Güney Azərbaycan Konqresinin,
|
Humanist insanlar,
Azərbaycan Respublikasının şəhərindən olan Xocalıda, təcavüzkar Ermənistan tərəfindən baş verən soyqırımdan 15 il keçir. Lakin, 35 milyondan artıq Güney Azərbaycanda yaşayan azərbaycanlıların, Sizin, bu soyqırımı məhkum etməyi barədə gözləri yoldadır. XX əsrdə genosid və etnik təmizləmə hadisələri baş vermiş və Siz, dəfələrcə də olsa, müxtəlif yollarla aşağıdakı (1) kütləvi qətliamlara etirazlarınızı bildiribsiniz. Lakin, həmin qətliamlardan daha da dəhşətli olan Xocalı qətliamı ilə 21 Azər qətliamına hələ də göz yumulur. Bugün artıq 15 ildir ki Xocalı soyqırımı baş veribdir. Bu soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarını alma vaxtları gəlib çatıbdır. Cinayət cəzasız qalmamalıdır. Xocalı faciəsi 20-ci əsr sırasında ən dəhşətlilərinə aiddir. Artıq vaxtdır ki, bu cinayətdə iştirakı olmuşlar, məhkum olunsunlar.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi Bəyannaməsinin, məhəl qoyulmamasıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri vasitəsi ilə böyük bir insan faciəsi baş vermişdir. Ermənilərə yardım edən SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyəti olmuşdur. Xocalı şəhəri işqal olundu. Əvvəlcə şəhər atəşə tutuldu, alovlanmağa başladı. Şəhərdə qalan 2500 azərbaycanlı dinc əhalisi ki Ağdam şəhərinə çıxmaq istədikdə, erməni silahlı dəstələri şəhəri yerlə yeksan etmiş və bu əli yalın insanlara qarşı uşaqdan-böyükə divan tutmuş və onları qətliam etməyə başlamışlar.
Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Naxçevanik kəndi yaxınlığında əhalinin qarğısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Həmin günlərdə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gişlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsax terrorist qrupu da iştirak edirdi.
Bu qanlı faciə təcavüzkar ermənistanın Rusiyanın dəstəyi ilə, azərbaycanın digər ərazilərini işqal edib əhalilərini qətlə yetirmə planının növbəti hissəsi idi.
Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilər güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olundu. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edildir.
Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etdilər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar minlələr ölənlər barədə xəbər verirlər. Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etdilər. Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələdilər. 1200-ə qədər azərbaycanlı cəsəd sayılmışdır. Livanlı kinooperator etiraf etdi ki, Livanın zəngin DAŞNAK icması Qarabağa silah və adam göndərirdi. Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalırdı. İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü. Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakovun dediyinə əsasən, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdı. Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets etiraf edir ki, şəxsən təpədə yüzə yaxın meyid görüb. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü. Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq kəndlərdə qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər. R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hansı ki, hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Erməni silahlı dəstələrinin dinc Xocalı əhalisinə qarşı əməlləri, ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsi, Cenevrə konvensiyasına, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi Bəyannaməsinə və Ümumdünya İnsan Haqqları Bəyannaməsinə ziddir.
İstibdad şəraitində yaşayan 35 milyonluq güney azərbaycanlılar, Ermənistanın bu təcavüzünü birbaşa dəf etmək imkanı olmadığı bir dövrdə, bu təcavüzü məhkum edərək, bütün beynəlxalq təşkilatlar və humanist insanlardan gözləyir ki, Xocalı həqiqətlərinə qiymət verilsin, Dağlıq Qarabağ münaqişəsi ədalətli yol ilə həll olunsun, Azərbaycana qarşı təcavüzkar Ermənistanın işqalmı siyasətinə son qoyulsun, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunsun. Biz, dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciət edirik.
Xocalı soyqırımını törədənlərə, onları dəstəkləyənlərə ölüm olsun!
1 |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa