Güney Azərbaycan Konqresinin 31 mart - Azərbaycan Türklərinin Soyqırımı Günü münasibəti ilə müraciəti

 

Əziz azərbaycanlılar, hörmətli güneyli vətəndaşlar,

 

31 mart – Azərbaycan türklərinin soyqırımı günündə, ermənilər tərəfindən qətlama məruz qalan soydaşlarımızın xatirəsini Güney Azərbaycan Konqresi tərəfindən əbədi sayaraq, Onların ruhuna rəhmət diləyir, Sizə başsağlığı veririk.

 

IXX-XX əsrlərdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı dünya ictimaiyyatına çatdırmaq və beynəlxalq hüquq normaları əsasında erməni cinayətkarlarının cəzalandırılmasını tələb etmək, harada yaşamağından asılı olmayaraq hər bir azərbaycanlının milli borcudur. Gəlin bu cinayətlərə bir xronikal nəzər salaq:

 

1915-ci ildə Urumiyyə və Salmas faciəsi baş verir. Petros adlı komandan vasitəsi ilə Əsgərxan məhəlləsində vuruşma başlayır. Vəhşicəsinə evlərə və məhəllələrə basqın edilir və Azərbaycan türklərinə qarşı qətl və cinayət törədilir. Qətlam, 159 gün davam edir və 150 min Azərbaycan türkü olan qadın, uşaq, qoca, gənc, ermənilər vasitəsi ilə qətlə yetirilir. Salmas bölgəsindən Urumiyyəyə qədər, hər azərbaycanlı evi şəhid verir.

 

Daşnaklar, İngiltərənin himayəsi ilə və Andranikin rəhbərliyi altında 1917-ci ildə 4 min nəfəri qırğın salmaq üçün Xoy şəhərinə göndərirlər. 1918-ci ilin mart ayında Cilovluq hadisəsi baş verir. Bu hadisədə, erməni-rus silahlı qüvvələri, Urumiyyə və Salmas şəhərlərində, 150 mindən artıq Azərbaycan türkünü xüsusi qədarlıqla qətlə yetirirlər. Erməni terrorist dəstələri 1918-ci ilin iyun ayında Xoy şəhərini mühasirəyə alır. Daşnaklar şəhəri top atəşinə tutaraq onlarla sivil əhalini qətlə yetirirlər. Xalqımızın müqaviməti əsasında, erməni silahlı dəstələri geri çəkilməyə məcbur olur. Bu hadisələrdən sonra ermənilər Rusyaya və İngiltərəyə arxalanaraq, eyni cinayətləri Salmas şəhərində də törədərək, əhalini qarət edirlər. Erməni daşnakları Urumiyyə gölü ətrafında “kiçik Ermənistan dövləti” yaratmaq və Ermənistana birləşdirmək məqsədi ilə yenidən Xoy şəhərinə hücüma keçərək, yüzlərlə Azərbaycan türkünü vəhşicəsinə öldürürlər. Təkrarən xalqımızın müqaviməti ilə rastlaşan erməni daşnakları, məqsədlərinə çata bilmirlər.

 

XX əsrdə Azərbaycan torpaqları hesabına özlərinə indiki Ermənistan adlı ölkəni quran ermənilər, zaman-zaman Güney Azərbaycanda törətdikləri qətlamların mislini və bəzən daha da dəhşətlisini, Quzey Azərbaycanda törətmişlər. 1905-1906, 1915-1920, 1948-1950 və 1980-1992 illərarası, Quzey Azərbaycanın müxtəlif şəhər və bölgələrində, o cümlədən Dağlıq Qarabağ, Aran Qarabağ, Bakı, Quba, Şamaxı, Zəngəzur, Zəngibasar, Vədibasar, Şərur, Şahtaxtı, Xocalı, Şuşa, Bərdə, Ağdam, Göyçay, Gəncə, Naxçıvan, Sumqayıt, İrəvan və tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisində, erməni terroristləri, azərbaycanlılara qarşı vəhşicə qırğın törətmişlər.

 

Göründüyü kimi ermənilər, daha planlı şəkildə azərbaycanlılara qarşı fitnəkarlıqlarından əl çəkməyib və istemarçı qüvvələrin köməyi ilə, o cümlədən fars şovinizmi və İran İslam Respublikasına arxalanaraq, Azərbaycan torpaqlarında – xüsusilə Güney Azərbaycan Təbrizdə, fitnəfəsad işlərinə davam edirlər. Hamımıza aydındır ki, bu gün də ermənilər, 21 Azər soyqırımını törədən islam adı altında gizlənən fars şovinizmindən dəstək alırlar. Kilisa və xəlifəgəri dini mərkəzlər adı altında, Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı soyqırım və terror planları hazırlayıb, həyata keçirirlər. Belə bir halda, hər bir güney azərbaycanlının borcudur ki, ermənilərin bu məqsədyönlü anti-Azərbaycan fəaliyyətlərinə son qoymaq üçün daha mütəşəkkil, iradəli, ciddi və daim mübarizə aparsın və bütün Azərbaycan şəhərlərində bu fitnə mərkəzlərini aradan qaldırsın. Təbii ki, etnik mənsubiyyətindən, dinindən və əqidəsindən asılı olmayaraq hər bir insanın Azərbaycanda yaşama hüququ vardır. Lakin, anti-Azərbaycan fəaliyyətləri kiməsə yolverilməzdir.

 

Təssüflər olsun ki, istemarçı qüvvələr, anti-türk dövlətlər və hətta üzdən iraq özlərini müsəlman və islamın müdafiəçisi elan edən cərəyanlar və şəxsiyyətlər də ermənilərə hərbi, iqtisadi və mədəni yardım edirlər. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, o cümlədən Dağlıq Qarabağdan Ermənistanın işqalçı qüvvələrinin dərhal çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamalərə etinasız yanaşaraq, ermənilərə dəstək verilir. Buna görə də, türk xalqlarının, ermənilərə qarşı birgə addım atması, dövrün və günün zərurətidir. Güney azərbaycanlıların bu işdə öncül olmaları daha vacibdir. Bununla, torpaqlarımızın vaxtaşırı zəbt edilməsinin qarşısı almaqla bərabər, işqal olunmuş torpaqlarımızı azad etməyə imkan yaradarıq.

 

Ölüm olsun erməni millətçilərinə və onları dəstəkləyənlərə !
Yaşasın soyqırım qurbanlarımızın xatirəsi !

 

Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin Birinci Məsulu
Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

31.03.2007

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa