Tükiyənin kürəyinə "dost" xəncəri saplanır
|
Amerika Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsi ermənilərin soyqırım iddiası ilə bağlı qətnaməni 27-21 səs nisbətində qəbul edib. Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı İmperiyası ermənilərə qarşı ardıcıl soyqırım həyata keçirib.
1905-1907 illərdə ermənilərin Azərbaycan türklərinə qarşı apardığı genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə dinc adam qətlə yetirilmişdir.
1915-ci ildə Urmu və Salmas faciəsi baş verir. Dadaşbəy adlı bir şəxsin etiraz etməsi səbəbinə görə ixtilaf başlayır və ixtilaf, Əsgərxan məhəlləsinin asori-erməni qüvvələrinin bir müsəlman şəxsə hücumlarına etiraz etməsi bəhanə yaradaraq, Petros adlı komandan vasitəsi ilə Əsgərxan məhəlləsində vuruşma başlayır. Vəhşicəsinə evlərə və məhəllələrə basqın edilir və müsəlmanlara qarşı qətl və cinayət baş verir. Savaş, 159 gün davam edir və 150min müsəlman olan arvad, uşaq, qoca, gənc, ermənilər vasitəsi ilə qətlə yetirilir. O zaman da, Salmas bölgəsindən başlayaraq, Urmu yurduna yetişərək, hər ev şəhid vermişdir. Bolşeviklər şimalda fəaliyyətə başladıqdan sonra, daşnaklar ingilis himayəti ilə Azərbaycanda fəaliyyətə başlayırlar və Andranikin başçılığı ilə 1296-ci ildə, yəni 1917-ci ildə 4min nəfəri qırğın salmaq üçün Xoy şəhərinə göndərirlər.
1918-1920 illərdə daha genişmiqyaslı vəhşiliklər törətmiş bu azğın ermənilər tərəfindən bir çox Azərbaycan şəhərləri, yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə dinc adam qətlə yetirilmişdir.
Beləliklə, ermənilər tərəfindən türk xalqlarına qarşı uzun illərdən bəri törədilən əməllərin qabaqcadan düşünülmüş qaydada, yəni milli mənsubiyyətinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi, həmin əməllərin beynəlxalq hüquqa görə soyqırım olduğunu sübut edir.
Beynəlxalq hüquqa görə soyqırım ən ağır beynəlxalq cinayət hesab edilməklə sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərdən hesab edilir. Soyqırım və insanlıq əleyhinə cinayətin tərkibini təşkil edən əməllərin hər biri ermənilər tərəfindən türk xalqlarına qarşı tətbiq edilmiş və Ermənistan respublikasının dövlət rəhbərləri bu vəhşilikləri törədənləri hər zaman himayə etmişdir.
Bildiyiniz kimi, 1992 ilin martında ATƏM (indiki ATƏT) Azərbaycan Ermənistan münaqişəsinin nizama salınması üçün Minsk qrupunu yaratmış, münaqişənin tərəflərini və münaqişənin həlli yollarının prinsiplərini müəyyən etmişdir. 1993 ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş və bu sənədlərlə Azərbaycanın işğala mə’ruz qalması, ərazilərin zəbt olunması faktlarını təsdiq etmiş, Ermənistan işğalcı qüvvələrinin dərhal Azərbaycan torpaqlarından çıxarılması tələbini qoysa da bu vaxta qədər bu sənədlərdə olan tələblərin heç biri yerinə yetirilməmişdir. Təssüflə, BMT Baş Katibi, BMT Təhlükəsizlik Şurası, ATƏT sədri, ATƏTin Minsk Qrupunun həmsədrləri, bu Qrupun üzvləri qətiyyətsizlik nümayiş etdirmiş, bununla da faktiki olaraq təcavüzkar Ermənistanın daha da şirnikləndirilməsinə səbəb olmuşlar.
Güney Azərbaycan Konqresi hesab edir ki, türk xalqlarının davamlı olaraq soyqırıma mə’ruz qalmaları BMT nizamnaməsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalı, törədilmiş soyqırımların təhqiq edilməsi və bu məsləyə hüquqi qiymət verilməsi üçün Beynəlxalq Tribunal tə’sis edilməlidir. Türkiyədə, Ermənistanda, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində və Güney Azərbaycanda, türk xalqlarına qarşı etnik təmizləmə və soyqırım siyasətini həyata keçirən canilərin bu tribunalda cavab vermələri tə’min olunmalıdır və erməniləri bu soyqırımları törətməkdə Avropada və ABŞ-də dəstəkləyən lobbiçi və ölkə rəsmiləri həmin tribunalda məhkum olunmalıdırlar. Bu qınamalar olmasa, hərhansı dostları da erməni kimi lobbilər üz-üzə qoymaq və dünyada sülh və qarşılıqlı tərəfdaş və əməkdaşlığa təhlükə yaradır. Bugün biz bunun şahidiyik – Türkiyə və ABŞ dostluğunun tarixi 50 ildən artıq olmasına baxmayaraq, erməni provokasiyası əsasında bugün Türkiyəyə ABŞ əli ilə dost xəncəri vurulur. Demək ki, ABŞ üçün Türkiyənin məsrəfi bitir. Türkiyəyə dəyən zərbə, türk xalqlarına dəyən zərbədir. Unutmamalıyıq ki, vaxtı ilə 1946-cı ildə, ABŞ-nin, Şah rejiminə dəstək verməsi ilə Pişəvəri Höküməti yıxıldı. Ermənilər, Azərbaycan ərazisini işqal edən vaxtda da, Azərbaycan əleyhinə olaraq 907-ci maddə ABŞ Konqresi tərəfindən təsdiq olundu.
Nəticə etibarı ilə, ABŞ, erməni lobbisi və başqa lobbilərin təhrikləri ilə, türk xalqlarına qarşı gizli və açıq formada təzyiq göstərir. Odur ki, bu təzyiqlərin qarşısını almaq üçün, türk xalqları bir-birinin yanında olub biri-birinə dəstək verməlidirlər. Ona görə, Güney Azərbaycan Konqresi, ABŞ-də gedən anti-Türkiyə cəhdlərini şiddətlə məhkum edir və türk xalqlarını biri-birinin yanında olmağa dəvət edir!
|
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa