Forumla bağlı fikirlərim
Seyfəddin Altaylı

 

Azәrbaycan әqidәsinә könül verәn әziz vә mehriban dostlar, bәri başdan hamınızı hörmәtlә vә mәhәbbәtlә salamlayıram.
Qardaşımız Cәmal Mәhmәthanoğlu, tәkidlә 2012-ci ilin Nisan (Aprel) ayının 21-22-ci günlәri arasında İzmir şәhәrindә bir forum keçirilmәsindәn müdafiә edir. Bu barәdәki fikirlәrimi sizlәrlә bölüşmәk arzusundayam.
Müdafiә etdiyimiz müqәddәs Azәrbaycan davası hәddәn artıq mürәkkәb vә yetim bir әqidәdir. Bu yolda qalib gәlmәyin yolu, elmi әsaslara söykәnmәkdir, ağıl vә mәntiq yolunu izlәmәkdir, әgәr bunlara әmәl etmәsәk heç nәyә nail oluna bilmәz.
Hәm öz tariximiz, hәm dә dünya tarixi bir әqidә uğrunda aparılan mübarizәlәrin nә cür, hansı şәraitdә vә kimlәrlә nailiyyәtә çatdırıldığını gözlәr qabağına sәrәn minlәrlә sәnәd vә hadisәlәrlә doludur. Xüsusilә öz tariximiz yaxşı öyrәnilmәli vә hadisәlәrdәn dәrslәr götürәrәk lazımi fәaliyyәtlәr yeridilmәlidir.
Azәrbaycan 19-cu әsrdә ikiyә bölündü, bölünәn vәtәn tәkrar bölündü. Bölünәn vәtәn bu dәfә işğala mәruz qaldı, etnik tәmizliklә, sürgünlәrlә üzlәşdi, Xocalı kimi bir soyqırımla sarsıldı. Bölünәn vәtәnin ikinci hissәsi isә gözdәn iraq düşdü, asimilyasiyanın әn dәhşәtlisinә mәruz qaldı, hәlә dә qalır.
Bizlәr әgәr doğrudan da әqidәmizә ürәkdәn inanırıqsa, xalqımızın bölünmüşlüyü vә torpaqlarımızın işğalı barәdә bir iş görmәk istәyiriksә, tarixi hәqiqәtlәrdәn vә hadisәlәrdәn dәrslәr götürmәli, әsla hissiyata qapılmamalı vә beş, on, әlli, yüz illik strategiyaları mәnimsәyib iş görmәliyik. Deyәcәksiniz ki, “Biz dövlәtik?”. Bәli biz dövlәt sәviyyәsindә bir gücә malik deyilik, ancaq müqәddәs bir әqidәnin daşıyıcılarıyıq, sıravi әsgәrlәriyik. İrәli sürdüyüm plan vә layihәni fikirlәşib araya gәtirmәyә, onunla bağlı fәaliyyәtlәri yeritmәyә qadir olan ideoloqlarımız, mütәfәkkirlәrimiz, ziyalılarımız, strategiyaları hәyata keçirә bilәcәk püxtәlәşmiş kadrlarımız yoxdursa, әvvәl başda bu mәsәlәni hәll etmәliyik, sonra işә başlamalıyıq. Bu dava nә uşaq oyuncağı, nә dә hәvәskarların çiyinlәrindә götürә bilәcәklәri ağırlıqda bir mәsuliyyәtdir! Onun çәkisi çox ağırdır.
Azәrbaycanın müstәqilliyini qazanmasından üzübәri, Azәrbaycan xaricindә bu yolda götürülәn adımlar, yeridilәn fәaliyyәtlәr tәәssüflәr olsun ki, yüksәk sәslә şüar söylәmәk, plansız-proqramsız fәaliyyәtlәr sәviyәsindәn xilas ola bilmәdi. Mәsәlәnin ürәk ağrıdan özgә bir cәhәti isә, tәşkilatçılıq strategiyasından xәbәri olmayanlar, bu mәslәkin çәkisinin ağırlığını başa düşmәyәnlәr, müәyyәn qüvvәlәrin oyunlarını әvvәlcәdәn görә bilmәdilәr vә bölünmüşlüyә sәbәb oldular.
Azәrbaycan, hәr şeydәn qabaq şükür Allaha müstәqil bir dövlәtdir vә qürur mәnbәimizdir. Xüsusilә Azәrbaycandan kәnarda yaşayan vә Azәrbaycan әqidәsinә könül vermiş kәslәr, xüsusilә dә biz türkiyәlilәr, 1990-cı illәrdәn әvvәlki hislәrlә vә fikirlәrlә Azәrbaycan mәsәlәsinә yaxınlaşa bilmәrik. Azәrbaycanın daxili vә xarici işlәrinә barmaq uzatmağın hәm Türkiyә-Azәrbaycan әlaqәlәrinә, hәm dә Azәrbaycan davasına zәrәri toxunar, buna haqqımız da, salahiyәtimiz dә yoxdur. Azәrbaycan xalqının siyasi tәrcihinә qarışmaq, onların siyasi tәrcihini bәyәnmәmәk, daxildә vә xaricdә olan Azәrbaycan vәtәndaşlarına tәsir göstәrmәk cәhdinә düşmәk, Azәrbaycan vәtәndaşı olmayan kәslәrin dә, qeyri hökümәt tәşkilatlarının da haqqı ola bilmәz, olmamalıdır.
Bundan hәrәkәtlә iki mәsәlә üstündә dayanmaq istәyirәm. Bugün Azәrbaycan davası tarixi vә siyasi hadisәlәrin bir alın yazısı kimi gәtirib qabağımıza qoyduğu hәddәn artıq mürәkkәb vә çәtin bir problemdir vә o Güney, Qüzey Azәrbaycan şәklindә qarşımızda dayanmaqdadır.
1-QÜZEY AZӘRBAYCAN DAVASI
Bizlәr Türkiyә vәtәndaşları olaraq 1990-cı ildәn әvvәl bu әqidәyә könül verdik, o uğurda mübarizәlәr yeritdik. 1918-ci ildә qurulsa da imperialist ruslar tәrәfindәn işğala mәruz qalan dövlәtimiz, yetmiş il sonra mәrhum dövlәt vә siyasәt xadimi Әbülfәz Elçibәyin rәhbәrliyindә birlәşәn vә әsarәt zincirini parçalayan xalqımızın böyük sәyi vә mübarizәsi ilә öz müstәqilliyini tәkrar qazandı vә dünyanın müstәqil dövlәtlәr ailәsindә özünә layiq olan mәkana yerlәşdi. Türkiyәmizin әzәli vә әbәdi qardaşı olan Azәrbaycan Cümhuriyyәtindәki siyasi mәsәlәlәrә, hakimiyyәt-müxalifәt mübarizәsinә Türkiyә vәtәndaşları olaraq dediyim kimi qarışmağa haqqımız da salahiyyәtimiz dә yoxdur.
Bәli, bugün Azәrbaycan Cümhuriyyәtinin üz-üzә dayandığı vә bizlәrin dә özünә kömәk ola bilәcәyimiz, daha düzü olmamız labüd olan iki böyük problemi vardır. Birincisi işğal altındakı torpaqlar mәsәlәsi ilә qaçqın vә köçkün problemi, diğәri isә Xocalı Soyqırımının uluslar arası sahәdә tanıdılması, bu yolda fәaliyyәt göstәrilmәsidir. Bu iki mövzu, Azәrbaycan xaricindә yaşayan vә Azәrbaycan әqidәsini mәnimsәmiş hәr bir şәxs kimi bizim dә xüsusilә fәaliyyәt göstәrәcәyimiz sahәlәrdir.
Bu iki problem üçün Azәrbaycan xaricindә yaradılan dәrnәklәr vә federasiyalar hәm öz aralarında әl-әlә vermәli, hәm dә Türkiyә vәtәndaşlarının Türkiyә xaricindә qurduqları sivil toplum (QHT) qurumları ilә birlikdә hәrәkәt edәrәk bu mәsәlәlәr üstündә işlәmәli, sözün hәqiqi mәnasında diaspor fәaliyyәti yeritmәlidir. Bu mövzuların da dünya ictimaiyyәtinә çatdırılacağı yerlәr nә Azәrbaycandır, nә dә Türkiyәdir. Bu iki qardaş cümhuriyyәt daxilindә Azәrbaycan vәya Türkiyәnin diasporunu yaratmaq hәddәn artıq gülmәli çıxar vә bu yolda işlәmәk isә әbәs bir iş olardı. Onsuz da hәr iki dövlәtin vәtәndaşları, digәr qardaş dövlәtin diasporu mәnasında deyildirmi?!
Mәnә görә bu mәsәlәnin bir digәr yönü dә, Azәrbaycan xaricindә yaradılan Azәrbaycan dәrnәklәrinin işlәrinә dә Azәrbaycan dövlәtinin qarışmaması vә onların üzvlәrinә, bu mәsәlәnin fәallarına hakimiyyәt-müxalifәt güzgüsündәn yanaşılmamasıdır. Bununla da Azәrbaycan Dövlәtinә ağıl vermәk kimi bir niyәtim dә yoxdur. Bu yolda ömrünü vermiş bir insanın tәcrübәsini dilә gәtirmәk niyyәtindәyәm, ayrı bir fikrim yoxdur. Tәәssüflәr olsun ki, xaricdә, xüsusilә dә iki mininci illәrә yaxın vaxtlardan üzübәri yaradılan, daha düzü yaratdırılan dәrnәklәrin tamamına yaxını Azәrbaycan hakimiyәti tәrәfindәn vә özlәrinin müәyyәn etdiklәri şәxslәr tәrәfindәn qurdurulan, adı olub özü olmayan mövhum cәmiyәtlәrdir. Bu cür bir fikirlә dә Azәrbaycanın mövcud iki mühüm problemini dünya ictimaiyyәtinә çatdırmaq qeyri mümkündür. Tәqribәn iyirmi ilә yaxın bir vaxtdır tutulan yol vә gәlinәn nöqtә irәli sürdüyümüz fikri tәsdiqlәyir. Vaxt-vaxt dövlәt tәrәfindәn tәşkil edilәn tәdbirlәr dә yandırılan kәtyan kollarının alovuna oxşayır, birdәn gözә dәyib sonra itib-batır, sәrf edilәn әmәklәr dә, xәrclәnәn pullar da hәdәr olub gedir. Bu sözlәrimdәn dә, Azәrbaycan hakimiyyәtini tәnqid edirәm mәnası çıxarılmamalıdır; çünki bunlar hәqiqәtdir vә mәn dә Azәrbaycanı ürәkdәn sevәn bir qardaşı, ona ürәyi yanan bir oğlu kimi bunları dilә gәtirmәyә mәcburam. Mәnim nә hakimiyyәt, nә dә müxalifәti dәstәklәmәk kimi bir fikrim heç vaxt olmayıb, indәn belә dә olmayacaqdır, mәnim üçün birinci vә әlçatmaz yerdә Azәrbaycan dövlәtçiliyi dayanır. Azәrbaycan dövlәti, Azәrbaycan әqidәsinә könül vermiş şәxslәrә hakimiyyәt-müxalifәt nöqteyi nәzәrindәn yaxınlaşmamalıdır. Üzlәşdiyi vә sadaladığım iki çәtin problemin dünya ictimaiyyәtinә çatdırılmasında lәyaqәtli şәxslәri vә fәal dәrnәklәri ön plana çәkmәli, o cәmiyyәtlәrin idarә heyәtinә, hakimiyyәtә müxalif belә olsalar yәtkin vә fәal şәxslәrin seçilmәyindәn nәinki narazı olmaq, onlara qarşı çıxmaq, hәtta onları tәşviq edәrәk bu müqәddәs әqidә yolunda işlәmәlәrinә imkan yaratmalıdır. Böyük dövlәtlәrin özgә irqlәrdәn olanları vә digәr dövlәtlәrin vәtәndaşlarını, xüsusilә 18-ci әsrdәn üzübәri öz mәnafelәri yolunda nә cür işlәtdiklәri, onlardan istifadә etdiklәri, hәtta әlinә silah verib özlәri üçün vuruşdurduqları, dünәn yaranan İraq vә Libya hadisәlәrindә olduğu kimi gözümüzün qabağındadır.
Bir digәr mәsәlә isә Türkiyәdә yaradılan Azәrbaycan dәrnәklәridir. Bu dәrnәklәr vә federasiya daha indәn belә öz fәaliyyәtlәrini mәdәni sahәdә yeritmәli, enerjisini bu sahәlәrdә xәrclәmәlidir. Ancaq bu cәmiyәtlәr vә federasiya mәdәni sahәdә fәaliyyәt yeritmәk әvәzinә tamamilә bәzilәrini mәmnun etmәk üçün әllәşir vә energilәri hәdәr olub gedir.
2-GÜNEY AZӘRBAYCAN DAVASI
Türkiyәli qardaşlarıma bir mәsәlәni xüsusilә vurğulamaq istәyirәm. Güney Azәrbaycan mәsәlәsi birinci olaraq Güneyli bacı-qardaşlarımızın yeritmәk mәcburiyyәtindә olduqları vә yeritdiyi bir mәsәlәdir. Biz onlara ancaq mәnәvi yöndәn dayaq ola bilәrik, mәdәni sahәdә dәstәk olarıq. Tәbii ki, Güney Azәrbaycanlı 35 milyon insanın öz ana dilindә tәhsil almasını, öz mәdәni hüquqlarını әldә etmәsini, dilini vә mәdәniyyәtini inkişaf etdirmәsini ürәkdәn arzulayırıq vә bu yolda onları indiyә kimi dәstәklәmişik axıra kimi dә dәstәklәyәcәyik. Onların dәrdini uluslar arası sahәdә dilә gәtirәcәyik, gәtirmәliyik. Ancaq, Güneyli qardaşlarımıza siyasi vә tәşkilatçılığın tәlәblәri istiqamәtindә öncüllük etmәk kimi mәsәlәlәrdәn imtina etmәliyik.
Sözün burasında Güney Azәrbaycanlı bacı-qardaşlarımıza da deyәcәyim bir-iki sözüm vardır. Dediklәrim inşallah onları incitmәz, ancaq hәqiqәtlәri dilә gәtirmәliyik, çünki onları dilә gәtirmәsәk nöqsanlarımızı görә bilmәrik vә yolumuzu düzgün tuta bilmәrik.
Xüsusilә Güney Azәrbaycanlı olub İran xaricindәki universitetlәrdә oxuyan bacı-qardaşlarımızın әksәriyәti tәәssüflәr olsun ki, hәddәn artıq cılız bir düşüncәnin әsiri olmaqdan yaxalarını xilas edә bilmәyiblәr. Onlar, Türkiyә, Azәrbaycan Cümhuriyyәti dә daxil olmaqla, qәrbli ölkәlәrdә oxuyub-öyrәndiklәrini ölkәlәrinә, öz xalqlarının içinә qayıdıb bildiklәrini, gördüklәrini, mәnimsәdiklәrini oralardakı insanlarımıza çatdırmaq, onları ziyalandırmaq, oralarda milli mübarizәni yeridәnlәrin sәfini möhkәmlәndirmәk, saylarını çoxaltmaq әvәzinә yalnızca öz qarınlarını vә asudә bir ömür sürmәlәrini fikirlәşәrәk İrana qayıtmırlar. Bu şәxslәr xaricdә bәzi hәrәkәtlәrә üz tutur, İran sәfirliklәri, konsulluqları qarşısında guya ki, özünü öz millәtinin mәnaafeindәn müdafiә edirmiş kimi göstәrәrәk bir-iki dәnә şüar deyir, atılıb düşür vә ya İzmir şәhәrindә tәşkil etdiyimiz qurultayda olduğu kimi kürsüyә çıxıb alovlu millәtçi nitq irad edib özlәrini heç nәdәn ifşa edәrәk ölkәlәrinә qayıtmırlar. Ya da qayıtdıqda sәrhәddә tutulub, “İran vәtәndaşı olduğun halda dövlәtinin әleyhindә niyә o cür işlәri gördün” deyә sorğu-sual edildikdә adları xaricdә eynilә onlar kimi fikirlәşәnlәr tәrәfindәn dünyanın hәr tәrәfinә yayılaraq qәhrәman kimi göstәrilirlәr. Bu bacı-qardaşlarımız daha sonra Birlәşmiş Millәtlәr Tәşkilatına bu yönlәrini әllәrindә tutalğa elәyib müraciәt edәrәk, “Mәn İrana qarşı fәaliyyәt yeridәn siyasi bir şәxsәm, İrana qayıtsam başıma olmazın işlәr gәlәcәk, bu sәbәblә qәrb ölkәlәrindәn sığınacaq hüququ istәyirәm” deyir, bir müddәt sonra da sığınacaq hüququ әldә edәrәk qәrb ölkәlәrinә üz tuturlar, gedirlәr oralarda kef çәkmәyә. Üstәlik bunlar müxtәlif Avropa dövlәtlәri, Amerika, Kanada kimi ölkәlәrdә şah oğlu şah Abbas kimi firavan yaşayırlar vә üzlәri qızarmadan da özlәrini guya ki, Güney Azәrbaycan davasının öncüllәri, ideoloqları, aktivistlәri kimi qәlәmә verirlәr. Mәcbur olub İranı tәrk etmәkdәn savayı çıxar yolu olmayan bacı-qardaşlarımız bu dediklәrimdәn istisnadır. Mәcburiyyәt qarşısında İranı tәrk edәn Güneyli bacı-qardaşlarımın mәnim bu tәnqidlәrimdәn qәti şәkildә incimәmәlәrini xahiş edirәm vә onların qәrib-qürbәt ellәrdә nә cür bir ömür sürdüklәrini, elin qoltuğunda, yad torpağında yaşamağın onlara nә cür tәsir göstәrdiyini, izdirab verdiyini dә bilәn, görәn, duyan biriyәm, ürәyim vә varlığım onlarladır, bu bacı-qardaşlarım mәndәn incimәsin. Mәn şәxsәn İranın xaricindәki ölkәlәrin universitetlәrindә vә ali mәktәblәrindә oxuyub öz doğma xalqının içinә qayıtmayanların (dediyim kimi mәcbur qalıb dönmәyәnlәr istisnadır) müqәddәs Azәrbaycan davasına çәp baxdıqlarını, hәtta bu davaya xәyanәt etdiklәrini yüksәk sәslә demәk mәcburiyyәtindәyәm. Güneyli bacı-qardaşlarımız bu problemә mütlәq çarә tapmalıdır, buna mәcburdular. Xaricdә oxuyanlar xalqımızın içinә qayıtmasa, oradakı insanlarımızı kim ziyalandıracaq, ordakı aktivistlәrimizin cәrgәsini kim sıxlaşdıracaq?
Hüquq, itirildiyi yerdә axtarılar vә әlә keçirilәr, xaricdә yox. Xaricdәn biri gәlib sizin haqqınızı alıb sizә verәrsә onun verdiyi haq deyil, boynunuza saldığı әsarәt zincirinin özgә bir varyantıdır. İraqda, Libyada olanlar buna әn gözәl nümunәdir. “Sizә demokratiya vә azadlıq gәtirәcәyik” deyәnlәr oralara qan vә gözyaşı apardılar. O ölkәlәrә, oralardakı neft vә tәbii qazı caynaqlarına keçirtmәk üçün getdiklәrini hamımız gördük, görürük. İmperialistlәrlә әl-әlә vermәk ac ayı ilә xarala girmәk kimidir, özünüzü onun mәrhәmәtinә vә insafına tәhvil verә bilmәzsiniz. Güneydәki әn sadә insan hüquqları vә mәdәni hüquqlar, Güneyi buraxıb Avropada, Amerikada, Türkiyәdә, Azәrbaycanda daha yaxşı bir ömür sürmәk fikriylә Güneyi tәrk edәrәk әldә edilә bilmәz.
Davaların ömrü insanlarla, tәşkilatlarla vә partiyalarla ölçülә bilmәz. O uğurda işlәyәn hәrkәs öz üstünә düşәn mәsuliyyәti yaşadığı müddәt әrzindә yerinә yetirәr vә özündәn sonra gәlәnә tәhvil verәrsә, ondan sonra gәlәn dә o әqidәni tәhvil aldığı yerdәn daha yüksәklәrә çıxarar, fürsәt düşdüyündә vә zaman çatdığında o mәslәkin әsgәrlәri tәrәfindәn arzulanan mәqsәdә çatılar. Bu iş tәlәm-tәlәsik görülә bilmәz. Bu yolda tәlәsik iş görmәk üçün ayağa duranlar ya bilәrәk vә ya bilmәyәrәk imperialistlәrә xidmәt edәrlәr. Unutmayaq ki, vaxtı gәlmәdәn atılan adımlar qazanc әvәzinә ziyan gәtirәr, izdirab mәnbәi olar.
Yaxın Şәrq, Orta Şәrq vә Qafqazlarda, Birinci vә İkinci Dünya Müharibәlәrini çıxaran, milyonlarla insanın ölümünә, milyonlarla ocağın sönmәsinә sәbәb olan işğalçı, müstәmlәkәçi, imperialist ölkәlәrin mәnfәәt toqquşması yeridilir. Bizlәr dә Güney vә Qüzey Azәrbaycan barәdәki fәaliyyәtlәrimizi bu imperialistlәrin oyuncağı olmadan yeritmәliyik. Tәrtәmiz duyğularla hәrәkәt edәrәk strateji sәhvlәrә yol verilmәmәli, imperialistlәrin çörәyinә yağ sürtәcәk addımlar götürmәmәliyik.
Sәlib Yürüşlәrinin, bizi Anadoludan söküb atmaq üçün hәyata keçirildiyini vә xaçlı ruhunun ölmәdiyini unuda bilmәrik. 19-cu әsrin sonları yaxınlaşarkәn İngiltәrәnin başnaziri William Evart Gladstone, Avam mәclisindә әlinә Quran-i Kәrimi alıb, “Bu kitab türklәrin әlindә olduğu müddәtcә onlar insanlığın mәrәzi olacaqdır. Onları Anadoludan qovmalı vә gәldiklәri yerlәrә kimi sürmәliyik”; İngiltәrәnin sırağagünkü başnaziri Tony Blair isә, “Mәnim siyasәttә nümunәvi şәxsiyyәtim, idolum Gladstondur” demişdi. Unutmayaq ki, aralarından iki yüz ilә yaxın bir zaman ötmüş olsa da imperializmin iki liderinin ifritә siması tarixin uzaq vә yaxın sәhifәlәrindә bu cür ibrәtamiz şәkildә qarşımızda dayanmaqdadır. Bunlara baxıb hәlә dә oyana bilmirsәk vay halımıza..! Avropalı qәddar, işğalçı, imperialist vә mәnfәәtpәrәstdir… Onlara alәt olmaq, millәtimizә vә davamıza xәyanәt anlamına gәlәr.
Qardaşımız Camal Mәhmәthanoğlunu İzmirdә tәşkil olunan qurultayda axıra kimi dәstәklәdim. Ortaya atdığı Forum fikrinә dә şәrik oldum, yaxşıdır dedim, ancaq onun tәşkil olunma tarixi vә yeri mәsәlәsinә ehtiyatla yanaşdım, sәbrlә hәrәkәt etmәyin vacibliyini dәfәlәrlә özünә başa saldım. DAK da hәmin birlik hisslәrilә illәr әvvәl yaradıldı, ancaq ötәn zaman әrzindә parçalandı. Bölünәn DAK-ın hәr iki cinahı da Stockholmda tәşkil olunan 21 Azәr yığıncağında bir qәrara yetişdilәr vә 2012-ci ilin May ayında birlәşmәk qurultayı keçirәcәklәrini bәyan etdilәr. Bu qardaşlarımız birlәşmә qurultayı ilә bağlı fәaliyyәtlәr yeridirlәr. Onların bu qәrarına baxmayaraq bizim İzmirdә 2012-ci ilin Nisan (Aprel) ayının 21-22-si günlәri arasında forum tәşkil etmәyimiz mәnә görә hәddәn artıq mәnasız, әbәs vә birlәşdirici yox bölücü bir hәrәkәt olardı. Mәn şәxsәn indiyә kimi daim birlәşdirici, bütövlәşdirici oldum. DAK-ın birlәşmәk üçün qәrara yetişdiyi qurultay әvvәlindә bu cür bir forumun tәşkil edilmәsi, onların birlәşmәk yolundakı hәrәkәtinin baltalanması fikrindә iştirak edә bilmәrәm, etmiyәcәyimi dә indidәn bildirmәk istәyirәm. DAK, yuxarıda da işarә etdiyim kimi illәr әvvәlcә Azәrbaycan davasına inananları bir bayraq altında cәmlәşdirmәk mәqsәdiylә yaradıldı. Sәbәbi nә olarsa olsun, Türkiyә vәtәndaşları olaraq bizi hәddәn artıq narahat etsә dә bölündü, ancaq bölünәnlәr indi birlәşmәk üçün qurultay qәrarına yetişiblәr, bu qәrara hörmәt edilmәlidir. Bizlәr dә, “birlik vә bütövlük üçün bu forumu tәşkil etmәk mәqsәdini güdürük”, deyirik. Әgәr DAK, 2012-ci ilin May ayında bir qurultay tәşkil edә bilmәzsә vә ya o qurultayda birlәşә bilmәzsә, ancaq o vaxt biz bu forumu tәşkil edәr vә hәr cinahdan bu davaya könül vermiş şәxslәri dә cәlb edәrәk şura, mәclis vә ya adı nә olarsa olsun güclü bir tәşkilat yarada bilәrik. Bundan hәrәkәtlә bu forumun 2012-ci ilin sentiyabr vә ya oktyabr aylarında tәşkili daha mәntiqlidir.
Camal Bәyә, dostlarımıza forumun tәşkil olunacağı zaman üçün (2012 Sentiyabr vә ya Oktyabr ayı) vә yeri üçün dә (Avropa vә ya İzmir) şәklindә iki alternativli bir plan tәqdim edәk vә Yanvar ayının 15-inә kimi vaxt verәk, belәliklә dostlarımız arasında mәsәlә ilә bağlı bir ümumi sorğu da aparmış olarıq vә әksәriyyәtin sәsinә görә hәrәkәt edәrik dedim. Mәnim bu fikrimi qәbul etdi, “Yaxşı ağabәy, sәnin xәtirin üçün yanvarın 15-inә kimi möhlәt verәk” dedi, lakin aradan on gün ötәndәn sonra sәbәbi mәlum deyil, forumun 2012-ci ilin Nisan ayının 21-22-indә İzmirdә tәşkil olunacağını elan etdi.
Yanğın yerindәn nәsә xilas edirik? Yoxsa işin içindә özgә iş var?!
Mәnә görә forumun tәşkil olunacağı yer mәsәlәsi hәddәn artıq önәmlidir. Artıq bir şeyi yaxşıca dәrk etmәliyik vә özümüz çalıb özümüz oynamamalıyıq. Nә Türkiyә, nә dә Azәrbaycanda bu cür yığıncaqları tәşkil etmәmәliyik. Bu iki cümhuriyyәtdә yaşayan insanlar, ziyalılar, bu mövzularla maraqlananlar onsuz da bu barәdә müәyyәn fikrә malikdilәr, onlara nәyi öyrәdәcәyik?! Digәr bir mәsәlә isә әqidәsini әqidәmiz qәbul etdiyimiz 35 milyon insan İran vәtәndaşıdır vә İran da hәr iki ölkәnin qonşusudur. Bu cür fәaliyyәtlәrimiz sәbәbiylә ölkәlәrimizlә İran arasındakı әlaqәlәrә zәrәr vermәyә hüququmuz çatmır. Bu forumu Avropanın göbәyindә tәşkil etmәli vә dünya ictimaiyyәtinә oradan sәslәnmәliyik. Unutmayaq ki, müxatәbimiz imperialistlәrdir vә onların oyuncağı olan ermәnilәrlә, fars şovinistlәridir. Avropalılar, “Biz insan hüquqlarından, haqqdan, hüquqdan müdafiә edirik” demirmi? -deyir. Elәsә bu forumu onların ölkәsindә tәşkil edәk, tәdbirimizә onların medya orqanlarını dәvәt edәk, gәlsinlәr, işğala mәruz qalan Azәrbaycan torpaqları mәsәlәsi, qaçqınlar vә kökçünlәr problemi, Xocalı Soyqırımı vә 35 milyonluq Güney Azәrbaycan Türkünün qәsb edilәn әn sadә mәdәni hüquqları, tapdalanan insan hüquqları barәdә bizim sәsimizә sәs versinlәr, doğrudan da dediklәrindә sәmimi isәlәr…
Hamıya hörmәtlә.

 

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x79.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.