BAŞ SAĞLIĞI |
Əziz həmvətənlər,
Azərbaycan xalqına və beynəlxalq təşkilatlara aydındır ki, İran Rejiminin, həm Şah dövründə və həm də Cumhuri İslami dövründə öz müxaliflərini aradan aparma yollarından biri, avariaya salmaq, duvar altına qoymaq, qazla boğmaq və suda batırmaqdır.
Biz, Güney Azərbaycan Konqresi olaraq, mühəndis Qulamrza Əmani və onun qardaşlarının avariaya düşməsini şübhə ilə qarşılayaraq, bunun diqqətlə, səlahiyyətli orqanlar – o cümlədən beynəlxalq təşkilatların nümayəndələri və KİV jurnalistləri tərəfindən araşdırılmasını rica edirik. Və elə ona görə də birinci növbə həmin orqanlara məktub yazıb, hadisəni geniş araşdırıb qərar çıxarmaq üçün onlara müraciət etmişik. İndi isə, bütün Azərbaycan fəallarına üz tutaraq, gələcək bu kimi hadisələrin baş verməsinin qarşısını almaq üçün əl-ələ verib, birgə kampaniya və müştərək mübarizə aparmağa çağırırıq.
Bugün, mühəndis Qulamrza Əmani və onun qardaşlarının itgisini, onun həyat-yoldaşı Xurşid xanım və balaca oğlu Araza, Əmanilərin valideynlərinə, qohumlarına, dostlarına və başda Azərbaycan xalqına təsliyət deyirik. Ümid edirik ki, onun dəfn mərasimi, Qulamrza Əmaninin Azərbaycan xalqına göstərdiyi xidmətlərə layiq təşkil olunacaqdır.
Dərin hüznlə,
Güney Azərbaycan Konqresinin Mərkəzi Komitəsinin Birinci Məsulu |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa