olmasını arzulayırıq.

 

Bizi də öz qəminizdə şərik bilin.


Azərbaycan Federal-Demokrat Hərəkatı

 


 

AzadTribun sitəsi, əziz və mübariz Nəcibə xanımın dünyasını dəyişməyini hörmətli Amirhaşimi ailəsinə, başda sayın Cavanşir bəy Əmir Haşimiyə baş sağlığı diləyərək, Tanrıdan siz əzizlərə səbr tələb ediirik. Nəcibə xanımın ruhu şad, məzarı işıqla dolu olsun. Dərin sayqılarımızla, Babək bəy Azəri, Rza Azadlıq.

 


 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x78.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.