Güney Azərbaycan Konqresinin,
|
Son illərdə qardaş ölkə Türkiyədə və bölgədə o cümlədən bizim torpaqlarda, PKK terrorçularının fəallaşması nəticəsində yaranmış vəziyyət, Güney Azərbaycan Konqresini daha artıq narahat edir. Biz, terrorun hər cür təzahürünü qəti və birmənalı olaraq hər zaman pisləmişik və hələ 1 fevral 2004-cü ildə Güney Azərbaycanda kürdlər vasitəsi ilə ikinci “Qarabağ” ssenariyasının hazırlanması barədə xəbərdarlıq edərək, məsələnin mahiyyətini açıqlamışıq.
Bugün, İraqda kürdlər, İraq hökümətinin idarəetməsində böyük status əldə etmişlər. Vaxtı ilə Səddam Hüseyn, kürdləri, türkmənləri və digər etnik və xristiyan qrupları birgə yaşadıqları İraq ərazisini ərəbləşdirməyə nail olmaq üçün minlərlə kürdü ölkədən ixrac etmişdi. İndi isə onların qayıtmasına aid İraq konstitusiyasında qanun qəbul edilmişdir. Bununla Güney Azərbaycanda yaşayan kürdlər, İraqa qayıtmaq əzmindədirlər. Lakin, bir tərəfdən İran İslam Respublikasının şovinisti dairələri, digər tərəfdən isə PKK və PJAK kimi bir sıra avanturist və terrorist kürdlər, yurd-yuvalarına qayıdan kürdlərin qarşısını alırlar, onları Azərbaycan torpaqlarında daimi məskunlaşmağa məcbur etmək və Azərbaycan türkləri ilə qarşı-qarşıya qoyurlar.
Biz, üç il bundan əvvəl, beynəlxalq təşkilatlara müraciət edərək, İraqda müsait şəraitin yarandığı bir zamanda, Azərbaycan torpaqlarında yerləşən mühacir kürdlərin öz yer-yurdlarına qayıtmalarını təşkil edilməsini istəmişik. Beləliklə, gələcəkdə Qarabağ münaqişəsinə oxşar anti-Azərbaycan qüvvələr tərəfindən hazırlanmış hərhansı bir ssenaryanın, Urumiyyə, Xoy, Səlmas, Sulduz, Piranşəhr, Pəsvə, Bokan, Tikab, Savucbulağ və digər Azərbaycan torpaqlarında baş verməsinin qarşısı alınar, bölgədə sülh, dostluq və əməkdaşlıq hökm sürər. Bununla, İraqda kürdlərə şərait yarandıqdan sonra, uzun illər azərbaycanlıların insani və humanitar yardımlarının funksyası başa çatır. Belə ki, kürd mühacirlərinin İraqa qayıtmalarının vaxtı gəlib çatıbdır.
Bugün Türkiyə sərhədləri yaxınlığında və bilavasitə onun ərazisində PKK-nın terror aktları törətməsi, nəticədə çoxlu sayda insanların həlak olması, bizi ciddi narahat edir. Güney Azərbaycanın da daxil olduğu geosiyasi bölgədə PKK-nın fəallaşdırılması terrorizmin yayılmasına səbəb olur. Belə ki, PKK təkcə Türkiyə üçün deyil, terroristlərin hədəf götürdüyü bütün bölgə ölkələri, o cümlədən Güney Azərbaycanın torpaqları üçün də ciddi təhlükədir. PKK-nın digər terror təşkilatları, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində erməni terroristləri ilə sıx əlaqədə olması da bu təşkilatın fəaliyyətinə diqqətlə yanaşmağımızı tələb edir. PKK-çılar, Azərbaycan ərazisinə nüfuz edərək, Azərbaycana sığınırlar.
Türk xalqlarının iqtisadi, siyasi və mədəni nüfuzunun artdığı bir dövrdə, istemarçı və irticai qüvvələr terrorçuları onlara qarşı yönəltməklə, türk xalqlarının mövqeyini zəiflətməyə çalışırlar. Belə ki, hər zaman hər yerdə və hər dövlətə qarşı ən effektiv zərbə metodu ona qarşı terror qruplaşmasını hərəkətə gətirməkdir: Bu, ucuz və keyfiyyətli işdir.
Güney Azərbaycan Konqresi hesab edir ki, Türk xalqları, ABŞ ilə münasibətlərinə yenidən baxmalıdır.
PKK terrorçuları İraqda ABŞ-ın nəzarətində olan ərazidən Türkiyənin ərazisinə terror əməliyyatları həyata keçirir. ABŞ onları İraqda zərərsizləşdirməlidir. Əgər bunu həyata keçirmirsə, Türkiyəyə mane olmamalıdır. Təəssüf ki, ABŞ öz üzərinə düşən vəzifəni yerinə yetirmir.
Hər bir türk xalqına dəyən daş, bizə - güney azərbaycanlılara dəyən daşdır. Güney azərbaycanlıların narahatçılığını, ABŞ-ın səlahiyyətli nümayəndələrinə çatdırıraraq, Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsi, ABŞ rəsmilərindən tələb edir ki PKK-nı terrorçu təşkilat kimi rəsmiyyətə tanımaqla kifayətləməyərək, ona qarşı lazımı ölçüləri götürsün.
Biz bəyan edirik ki, Güney Azərbaycan xalqı, Türkiyə xalqının yanındadır və PKK-nı terrorçu təşkilat kimi tanıyır.
Güney Azərbaycan xalqı, terrordan əziyyət çəkmiş xalq kimi, türk ölkələrini parçalamağı qarşısına məqsəd qoyan və xaricdəki havadarlarından maddi və mənəvi dəstək alan PKK terrorçularının cinayətkar əməllərini qəti şəkildə pisləyir. Milli mənsubiyyətindən, dinindən və irqindən asılı olmayaraq, hər kəs yuxarıda qeyd etdiyimiz bu haqsızlıqlara qarşı etirazını bildirməlidir.
Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin Birinci Məsulu 23.11.2007 |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa