Güney Azərbaycanda məktəblərin açılması münasibəti ilə
|
Bugün 35 milyonluq bir xalqın ana dilində yazıb-oxumaq haqqı yoxdur. Sentyabrın 23-ü, mehr ayının 1-i, İranda məktəblərin açılış günüdür. Həmin gün, təzə məktəbə qədəm qoyan qeyri-fars 7-yaşlı uşaqların faciəli həyatlarının və kim olduqlarının danılmasının başlanğıcı və məktəbə başlayan uşaq və yeniyetmə və gənclərin də əridilmələrinin davamı günüdür
İran adlanan yer, türk, ərəb, türkmən, bəluç, kürd və fars xalqlarının yaşayış məkanıdır. Həmin əhalidən, 49%-ni Azərbaycan türkləri təşkil edir. Azərbaycan xalqı, İran adlanan məkanda, ən qədim dövlətlərini təşkil edən və burada yaşayan əhalini hücumlardan qoruyub və yüksək mədəniyyətə çatdıran bir xalqdır. Güney Azərbaycan xalqı, bu qədim tarixə malik olduğuna baxmayaraq, Pəhləvi rejimi hakim olandan bəri, əritmə siyasətinə məruz qalıb, dili, mədəniyyəti və tarixi danılıbdır. Bir sözlə desək, dəfələrcə milli-mədəni soyqırıma məruz qalıbdır. Bu zülm, bugünədək davam edir.
Bugün məktəblər elə bir şəraitdə açılır ki, uşaqlar və gənclər, saysız-hesabsız problemlərlə üzləşir. İran İslam Cumhuriyyəti, aparatayd siyasəti ilə qeyri-fars uşaqları kimliklərini unutmağa məcbur edir. Xüsusi ilə Azərbaycan məktəblilərinin qürur və kimlik qaynaqlarını məhv edir, tarixlərini dəyişir və farsların tarixini onlara təhmil edir. Mədəniyyətlərinə qadağa qoyur, ana dillərində danışanlara cərimə tətbiq edir. Bir sözlə desək, yeni məktəbə qədəm qoyan uşaqların beyinlərini yuyub, onları manqurtlaşdırır. Bu il, təhsil ili, elə bir şərayitdə başlayır ki, qeyri-fars məktəblilərə xüsusi təbiz və ayrıseçkilik tətbiq olunur. Belə ki, hələ də biz bir ana dildə məktəbə rast gələ bilmirik. İran İslam rejiminin təhsil sahəsində faşisti siyasəti, qeyri-insani formada davam edir. Bu rejim, azərbaycanlıların bütün mədəni irslərini qarət edir, torpaqlarımızı və ölkəmizin işqalının davamı ilə iqtisadiyyatımızı məhv edir, yeraltı və yerüstü sərvətlərimizə sahib çıxır və bizi öz vətənimizdə qonaq adlandırır. Bu faşisti və şovinisti siyasət, bütün beynəlxalq hüquqlara o cümlədən BMT-nin, UNESCO-nun anlaşmalarına ziddir. BMT-nin Uşaq Hüquqları Konvensiyasında deyilir (maddə 29): “Konvensiyanı imzalamış dövlətlər, razılaşırlar ki, uşağın təhsili, onun valideynləri, mədəni kimliyi, dili və dəyərlərinə hörməti inkişaf etdirmək məqsədi daşıyır”. İran İslam Respublikası konvensiyaları imzalamasına baxmayaraq, onlara zidd davranır. Bu siyasət elmə və insaniyyətə də ziddir. Ana dilimizdə təhsil almaq, hər bir uşağımızın təbii haqqıdır. Mədəniyyətimizi qoruyub, gücləndirib mühafizəsindən söhbət açılan bir vaxtda, dilimiz əsasi faktordur. Dilimiz, keçmiş və bugünkü mədəni irsimiz arasında bir bağlantıdır. Ana dilimizi öyrənmək, şəxsi və ictimai nəzərdən özümüzə güvən və bütövlük yaradır. Dilimizlə biz öz düşüncə və hissiyatımızı asanlıqla başqaları ilə bölüşə bilirik. Dilimiz vasitəsi ilə xalqımız arasında milli birlik yaranır. Dilimizlə, elm və incəsənət sahəsində rahatca inkişaf edirik, ictimaiyyat arasına asanlıqla çıxa bilirik. Ana dilimizi mənimsəməklə, şəxsi keyfiyyətlərimizi üzə çıxarda bilirik. Ana dilimizə qadağa qoymaq, bizi bu inkişafdan məhrum edir.
Güney Azərbaycan Konqresi, gənclərin və məktəblilərin bu mübarizəsini dəstəkləyərək onun genişlənməsini və digər siniflərlə birlikdə milli mücadiləmizi son hədəfə və son qələbəyə nail olmağını arzulayır.
Yaşasın məktəblərdə və universitetlərdə apartayda və fars şovinizminə qarşı mübarizə aparan gənclər və tələbələrimiz!
Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin Birinci Məsulu |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa